Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib
Cəmiyyət 19 Mart 2025, 21:28
40973
Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.
Citypost.az xəbər verir ki, paylaşımda deyilir:
"Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram".
Həmçinin oxuyun
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının sakinlərini qəbul edib.Nazirlikdən Citypost.az-a verilən məlumata görə, qəbuldan əvvəl Anar Əliyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, pensiya, reabilitasiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.Özünüməşğulluq proqramı üzrə Naxçıvan sakinləri Yolçuyev Asiman Məhərrəm...
27 Noyabr 2026, 15:38
Əli Əsədov Azıx-Tağlar Arxeoloji Parkı ilə bağlı qərar imzaladı
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi” təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərara əsasən, Mədəniyyət Nazirliyi üç ay müddətində “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun işçilərinin say həddini (ştat vahidlərini) və strukturunu Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq etməli, bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.
27 Noyabr 2026, 15:30
Mürsəl İbrahimov yeni rəis təyin etdi - Foto
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Mingəçevir şəhər şöbəsinə yeni rəis təyin edilib.Citypost.az Yurd.media-ya istinadla xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov müvafiq əmr imzalayıb.Əmrə əsasən, bu vəzifəyə polkovnik-leytenant Ramil Qarayev təyin olunub.O, bundan əvvəl Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsində çalışıb.
27 Noyabr 2026, 14:51
Bakıda yağış nə vaxta qədər davam edəcək? – RƏSMİ AÇIQLAMA
Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.Azərbaycanın rayonlarında noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur....
27 Noyabr 2026, 14:40
Vilyam Hacıyev azadlığa buraxıldı
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, yerli məhkəmə belə qərar çıxarıb.O, cəzasının qalan hissəsindən şərti olaraq azad edilib.Məhkəmə məhkumun cəzasının bitməsinə 1 ildən bir az artıq vaxt qalmasını, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və məhkumun xəstəliyini nəzərə alıb.Xatırladaq ki, Vilyam Hacıyev 2012-2020-ci illərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı olub.5 may 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin RİH-nin binasında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.Daha sonra onun cəzası 12 ildən 8 il 6 aya endirilib....
27 Noyabr 2026, 14:34
Sənədsiz evlərin mərhələli rəsmiləşdirilməsi təklif edilir
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənədsiz evlərin mərhələli rəsmiləşdirilməni və bununla bağlı vahid dövlət proqramının hazırlanmasını təklif edib.Citypost.az xəbər verir ki, o, bu barədə Milli Məclisin plenar iclasında Mülki Məcəlləyə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı danışıb.Onun sözlərinə görə, Bakı və Abşeronda dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evləri ilə bağlı aparılan araşdırmada sorğuda iştirak edən ailələrin 33,2 %-nin sənədsiz evlərdə 20 ildən artıq, 36,8 %-nin isə 10 ildən 20 ilə qədər yaşadığı müəyyən edilib:"Sorğuda iştirak edən ailələrin təxminən 70 %-i on ildən çoxdur eyni ünvanda yaşayır. Araşdırmanın nəticələrinə əsasən, sorğuda iştirak edənlərin 27,9...
27 Noyabr 2026, 13:37