Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı
Cəmiyyət 19 Mart 2025, 18:48
39176
Novruz bayramı ilə əlaqədar istirahət günlərindən sonra ilk dərs gününün vaxtı açıqlanıb.
Bu barədə Citypost.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləri hesab ediləcək. Beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1 aprel tarixinə təsadüf edəcək.
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
Türkiyədə silahlı cinayətkar qruplaşmaya qarşı aparılan istintaq çərçivəsində "Barış Boyun Cinayət Təşkilatı"nın rəhbərlərindən biri kimi müəyyən edilən Mehmet Recep Demir Azərbaycanda saxlanılıb.Citypost.az oxu.az-a istinadən xəbər verir ki, Demir barəsində ümumilikdə 48 axtarış qərarı çıxarılıb.Demir Azərbaycanda dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs edilib.Bundan sonra Türkiyə Baş Prokurorluğu Demirin Türkiyəyə ekstradisiyası üçün Azərbaycanın məhkəmə orqanlarına sorğu göndərib.
12 Noyabr 2026, 23:44
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 12-də Sıfır Tullantı Muzeyinin açılışı olub.Citypost.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva, COP31-də iştirak edən dövlət və hökumət başçılarının xanımları, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də BMT-nin Sıfır Tullantı üzrə Yüksək Səviyyəli Şəxslər Məsləhət Şurasının üzvləri açılış mərasimində iştirak ediblər.Muzeyin açılışını bildirən lent tədbir iştirakçılarının iştirakı ilə kəsilib.Türkiyənin Sıfır Tullantı Fondu tərəfindən COP31 çərçivəsində yaradılan muzey 2017-ci ildə əsası qoyulan Sıfır Tullantı Layihəsinin milli və beynəlxalq miqyasda inkişaf yolunu əks etdirir.Muzeyin əsas məqsədi gündəlik həyatda istifadə olunan əşyaların...
12 Noyabr 2026, 22:03
Bu gün Mir Şahin Ağayevin ad günüdür
Mir Şahin Azərbaycan tele-məkanın və müstəqillik tariximizin canlı arxividir.Mir Şahin bu günə təsadüfən gəlməyib. Onun çiynində illərin təcrübəsi var. Vətənə, dövlətə, millətə xidməti var.Azərbaycan Prezidenti onu bu xidmətinə görə dəfələrlə təltif edib. Və bu, sadəcə orden, medal deyil. Bu, dövlətin sənə güvənirəm deməsidir. Bu, Prezidentin sən mənim əsgərimsən deməsidir.Və Mir Şahin bu güvəni heç vaxt boşa çıxarmayıb. Ən çətin günlərdə, ən ağır günlərdə, müharibə günlərində, sülh günlərində o, həmişə eyni yerdə olub, dövlətin, millətin, prezidentin yanında. O, Real TV-nin rəhbəri həm də sıravi əməkdaşıdır. Bəli, Mir Şahin üçün rəhbərlik kabinetdə oturmaq deyil. Onun üçün rəhbərlik əməkdaşların arasında olmaqdır.Mir Şahini ilk...
12 Noyabr 2026, 21:57
İsveçrə səfiri Ağstafaya səfər edib
İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Tomas Ştəli Ağstafa rayonuna işgüzar səfər edib. Citypost.az xəbər verir ki, səfər proqramının ilk hissəsində Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında İH başçısı ilə işgüzar görüş baş tutub.Görüş zamanı rayonun sosial-iqtisadi inkişafı, aqrar sektorun mövcud potensialı və perspektiv layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Seymur Orucov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin İsveçrə Konfederasiyası ilə dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb. O qeyd edib ki, hazırda ikitərəfli münasibətlər qarşılıqlı hörmət, yüksək səviyyəli siyasi dialoq və səmərəli iqtisadi tərəfdaşlıq prinsipləri üzərində dinamik şəkildə inkişaf edir. Bildirilib ki, İsveçrənin “iCsquared...
12 Noyabr 2026, 19:12
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurdu
Azərbaycan Hava Yollarının (AZAL) təcrübəçi pilotu Rüfət Cumallı Qəbələdə yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzində təlim uçuşlarını uğurla başa vurub.Citypost.az APA-ya istinadla xəbər verir ki, Rüfət Cumallı 2021-ci ildə Milli Aviasiya Akademiyasını bitirib. O, 2024-cü ilin dekabr ayından etibarən AZAL-ın Uçuş Heyətinin Hazırlığı Mərkəzində təlim uçuşlarına başlayıb.Pilot bildirib ki, hazırlığın ilkin mərhələsində tək mühərrikli “Cessna 172” tipli təyyarədə uçuşlar həyata keçirib. Daha sonra isə iki mühərrikli “Diamond 42” təlim təyyarəsi ilə hazırlığını davam etdirib.ƏtraflıRüfət Cumallı sonuncu imtahan uçuşunu da uğurla başa vurduğunu və bununla da təlim prosesini tamamladığını bildirib.O, bu imkanı yaratdığına görə AZAL-ın rəhbərliyinə və kollektivinə təşəkkür edib.Qeyd edək ki,...
12 Noyabr 2026, 19:00
Mətbuat Şurasında azərbaycançılıq ideyası və yeni dövrün çağırışları müzakirə edilib
Mətbuat Şurasında "Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları" mövzusunda dəyirmi masa keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə çıxış edən akademik Nizami Cəfərov azərbaycançılıq ideyasını ilk növbədə xalqın etnoqrafik özülü kimi dəyərləndirib.Onun sözlərinə görə, azərbaycançılıq xalqın milli kimliyini gücləndirən ideologiyadır:"Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasını üç mühüm komponent təşkil edir: etnos, din və ümumbəşəri dəyərlər. Birinci komponent türkçülük, yəni Azərbaycan xalqının etnik mənsubiyyətidir. İkinci komponent dindir. Etnos və din arasındakı münasibətlər mədəni dialoq üzərində qurulmalı, bu iki anlayış bir-birini tamamlamalıdır. Üçüncü komponent isə ümumbəşərilikdir. İnsan etnik və dini mənsubiyyətindən asılı olmayaraq, eyni zamanda, bəşəriyyətin bir parçasıdır. Azərbaycan xalqının milli kimliyinin formalaşmasında bu...
12 Noyabr 2026, 18:30