Bizə yazın

Baku

-°C

USD

-

“Radioquraşdırma zavodu”na yeni direktor təyin edilib

Cəmiyyət 25 Mart 2025, 21:09

31873

Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus “Radioquraşdırma zavodu” MMC-nin direktoru Soltan Qasımov vəzifəsindən azad edilib.

Citypost.az  xəbər verir ki, müəssisəyə rəhbərlik Samir İbrahimova həvalə olunub.

Xatırladaq ki, "Radioquraşdırma zavodu" 1948-ci ildə Yеrli Sənаyе Nаzirliyinin tаbеliyində yaradılıb, 1984-cü ildə Robot zavodu ilə birləşdirilərək Radioquraşdırma Bakı İstehsalat Birliyi adlandırılıb, 1991-ci ilə qədər SSRİ Rаdiо sənаyеsi Nаzirliyinin, daha sonra Nаzirlər Kаbinеtinin tаbеliyində оlub, 1993-cü ilin аvqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin, 2006-cı ildən isə MSN-in tabeliyinə verilib. Onun nizamnamə kapitalı 14 583 798 manatdır.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ədəbiyyatşünas Qurban Bayramov vəfat edib

Ədəbiyyatşünas, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramov 80 yaşında vəfat edib.Bu barədə APA-ya onun ailə üzvləri məlumat veriblər.Qeyd edək ki, Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. 1972-ci ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan alim Səməd Vurğun, İlyas Əfəndiyev və digər ədiblərin yaradıcılığına dair tədqiqatların müəllifidir. Onun “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman” və digər elmi əsərləri nəşr olunub....

02 Noyabr 2026, 10:21

Azərbaycan elminə AĞIR İTKİ

Ədəbiyyatşünas, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramov 80 yaşında vəfat edib.Bu barədə  onun ailə üzvləri məlumat veriblər.Qeyd edək ki, Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. 1972-ci ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan alim Səməd Vurğun, İlyas Əfəndiyev və digər ədiblərin yaradıcılığına dair tədqiqatların müəllifidir. Onun “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman” və digər elmi əsərləri nəşr olunub....

02 Noyabr 2026, 10:16

Yasamalın bəzi ərazilərində elektrik enerjisi olmayacaq 

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq."Azərişıq"dan Citypost.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən Abuzər Xələfov, Mirəli Seyidov, Şəfayət Mehdiyev, Tələt Qasımov, Uluxanlı küçələri, Hüseyn Cavid və Mətbuat prospektləri, İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Məlumata görə, görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına hesablanıb....

02 Noyabr 2026, 09:35

FHN: Ötən həftə 143 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.Bu barədə Citypost.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 143 yanğına çıxış, 30 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 38 nəfər xilas edilib, müxtəlif...

02 Noyabr 2026, 09:32

“Bir-birimizə verdiyimiz dəyər fərqlidir” – Dünya çempionu

Azərbaycanlı dünya çempionu, idman mütəxəssisi Anar Süleymanov doğum günü münasibətilə onu təbrik edən hər kəsə təşəkkürünü bildirib.Citypost.az xəbər verir ki, idmançı sosial şəbəkə hesabında paylaşım edərək ünvanına göndərilən təbrik mesajlarından məmnunluğunu ifadə edib.Anar Süleymanov Azərbaycan cəmiyyətində insanların bir-birinə göstərdiyi diqqət və dəyərin xüsusi olduğunu vurğulayıb. O qeyd edib ki, dünyanın heç bir yerində insanların bir-birinə bu qədər çox təbrik mesajı göndərdiyini düşünmür.Dünya çempionu bunu Azərbaycan xalqının nə qədər sosial və mehriban olmasının, insanların bir-birinə verdiyi dəyərin bariz nümunəsi kimi qiymətləndirib.O, paylaşımında bütün təbrik edənlərə ürəkdən minnətdarlığını çatdırıb.Turan ...

02 Noyabr 2026, 09:06

Jurnalistlər niyə hücuma məruz qalır? – Zaur Əhməddən sual

Jurnalist Zaur Əhməd media nümayəndələrinin peşə fəaliyyətlərini həyata keçirərkən zorakılığa məruz qalması hallarına münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşım edərək son dövrlər jurnalistlərə qarşı hücumların artmasından narahatlığını ifadə edib.Zaur Əhməd qeyd edib ki, daha bir jurnalistin hadisəni işıqlandırarkən döyülməsi artıq belə halların tendensiyaya çevrildiyi təəssüratını yaradır. O, baş verənlərin cəzasızlıq mühitindən qaynaqlandığını, yoxsa cəmiyyətə jurnalistlərə qarşı zorakılığın adi hal kimi təqdim edilməsinə çalışıldığını sual edib.Jurnalist vurğulayıb ki, media nümayəndələrinin əsas vəzifələrindən biri hadisə yerlərinə gedərək araşdırma aparmaq və ictimaiyyəti məlumatlandırmaqdır. Onun sözlərinə görə, jurnalistlərin təhlükəsizliyinə təminat verilmədiyi təqdirdə onların peşə fəaliyyətini sərbəst həyata keçirməsi ciddi sual...

02 Noyabr 2026, 09:04