Hulusi Akar: Qarabağ Zəfəri dünya üçün nümunə olub
Cəmiyyət 15 Aprel 2025, 12:00
43212
Qarabağ Zəfəri dünya üçün nümunə olub.
Citypost.az xəbər verir ki, bunu TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar deyib.
O bildirib ki, bu gün qlobal güc balansları dəyişib, konfliktlər artıb, yeni texnologiyaların çox sürətli şəkildə təsirini göstərdiyi dövrə gəlmişik: "Qarşımıza gələn təhlükələr sadəcə hərbi təhlükələrlə məhdudlaşmır. Artıq qlobal iqlim dəyişikliyi və digər təhlükələr də var. Türk dövlətləri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Türkiyə qlobal məsələlərin həll olunması istiqamətində beynəlxalq hüququ əsas götürür. Qlobal hadisələrin bölgəmizə təsiri nəzərə alınmalıdır. Milli təhlükəsizliyin təmin ancaq güclü ordu ilə mümkündür. Bunu Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi Zəfər bütün dünyaya göstərdi. Qarabağ Zəfəri təkcə Azərbaycan, Türkiyə deyil, bütün türk dünyası, o cümlədən dünya üçün nümunə olub”.
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Qobustan, Gəncə, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Ağdam, Ağcabədi, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
21 Noyabr 2026, 16:21
Xalqın İnamından Doğan Güc: Yeni Azərbaycan Partiyasının Şərəfli Yolu
Milli Məclisin deputatı Ceyhun Məmmədov1990-cı illərin əvvəllərində Azərbaycanda hökm sürən hakimiyyət böhranı, xaos və idarəçilik səriştəsizliyi müstəqilliyimizi ciddi təhlükə altına almışdı. Bir tərəfdən daxili qarşıdurmalar, digər tərəfdən Ermənistanın hərbi təcavüzü və etnik separatçılıq meyilləri ölkəni uçuruma aparırdı. Məhz belə bir taleyüklü məqamda Azərbaycan ziyalılarının 91 nəfər tanınmış nümayəndəsi ("91-lər") 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət edərək yeni yaradılacaq partiyaya rəhbərlik etməsini xahiş etdilər.Bu cəsarətli addımlar və 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə keçirilən təsis konfransı nəticəsində Azərbaycanda dağıdıcı proseslərin qarşısı alındı. Əgər həmin dövrdə bu qərar qəbul edilməsə, Ulu Öndər xalqın təkidli tələbi...
21 Noyabr 2026, 15:48
Polad Bülbüloğlu İsraildə 5 ağır əməliyyat keçiribmiş
Xalq artisti Polad Bülbüloğlu gözündə yaranan ciddi problemlə əlaqədar bir neçə ölkədə həkimlərlə məsləhətləşdiyini və İsraildə əməliyyat olunduğunu bildirib.Citypost.az xəbər verir ki, o bu barədə "Sheinkin40" Yutub kanalına müsahibəsində deyib.“Yaş artdıqca səhhətim pisləşməyə başladı. Gözlərimlə bağlı çox ciddi problemim var idi. ABŞ-də, Rusiyada və bir neçə başqa ölkədə həkimlərlə məsləhətləşdim. Mənə həqiqətən İsraildə kömək etdilər. Beş çox mürəkkəb əməliyyat keçirdim. Yəqin, elə bunun sayəsində indi qarşınızda oturub sizi görürəm”- deyə o bildirib....
21 Noyabr 2026, 14:13
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
Bakı Dövlət Universitetində (BDU) kadr islahatı aparılıb.Citypost.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Məleykə Abbaszadə Əmr imzalayıb.Əmrə əsasən, rektorun köməkçisi Nərmin Heydərli vəzifəsindən azad edilib.Qeyd edək ki, o, sabiq rektor Elçin Babayevin dövründə bu vəzifəyə təyin olunmuşdu.Xatırladaq ki, bir neçə gün əvvəl E.Babayev BDU-nun rektoru vəzifəsindən azad olunub və onun yerinə DİM sədri M.Abbaszadə təyin olunub.
21 Noyabr 2026, 13:47
İsa Qəmbər ölkədən çıxa bilmədi
Müsavat Partiyasının başqanı İsa Qəmbərin ölkədən çıxışına məhdudiyyət qoyulub.Citypost.az xəbər verir ki, bu barədə İ.Qəmbər özü məlumat yayıb.O bildirib ki, məhdudiyyətin səbəbi açıqlanmayıb: “Bu gün - 21 noyabrda Berlində önəmli bir konfransa dəvətli idim. Bu gecə saat 4-ə uçaq biletim var idi. Hava alanında uçuşumu əngəllədilıər. Heç bir izahat vermədilər. Konfransa uğurlar arzulayıram”.
21 Noyabr 2026, 12:22
MƏĞLUBİYYƏT DÖVRÜNDƏN ZƏFƏRƏ VƏ YENİ MİLLİ HƏDƏFLƏRƏ DOĞRU - ZAHİD ORUCUN YAZISI
Milli Məclisin deputatı Zahid Oruc yazır:Yeni Azərbaycan Partiyasının 34 illik tarixi ölkəmizin müstəqillik dövründə keçdiyi böyük siyasi yolun ayrılmaz bir parçası, mühüm salnaməsidir. 1992-ci ilin noyabrında Naxçıvanda yaradılan təşkilat qısa bir vaxtda-cəmi altı ay sonra müxalifət partiyasından hakim siyasi qüvvəyə çevrildi. Onun fəaliyyəti Azərbaycan dövlətçiliyinin ən ağır dövrünə, müharibəyə, hakimiyyət böhranlarına, iqtisadi tənəzzülə, sonrakı sabitləşmə və dövlət quruculuğu illərinə, nəhayət, 2020-ci ilin hərbi Qələbəsinə və 2023-cü ildə suverenliyin tam bərpası mərhələsinə düşdü.Ötən əsrin 80-ci illərinin sonunda Sovet İttifaqının dağılması keçmiş ittifaq respublikalarının hər birinin ideoloji və siyasi quruluşunda böyük dəyişikliklərə səbəb oldu. İllərlə birpartiyalı sistemin tərkibində yaşayan xalqlar müstəqil dövlət...
21 Noyabr 2026, 11:57