Müdafiə Nazirliyi açıqlama yaydı
Cəmiyyət 20 Mart 2025, 20:19
33048
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Həmçinin oxuyun
Bildirilib ki, martın 20-si saat 12:30-dan 15:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax və Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Vilyam Hacıyev azadlığa buraxıldı
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, yerli məhkəmə belə qərar çıxarıb.O, cəzasının qalan hissəsindən şərti olaraq azad edilib.Məhkəmə məhkumun cəzasının bitməsinə 1 ildən bir az artıq vaxt qalmasını, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və məhkumun xəstəliyini nəzərə alıb.Xatırladaq ki, Vilyam Hacıyev 2012-2020-ci illərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı olub.5 may 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin RİH-nin binasında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.Daha sonra onun cəzası 12 ildən 8 il 6 aya endirilib....
27 Noyabr 2026, 14:34
Sənədsiz evlərin mərhələli rəsmiləşdirilməsi təklif edilir
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənədsiz evlərin mərhələli rəsmiləşdirilməni və bununla bağlı vahid dövlət proqramının hazırlanmasını təklif edib.Citypost.az xəbər verir ki, o, bu barədə Milli Məclisin plenar iclasında Mülki Məcəlləyə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı danışıb.Onun sözlərinə görə, Bakı və Abşeronda dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evləri ilə bağlı aparılan araşdırmada sorğuda iştirak edən ailələrin 33,2 %-nin sənədsiz evlərdə 20 ildən artıq, 36,8 %-nin isə 10 ildən 20 ilə qədər yaşadığı müəyyən edilib:"Sorğuda iştirak edən ailələrin təxminən 70 %-i on ildən çoxdur eyni ünvanda yaşayır. Araşdırmanın nəticələrinə əsasən, sorğuda iştirak edənlərin 27,9...
27 Noyabr 2026, 13:37
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserinə və Kürdəmir Rayon Psixiatriya Xəstəxanasına başçəkmələr həyata keçirilib, tibb müəssisələrində nöqsanlar aşkar edilib.Bu barədə Citypost.az-a Ombudsman Aparatından məlumat verilib.Bildirilib ki, başçəkmələrin məqsədi müəssisələrdə pasiyentlərin saxlanma şəraitinin, onlarla rəftarın, psixiatriya yardımının təşkilinin, habelə hüquqlarının və qanuni mənafelərinin təmin olunması vəziyyətinin araşdırılması olub.Müəyyən edilib ki, hər iki müəssisədə pasiyentlərin mövsümə uyğun geyim və şəxsi gigiyena vasitələri ilə təminatı lazımi səviyyədə deyil, yataq ləvazimatları istifadəyə yararsız vəziyyətdədir. Həmçinin qidalanmanın təşkilində və kadr təminatında...
27 Noyabr 2026, 13:15
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 1-i keçiriləcək
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 1-i keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova sessiyanın bugünkü iclasının yekununda məlumat verib.O qeyd edib ki, plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.
27 Noyabr 2026, 12:48
Bakıda gecə və səhər duman olacaq – HAVA PROQNOZU
Noyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.Citypost.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 55-65% təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq....
27 Noyabr 2026, 12:40
Mətbuat Şurasından mediaya ÇAĞIRIŞ: Yoxlanılmamış məlumatlar yayılmamalıdır
Azərbaycan Mətbuat Şurası informasiya məkanında baş verən proseslər zamanı media subyektlərindən və jurnalistlərdən peşəkarlığın nümayiş etdirilməsi tələbi ilə bağlı bəyanat yayıb. Citypost.az xəbər verir ki, bəyanatda son dövrlər bəzi media təqdimatlarında jurnalistikanın missiyasına uyğun olmayan, hadisələrin mahiyyətindən daha çox süni rezonans yaratmağa hesablanmış yanaşmaların müşahidə olunduğu bildirilib.“Azərbaycan Mətbuat Şurası hesab edir ki, jurnalistika ictimai maraq naminə deyil, auditoriyanın diqqətini cəlb etmək məqsədilə hadisələrdən istifadə vasitəsinə çevrilməməlidir. Xüsusilə, ayrı-ayrı tanınmış şəxslər, o cümlədən vəzifə səlahiyyətləri başa çatmış şəxslərlə bağlı yoxlanılmamış məlumatların, əsassız ittihamların və alçaldıcı ifadələrin yayılması yolverilməzdir. Belə təqdimatlar həm də ictimai müzakirə mədəniyyətinə xələl gətirir.Uşaqlarla bağlı məlumat və görüntülərin yayılmasında...
27 Noyabr 2026, 11:55