Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda mənzillər 14%-dən çox bahalaşıb

Cəmiyyət 15 Aprel 2025, 15:33

32104

2025-ci ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər 2024-cü ilin I rübünə nisbətən 14.4% bahalaşıb.

CityPost.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin I rübündə əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 12.9%, təkrar mənzil bazarında isə 14.4% artıb.

Qeyd edək ki, cari ilin I rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 4.4%, o cümlədən ilkin mənzil bazarı üzrə 2%, təkrar mənzil bazarı üzrə 4.5% artıb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Adam rəhmətə gedib, paylaşımına bəyənmə qoyulur” – Mehriban Zeynalovadan irad

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkələrdə vəfat edən şəxslərlə bağlı paylaşımlara münasibət bildirərkən istifadə olunan bəyənmə işarəsini tənqid edib.Citypost.az xəbər verir ki, M. Zeynalova bu barədə fikirlərini bölüşərək milli ənənələrdən danışarkən bəzən onların mahiyyətinə diqqət yetirilmədiyini vurğulayıb.Mehriban Zeynalovanın sözlərinə görə, qlobal dünyanın təqdim etdiyi sosial şəbəkə alətlərindən düşünmədən istifadə etmək düzgün deyil. O qeyd edib ki, bir insan vəfat etdikdən sonra onunla bağlı paylaşımın altında bəyənmə işarəsinin qoyulması müəyyən mənada yanlış anlaşılmaya səbəb ola bilər.“Adam rəhmətə gedib, paylaşımına bəyənmə işarəsi qoyulur. Bu, onun rəhmətə getməsini bəyənmək anlamı vermirmi? Olmaz ki, bəyənmədən rəhmət dilənilsin?” – deyə...

18 Noyabr 2026, 08:12

Sevil Gültən “Neftçilər” metrosunun çıxışlarında dilənçilik problemindən yazdı

Tərcüməçi-yazar Sevil Gültən “Neftçilər” metro stansiyasının çıxışlarında dilənçiliklə məşğul olan şəxslərin və azyaşlı uşaqların olmasına etiraz edib.Citypost.az xəbər verir ki, tərcüməçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Sevil Gültən bildirib ki, bu gün “Neftçilər” metrosu istiqamətində olarkən stansiyanın dörd çıxışının hamısında dilənçilik edən şəxslərlə qarşılaşıb. Onun sözlərinə görə, həmin şəxslərin hər birinin yanında 3-4 uşaq olub.Yazar qeyd edib ki, metro ilə geri qayıdarkən həmin şəxslərdən birinin polis əməkdaşının yanında olduğunu görüb. Bu zaman o, polisdən metro çıxışlarında dilənçilik edən şəxslərin yerləşməsinin qarşısının alınmasını xahiş edib. Sevil Gültən bu vəziyyətin beynəlxalq tədbirlər ərəfəsində həyata keçirilən tədbirlər kimi aradan qaldırılmasını istəyib.Onun sözlərinə...

18 Noyabr 2026, 01:20

Kamil Şahverdidən mədəniyyət xadimlərinə SƏRT İRAD: “40 ilə yaxındır dəyişmirlər”

Milli Məclisin Bülbül adına Mədəniyyət komitəsinin son iclası haqqında xəbərləri oxuyarkən qəribə düşüncələrə daldım. 40 ilə yaxındır ki, mədəniyyətimizin başında duran bu insanlar heç dəyişmirlər…1988-1989-cu illərdə Rüspublikamızın Moskvadan yeni təyin olunmuş rəhbəri Əbdülrəhman Vəzirov tez-tez elə bu xadimləri toplayıb “Aktivlərlə görüş” keçirərdi. Vəzirov qoz ağacları əkməkdən və bir neçə ildən sonra bu millət onun qozlarını yeyəcəyindən danışardı. Daha sonra respublikanın başçısı Heydər Əliyevin əleyhinə, “əliyevşinaya” qarşı mübarizədən danışardı. Bülbül adına Mədəniyyət komitəsinin iclasına toplaşan bu insanların əksəriyyəti də odlu, alovlu çıxışlar etmək üçün, Heydər Əıiyevin “onların başına gətirdiyi müsibətlərdən”danışmaq üçün bir-birini dirsəkləyərək səhnəyə, tribunaya can atırdılar. Heydər Əliyevin əleyhinə daha...

18 Noyabr 2026, 00:53

Telman Nüsrətoğlu Fərhad Bədəlbəylinin fikirlərinə etiraz etdi: “Ərdoğanın Şuşaya gəlişi...”

Azərbaycanlı tarixçi-alim, dosent Telman Nüsrətoğlu Xalq artisti, professor Fərhad Bədəlbəylinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.Citypost.az xəbər verir ki, alim  bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Telman Nüsrətoğlu Fərhad Bədəlbəylinin “İstanbula getmədi şah, Şuşaya gəldi, mat” ifadəsini tənqid edərək, bu yanaşmanın qardaş ölkənin liderinə qarşı özgələşdirici münasibət sərgilədiyini bildirib. Tarixçi-alim hesab edir ki, belə bir ifadə yalnız siyasi mövqeyi deyil, eyni zamanda insanın dünyagörüşünü və mənəvi dəyərlər sistemini də ortaya qoyur.O qeyd edib ki, İstanbul türk-islam dünyasının tarixi, mənəvi kimliyi və yaddaşı baxımından xüsusi əhəmiyyətə malik şəhərdir. Türkiyə isə iqtisadi gücü, ordusu, əhalisi...

18 Noyabr 2026, 00:30

Məşhur şadlıq saraylarında nöqsan aşkarlandı

Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib.Bu barədə Citypost.az-a qurumdan məlumat verilib.Bildirilib ki, aparılan nəzarət tədbirləri zamanı 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.Belə ki, bir sıra obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi və digər nöqsanlar aşkarlanıb.Eyni zamanda, "Manisa", "Meridian Luks", "Mirana", "Vegas City Hall" və...

17 Noyabr 2026, 23:23

Üç ailənin yaşadığı ev tamamilə yandı

Lənkəran şəhərində üç ailənin yaşadığı ev tamamilə yanıb.Modern.az Report-a istinadla bildirir ki, hadisə şəhərin Mirzə Fətəli Axundov küçəsində baş verib.Ümumi sahəsi təxminən 150 kvadratmetr olan yaşayış evi qısa müddətdə bütün əşyaları ilə birlikdə tamamilə yansa da, 3-ü uşaq olmaqla 8 nəfər xilas ola bilib.Hadisəyə elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğu ehtimal edilir.Faktla bağlı araşdırma aparılır.

17 Noyabr 2026, 22:25