Bizə yazın

Baku

-°C

USD

-

FHN-də akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Cəmiyyət 15 Aprel 2025, 17:50

29496

Fövqəladə Hallar Nazirliyində akademik Zərifə Əliyevanın xatirəsi anılıb.

CityPost.az FHN-nə istinadən xəbər verir ki, nazirliyinTibb Xidmətində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 40-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə Xidmətin rəhbərliyi və kollektivi iştirak edib.

Mərasimi giriş sözü ilə açan Tibb Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Rəfail Mehdiyev nəciblik və ziyalılıq mücəssəməsi olan akademik Zərifə Əliyevanın mənalı həyat yolundan söz açıb, insanpərvərliyin və xeyirxahlığın onun həyat fəlsəfəsi olduğunu vurğulayıb. Zərifə xanımın əsl Azərbaycan xanımı kimi mənəvi dəyərlərimizin layiqli daşıyıcısı olduğunu diqqətə çatdıran natiq, onu həmçinin, sadiq və fədakar həyat yoldaşı, qayğıkeş ana kimi xarakterizə edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin mənəvi dayağı olan Zərifə xanım Əliyeva, eyni zamanda Vətən üçün layiqli övladlar bəxş edib.

Akademik Zərifə Əliyevanın elmi fəaliyyətinə toxunan R.Mehdiyev dünya şöhrətli alimin zəngin elmi irsindən bəhs edib, yaratdığı fundamental əsərlərin dünya, o cümlədən Azərbaycan tibb elminin misilsiz xəzinələrindən olduğunu bildirib.

Sonra FHN Tibb Xidmətinin əməkdaşları – Xidmət rəisinin müavini – poliklinika şöbəsinin rəisi tibb xidməti baş leytenantı Ülkər Məhərrəmova “Akademik Zərifə Əliyeva bir ana kimi”, Dərman, tibbi avadanlıq, alət və ləvəzimat təminatı şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Mobil Mehtiyev “Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı haqqında xatirələri” və Müalicə-profilaktika işinin təşkili şöbəsinin rəisi tibb xidməti mayoru Arzu Babazadə “Akademik Zərifə Əliyevanın peşə fəaliyyəti haqqında” mövzularında çıxış ediblər.

Tədbirin sonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın mənalı həyat yolundan və zəngin elmi fəaliyyətindən bəhs edən film nümayiş olunub.

FHN-də akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kənan Rövşənoğlu: “Türkiyə cəmiyyəti tarixə ideoloji baxışdan çıxa bilmir”

Türkiyədə əsas müzakirə mövzusu Haluk Bilginerin "Türk sineması" deyil, "Türkiyə sineması olmalıdır" deməsi və islamçı jurnalistin 10 noyabr Atatürkün anım günü ilə bağlı sözləridir. Əslində, daha ciddi problematik mövzular var, amma ənənəvi olaraq bu cür mövzular hər şeyi üstələyir. Çünki cəmiyyət həssas və qırılqandır. Daxili milli bütünlük möhkəm deyil. Bunu mən praktikada 25 il əvvəl yaşamışdım. Demək 90-cı illərin sonlarında Səid Nursinin həyatından bəhs edən kitab əlimə keçmişdi. Kitabı yeni oxuduğum vaxtlarda bir yaxın tanışın evində məclisdə Atatürk liseyinin iki müəllimi ilə tanış oldum. Söhbətləşdik və mən təbii ki, Türkiyə "gerceklərini" bilmədiyim üçün müəllimlərə Səid Nursinin kitabından bəhs etdim. Hiss etdim ki,...

16 Noyabr 2026, 01:00

Qənirə Ataşovadan ABŞ-dakı vəziyyətlə bağlı açıqlama: “Bu qədər panikaya ehtiyac yoxdur”

ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkələrdə Amerikada baş verən hadisələrlə bağlı yayılan xəbərlərin yaratdığı ajiotaja münasibət bildirib.O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Jurnalist qeyd edib ki, sosial şəbəkələrdə yayılan məlumatlara baxdıqda insanda elə təəssürat yaranır ki, sanki ABŞ-da dünyanın sonu yaxınlaşır. Lakin onun sözlərinə görə, bu qədər təşvişə düşməyə ehtiyac yoxdur və gündəlik həyat öz axarında davam edir.Qənirə Ataşova bildirib ki, insanlar sosial şəbəkələrdə gördükləri hər məlumatı həqiqət kimi qəbul etməməli, yayılan xəbərlərə daha soyuqqanlı yanaşmalıdırlar.O, amerikalıların alış-veriş vərdişlərinə də diqqət çəkərək qeyd edib ki, ABŞ-da insanlar ərzaq və digər gündəlik tələbatlarını çox vaxt həftəlik və ya...

16 Noyabr 2026, 00:34

Nura Suridən xəbərdarlıq: “Bəsdir də bu qədər qorxu, bu qədər təşviş”

Müğənni Nura Suri sosial şəbəkə hesabında son günlər dünyada baş verən hadisələrlə bağlı yayılan xəbərlərin insanlarda yaratdığı qorxu və təşvişdən yazıb.O, bu barədə Facebook hesabında paylaşım edib.Müğənni bildirib ki, son vaxtlar yayılan xəbərlərə nəzər saldıqda insanda elə təəssürat yaranır ki, sanki dünyanın sonu yaxınlaşır. Onun sözlərinə görə, internetin fəaliyyətini dayandıracağı, ABŞ-da təyyarələrin uçmadığı, Microsoft sistemlərinin işləmədiyi, kriptovalyutaların çökdüyü ilə bağlı xəbərlər, eləcə də yadplanetlilərlə bağlı iddialar cəmiyyətdə əlavə narahatlıq yaradır.Nura Suri qeyd edib ki, demək olar, hər gün yeni bir qorxu və təşviş doğuran məlumat yayılır. Belə xəbərlərin fonunda kriptovalyuta bazarında, xüsusilə Bitcoin-in qiymətində baş verən dəyişikliklər də insanların narahatlığını...

16 Noyabr 2026, 00:33

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur.CityPost.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlər görülür.

15 Noyabr 2026, 22:17

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə “Yubiley gecəsi” keçirilib

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə Heydər Əliyev Sarayında “Yubiley gecəsi” adlı möhtəşəm konsert proqramı təşkil olunub.Citypost.az xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, AzTV-nin tanınmış və korifey aparıcıları, müxtəlif dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi xadimlər, ziyalılar və media nümayəndələri iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gecədə ilk olaraq Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov çıxış edərək Prezident İlham Əliyevin yubiley münasibətilə ünvanladığı təbrik məktubunu səsləndirib.Daha sonra gecənin bədii hissəsində Azərbaycanın tanınmış sənətkarları və musiqi kollektivləri çıxış ediblər. Xalq artistləri Zeynəb Xanlarova, Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Teyyub Aslanov, Samir Cəfərov,...

15 Noyabr 2026, 21:37

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında noyabrın 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Noyabrın 16-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

15 Noyabr 2026, 21:06