Bizə yazın

Baku

-°C

USD

-

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib

Cəmiyyət 20 Mart 2025, 11:00

39615

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə təkrar müraciət edib.

Bu barədə CityPost.az-a nazirlikdən məlumat verilib.

Müraciətdə bildirilib ki, xalqımız milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan Novruz bayramını böyük təntənə ilə qeyd edir.

"Lakin bu bayramla əlaqədar keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi sonda arzuolunmaz nəticələrə gətirib çıxarır.

Belə ki, təəssüflə qeyd olunmalıdır ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən bu istiqamətdə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən çoxsaylı müraciətlərə baxmayaraq, təkcə İlaxır çərşənbə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması nəticəsində 19 yanğın hadisəsi qeydə alınıb.

Göstərilənləri, xüsusilə ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, Novruz bayramı ilə bağlı mərasimlərdə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda və müvafiq təhlükəsizlik tədbirləri görülməklə yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır".

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə “Yubiley gecəsi” keçirilib

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə Heydər Əliyev Sarayında “Yubiley gecəsi” adlı möhtəşəm konsert proqramı təşkil olunub.Citypost.az xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, AzTV-nin tanınmış və korifey aparıcıları, müxtəlif dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi xadimlər, ziyalılar və media nümayəndələri iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gecədə ilk olaraq Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov çıxış edərək Prezident İlham Əliyevin yubiley münasibətilə ünvanladığı təbrik məktubunu səsləndirib.Daha sonra gecənin bədii hissəsində Azərbaycanın tanınmış sənətkarları və musiqi kollektivləri çıxış ediblər. Xalq artistləri Zeynəb Xanlarova, Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Teyyub Aslanov, Samir Cəfərov,...

15 Noyabr 2026, 21:37

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında noyabrın 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Noyabrın 16-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

15 Noyabr 2026, 21:06

Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 15-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Belə ki, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Ağstafada 23, Naftalan, Tovuz və Neftçalada 20, Mingəçevir və Goranboyda 19, Daşkəsəndə 18, Şabranda 17, Qobustan və Şamaxıda 16, Şəkidə 15 m/s-dək güclənir...

15 Noyabr 2026, 20:58

Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərini təbrik edib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərini təbrik edib.CityPost.az  xəbər verir ki, təbrikdə deyilir:"Hörmətli radio və televiziya işçiləri, Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanların əsas informasiya mənbəyi olmaqla yanaşı, milli musiqimizin, ədəbiyyatımızın, dilimizin və mənəvi dəyərlərimizin qorunub yaşadılmasına mühüm töhfələr verdi.Azərbaycan televiziyasının fəaliyyətə başlaması ilə informasiya məkanımızda yeni mərhələnin əsası qoyuldu. Televiziya cəmiyyətin maariflənməsində, milli-mədəni irsimizin təbliğində, ictimai rəyin formalaşmasında və ölkəmizdə baş verən mühüm hadisələrin geniş...

15 Noyabr 2026, 20:18

Deputat anasını təbrik etdi

Milli Məclisin deputatı Ceyhun Məmmədov paylaşımı ilə diqqət çəkib.Oxu24.com xəbər verir ki,deputat anasının doğum gününü sosial şəbəkələr vasitəsi ilə təbrik edib."Bu gün bu gözəl insanın 75 yaşı tamam olur. Anamı, eləcə də bu gün ad günü olan bütün valideynləri səmimi-qəlbdən təbrik edirəm. Allah bütün valideynləri qorusun!",-deyə millət vəkili qeyd edib.Qeyd edək ki,Ceyhun Məmmədov 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsindən deputat seçilib.İlahiyyat üzrə fəlsəfə doktoru olan millət vəkili evlidir,1 övladı var.51 yaşlı deputat Cəbrayıl rayonu, Şükürbəyli kəndindəndir.Beynəlxalq İslama Dəvət Kollecini və  Xəzər Universitetini bitirib.Ərəb dilində sərbəst danışa bilir....

15 Noyabr 2026, 20:03

Xarici ölkələrin səfirləri Sumqayıtda alman əsirləri məzarlığını ziyarət ediblər

Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke, Macarıstanın səfiri Tamaş Torma, Avstriya Respublikasının səfiri Ettienn Berxtold və Rumıniyanın səfiri Vasile Soare Sumqayıt şəhərində yerləşən alman əsirləri məzarlığını ziyarət ediblər.Citypost.az xəbər verir ki, ziyarət zamanı hərbi əsirlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil və tər gül dəstələri qoyulub, burada dəfn olunanların xatirəsi ehtiramla yad edilib.Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Azərbaycanda İkinci Dünya müharibəsi zamanı əsir düşmüş hərbçilərin dəfn olunduğu 11 məzarlıq mövcuddur. Ümumilikdə 2986 məzarın olduğu həmin məzarlıqlardan biri Sumqayıt şəhərində yerləşir.Qeyd olunub ki, Sumqayıtdakı məzarlıqda dəfn edilmiş 311 hərbi əsirdən 269-u alman, digərləri isə...

15 Noyabr 2026, 18:15