İyunda 13 gün iş olmayacaq
Cəmiyyət 03 Aprel 2025, 13:23
44215
İyun ayında 13 gün iş olmayacaq.
Citypost.az Oxu.az-a istinadla xəbər verir ki, təqvimə əsasən, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, iyunun 7-si şənbə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində iyunun 9-u da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Qurban bayramı ilə əlaqədar 6,7,8 və 9 iyunda iş olmayacaq.
Eyni zamanda 15 iyun bazar gününə təsadüf etdiyinə görə 16 iyun da qeyri-iş günü olacaq.
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında məlumat yayıb."BƏƏ-nin Füceyrə əmirliyində baş vermiş, 14 nəfərin həyatına son qoyan və onlarla insanın xəsarət alması ilə nəticələnən ağır yol qəzası bizi dərindən kədərləndirib.Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq.Bu ağır gündə Birləşmiş Ərəb Əmirlikləri ilə həmrəy olduğumuzu bildiririk", - deyə məlumatda bildirilib....
13 Noyabr 2026, 16:15
Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı
2026-cı il noyabrın 13-də Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.Citypost.az bildirir ki, toplantını giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib.Sonra iclasın gündəliyinə uyğun olaraq, bəzi VK üzvlərinin digər vəkil qurumlarına keçirilməsi, müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunmaları, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, eləcə də vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.Daha sonra Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına...
13 Noyabr 2026, 15:37
Məktəblərdə noyabrın 16-dan beşgünlük payız tətili başlayacaq
Noyabrın 16-dan 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.Bu barədə Citypost.az-a MÜTDA-dan məlumat verilib.Bildirilib ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 21 noyabr, beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 23 noyabr olacaq.Bununla yanaşı tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.Qeyd edək ki, payız tətili "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib....
13 Noyabr 2026, 15:26
Afət Fərmanqızı təsdiqlədi: 10 minə işçi axtarır... - Foto
İt və pişik baxıcısı üçün elan verməyimiz doğrudur. Ancaq mən Moskvada yaşayıram və vəd etdiyimiz məbləğ də 10 min manat deyil, 10 min rubldur (206 manat – red.).Citypost.az xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında müğənni Afət Fərmanqızı it və pişik baxıcısı elanı vermələri haqda danışarkən deyib.O, bununla bağlı ətraflı açıqlama verəcəyini də bildirib.Qeyd edək ki, sosial şəbəkələrdə müğənninin köməkçisinə istinadla yayılan elanda maaşın 10 min vəd edildiyi bildirilsə də, manat və ya rublla olduğu açıqlanmayıb....
13 Noyabr 2026, 14:40
Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
Tiktokda canlı yayım açaraq sərxoş halda Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin və digər şəxslərin ünvanına təhqiredici, nalayiq, qeyri-etik sözlər işlədən şəxs inzibati qaydada həbs olunub.Citypost.az Xitab24.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı 1990-cı il təvəllüdlü Yevlax sakini barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında əməlindən peşman olduğunu, icra başçısından heç bir şikayəti olmadığını, əksinə Anar Tağıyevin onu işlə təmin edib kreditini bağladığını bildirib.Canlı yayım açan zaman sərxoş olduğunu bildirən şəxs, Vətən müharibəsi iştirakçısı olmaqla yanaşı, üç medalla təltif olunduğunu deyib.Yevlax Rayon Məhkəməsinin qərarına...
13 Noyabr 2026, 14:33
71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat
Biləsuvarda evini fahişəxanaya çevirməkdə təqsirləndirilən ahıl kişi ifşa olunub.Citypost.az Oxu.Az-a istinadən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, 1955-ci il təvəllüdlü R.B-nın evində qadınları pul qarşılığında cinsi əlaqəyə vadar etdiyi müəyyən olunub. 71 yaşlı kişi saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə R.B 3 500 manat pul cəriməsi və qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.Məlumata görə, R.B-nın həyat yoldaşı Bakıda yaşadığı üçün kişi evində tək qalırmış. Bir müddət əvvəl onun qonşusu olan qadın narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilib və azadlıqdan məhrum olunub....
13 Noyabr 2026, 13:50