Azərbaycanda sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Cəmiyyət 20 Mart 2025, 14:37
36064
Martın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Lakin gecə və səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək
Havanın temperaturu:
Gecə: 3-6° isti
Gündüz: 6-11° isti
Atmosfer təzyiqi 763 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti
Həmçinin oxuyun
Əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu:
Gecə: 3-8° isti
Gündüz: 9-14° isti
Dağlarda gecə: 3-8° şaxta
Dağlarda gündüz: 2° şaxtadan 3°-dək isti
Bakıda metro stansiyalarından biri yenidən qurulacaq - Özəl
Bakı Metropoliteninin "qırmızı xətt"i üzrə fəaliyyət göstərən "Həzi Aslanov" stansiyası yenidən qurulacaq.Citypost.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Tikinti Lahiyələrinin İdarə Olunması Departamentinin rəisi Məmməd Rzayev deyib.O bildirib ki, metro stansiyasında yenidən tikinti quraşdırma işləri həyata keçiriləcək:"Bakı şəhərin və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, 2030-cu ilə qədər "yaşıl xətt"in şərti adı "Y-17" olan, "Həzi Aslanov-2" metro stansiyası kimi tanınan stansiya istifadəyə verilməlidir.Stansiya istifadəyə veriləndən sonra "Həzi Aslanov" stansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılacaq"....
06 Noyabr 2026, 10:54
Xınalıq və Qrızda qarın hündürlüyü 15 sm-ə çatıb
Noyabrın 6-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub.Dağlıq ərazilərə - Gədəbəy, Kəlbəcər, Daşkəsən, Xızı, Şahdağ, Xınalıq, Qrız, Xaltan, Qusar, Şahbuza (Biçənək və Kükü kəndlərinə) isə qar yağıb.Qar örtüyünün hündürlüyü Xınalıq, Qrızda 15, Qusarda 8, Xaltanda 6, Şahdağda 2, Xızıda 1 sm-dir.Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı Bakıda 6, Maştağada 5, Binə, Ələt, Sumqayıtda 3 mm-dir.Rayonlarda düşən yağıntının miqdarı Astarada 39, Şamaxıda 24, Qubada 19, Lənkəran, Ağdam, Beyləqanda 18, Zərdab, Altıağacda 17, Qobustan, Kürdəmir, Sarıbaşda (Qax)16,...
06 Noyabr 2026, 10:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniya Federativ Respublikasında müəyyən edilən daha bir şəxsin noyabrın 6-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.Belə ki, 2021-ci ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsləri aldadaraq onlara məxsus mənzilləri təmir etdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə...
06 Noyabr 2026, 09:24
Pərviz Həşimli Penitensiar Xidmətdə həllini gözləyən PROBLEMİ AÇIQLADI
Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli Penitensiar Xidmətin yeni rəisinin qarşısında duran vacib məsələlərdən birinə diqqət çəkib. O, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin dövlət qurumlarına ünvanladıqları müraciətlərin aidiyyəti üzrə çatdırılmasının təmin edilməsinin vacibliyini bildirib.Citypost.az xəbər verir ki, Pərviz Həşimli sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib ki, məhkumların və təqsirləndirilən şəxslərin Prezidentə, Baş prokurora və Ombudsmana ünvanladıqları ərizə və şikayətlərin müvafiq qurumlara vaxtında çatdırılması Penitensiar Xidmətin yeni rəhbərliyinin diqqət yetirməli olduğu əsas məsələlərdəndir.Baş redaktor hesab edir ki, bu məsələyə Ədliyyə naziri Fərid Əhmədov da xüsusi önəm verməli idi. O, problemin diqqətdən kənarda qalmasını xatırladaraq bunun ciddi məsələ olduğunu...
06 Noyabr 2026, 08:52
Bakının bəzi ərazilərində işıq olmayacaq
Təmir işləri ilə əlaqədar bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb."Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 6-da Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq", - məlumatda bildirilib.Qeyd olunub ki, Yasamalda saat 10:00-dan 13:00-dək Mikayıl Müşviq və Şəfayət Mehdiyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Nizami rayonu Əli Vəliyəv 16 ünvanında isə saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq:"Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan...
06 Noyabr 2026, 08:15
Mirşahin Ağayevdən həmkarlarına təbrik: “Gözdə-Qulaqda olmağın daha 100 ili!”
“REAL TV”nin baş direktoru, jurnalist Mirşahin Ağayev 6 noyabr – Radio və Televiziya İşçiləri Günü münasibətilə həmkarlarını təbrik edib.Citypost.az xəbər verir ki, Mirşahin Ağayev sosial şəbəkə hesabında paylaşım edərək media nümayəndələrinə xoş arzularını çatdırıb.O, təbrikində belə yazıb:“Gözdə-Qulaqda Olmağın daha 100 ili!Həm Göz Bəbəyiniz kimi!Həm Qulağınızda sırğa olsun!Yüzünüz ağ olsun, həmkarlarım! Səs və təsvir, söz və şəkil bayramınız mübarək!”Turan
06 Noyabr 2026, 08:05