Bizə yazın

Baku

-°C

USD

-

Bu tələbələrə hər ay 500 manat veriləcək

Cəmiyyət 25 Aprel 2025, 10:14

37699

Hərbi instituta sənəd verən hər bir namizədə əvvəlcə 500 manat ödəniş verilir.

CityPost.az xəbər verir ki, bunu Milli Müdafiə Universitetinin rəsmi nümayəndəsi Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, tələbələr oxuduğu müddət ərzində 150 manat məbləğdə təqaüdlə təmin edilir:

"O cümlədən tələbənin ailəsinə hər ay 200 manat ödəniş verilir. Eyni zamanda 200 manat vəsait də hər ay tələbənin bank hesabına yatırılır. Bizim hərbi kolleclərə sənəd verən tələbələrimizə də 500 manat maliyyə dəstəyi göstərilir. Onlara da ayda 100 manat təqaüd verilir, ailəsinə 200 manat verilir və 150 manat bank hesabına köçürülür".

Yəhya Babanlı qeyd edib ki, Naxçıvanski və digər hərbi liseylərə sənəd verən namizədlərə ilkin olaraq 300 manat ödəniş olunur:

"Onlara hər ay 50 manat təqaüd, ailələrinə isə 100 manat verilir. Onların bank hesabına da hər ay 100 manat məbləğində vəsaitlər köçürülür".(modern.az)

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xəbərlərdəki fotolarla bağlı media subyektlərinə XƏBƏRDARLIQ EDİLDİ

Bir sıra media resurslarında Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasına dair xəbərlərin materialın predmetinə aid olmayan fotoşəkillərlə təqdim olunması manipulyativ vizual təqdimat nümunəsidir.Citypost.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasına qeyd edilib.Qeyd edilib ki, bu cür təqdimat auditoriyada xəbərin məzmunu, hadisənin coğrafi məkanı və tərəflər arasında aparılan əməkdaşlığın mahiyyəti barədə yanlış təsəvvür formalaşdıra bilər:"Eyni görüntülərin digər media resurslarında və sosial şəbəkə platformalarında təkrar paylaşılması isə yanlış təsəvvürlərin daha geniş auditoriyaya yayılmasına və mövzu ətrafında əsassız müzakirələrin yaranmasına zəmin yaradır. Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini xəbərlərin vizual tərtibatında istifadə...

13 Noyabr 2026, 13:46

Sabah 22 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda 0-4°şaxta, gündüz 8-13° isti olacaq....

13 Noyabr 2026, 13:02

Rauf Hacıyevin oğlu bu gün rus blogerlə evlənir - Fotolar

20 yaşlı rusiyalı müğənni və bloger Avrora Kibanın bu gün toyu olacaq.“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, gənc bloger 36 yaşlı azərbaycanlı biznesmen Rüstəm Hacıyevlə ailə həyatı qurur.Bildirilib ki, 8 ay əvvəl Rio-deJaneyroda tanış olan cütlüyün toy mərasimi bu gün Bakıda keçiriləcək.Qeyd edək ki, Rüstəm Hacıyev Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğludur.

13 Noyabr 2026, 12:42

Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Qəzənfər İsmayıl oğlu Abdullayev vəzifəsindən azad edilib.Citypost.az Unikal-a istinadən xəbər verir ki, bu barədə müvafiq qərar qəbul edilib.Qeyd edək ki, Q.Abdullayev 28 sentyabr 2023-cü ildə AHİK-in sədr müavini seçilmişdi.Xatırladaq ki, bir müddət əvvəl Qəzənfər Abdullayevin mülkləri ilə bağlı mətbuatda məlumat yayılmışdı. Bundan sonra o, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı mandatından məhrum olunub....

13 Noyabr 2026, 11:55

MİDA güzəştli mənzilləri satışa çıxarır - Qiymətlər açıqlandı

Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dörd yaşayış kompleksi üzrə ümumilikdə 1049 mənzili güzəştlə satışa çıxaracaq.Citypost.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.Bildirilib ki, mənzillərin satışı dekabrın 16-da saat 11:00-da başlayacaq və saat 13:00-dək davam edəcək. Gözləmə qaydasında mənzil seçimi isə saat 12:00-dan 13:00-dək aparılacaq. Satışa çıxarılan mənzillərdən 839-u Binəqədi, 201-i Şirvan, 5-i Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, 4-ü isə Yevlax Yaşayış Kompleksində yerləşir.Mənzillərin qiymətləri aşağıdakı kimidir:Hövsan Yaşayış Kompleksi:* 4 otaqlı – 118 800 manat.Binəqədi Yaşayış Kompleksi:* 3 otaqlı – 98 415 manatdan;* 4 otaqlı – 133 650 manat;* 5 otaqlı – 211 275 manat.Şirvan Yaşayış Kompleksi:* 2 otaqlı...

13 Noyabr 2026, 11:30

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib."Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin", başsağlığında deyilir.....

13 Noyabr 2026, 11:06