ChatGPT-nin işində nasazlıq baş verdi
Cəmiyyət 25 Aprel 2025, 01:15
39298
ABŞ-da istifadəçilər ChatGPT xidmətində nasazlıqla üzləşiblər.
CityPost.az xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.
Son yarım saat ərzində 3300-dən çox istifadəçi servisin fəaliyyətində problem olduğunu qeyd edib.
Nasazlığın səbəbi hələlik məlum deyil. OpenAI şirkəti məsələyə münasibət bildirməyib.
Azərbaycan bayrağı Qars qalasında dalğalandı - FOTO
Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib.O, üçrəngli bayrağımızın tarixi Qars qalasında dalğalandığını qeyd edib. Q.Zeylanov jestə görə Qars valisi Ziya Polat və bələdiyyə sədri Ötüken Şengülə səmimi təşəkkür edib.
09 Noyabr 2026, 18:09
Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Keçmiş vəzifəli şəxs Məmmədov Tariyel Çoban oğlu vəfat edib.Citypost.az "Unikal"a istinadən mərhum uzun illər Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.T.Məmmədov 2006-cı ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
09 Noyabr 2026, 16:59
Bu xanıma yüksək VƏZİFƏ VERİLDİ
Maliyyə Nazirliyinin tabeliyindəki Rəqəmsal Maliyyə Mərkəzində təyinat baş tutub.CİTYpOST.AZ Yurd.Media-ya istinadən xəbər verir ki, Xanım Sadıqova Mərkəzin Təşkilati fəaliyyət və inkişaf departamentinin rəhbəri vəzifəsinə təyin olunub.O, yeni təyinatından əvvəl, 2024-cü ilin yanvarından 2026-cı ilin noyabrınadək “Sinteks Group of Companies”də təlim və inkişaf üzrə menecer olub.O, 2019-cu ilin fevralından 2024-cü ilin yanvarınadək “AzInTelecom”da çalışıb.
09 Noyabr 2026, 16:41
Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb
Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb.APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb.Qeyd edək ki, güclü qar yağması səbəbindən səhər saatlarında Quba-Xınalıq avtomobil yolu bağlanıb. Hazırda yol qar və buzdan təmizlənərək nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.
09 Noyabr 2026, 15:08
Prezidentdən mühüm SƏRƏNCAM
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Draqan Vladisavljeviç “Dostluq” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
09 Noyabr 2026, 14:14
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub.CityPost.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərdə tutulub.
09 Noyabr 2026, 14:01