İyunda 13 gün iş olmayacaq
Cəmiyyət 25 Aprel 2025, 12:06
29523
İyun ayında 13 gün qeyri-iş günü olacaq.
CityPost.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 6, 7-si Qurban bayramı qeyd olunacaq.
Həmçinin oxuyun
İyunun 7-si şənbə günü olduğu üçün iyunun 9-u qeyri-iş günü hesab ediləcək.
İyun ayının 15-də qeyd edilən Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyi üçün iyunun 16-sı qeyri-iş günü sayılacaq. Bundan əlavə, 26 iyun Silahlı Qüvvələr Günü də qeyri-iş günüdür. 1, 7, 8, 14, 15, 21, 22, 28 və 29 iyun tarixləri isə şənbə-bazar günlərinə təsadüf edir.
Beləcə iyun ayında 13 gün qeyri-iş günü olacaq.
Pensiya və maaşlar nə qədər artıb? - Nazir rəqəmləri açıqladı
"Orta aylıq pensiyanın məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10.4% artaraq 596 manata, yaşa görə pensiyanın orta məbləği isə 10% artaraq 634 manat, orta aylıq əməkhaqqı 7.2% artaraq 1173 manata çatıb. Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər isə 8.4% artaraq 1.9 milyard manat olub".Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.Pensiya və maaşlar nə qədər artıb? - Nazir rəqəmləri açıqladıOnun sözlərinə görə, nazirlik tərəfindən əhalinin 22%-nə, yəni 2.2 milyon...
06 Noyabr 2026, 12:52
Emin Mahmudov millidə karyerasını başa vurur
Azərbaycan yığma komandasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib.Citypost.az xəbər verir ki, təcrübəli futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdən sonra bu qərar qəbul olunub.Noyabr toplanışı çərçivəsində keçiriləcək Andorra ilə yoldaşlıq görüşü Emin Mahmudov üçün milli komandada sonuncu matç olacaq.2016-cı ildən etibarən milli komandanın şərəfini qoruyan yarımmüdafiəçi yığmanın heyətində keçirdiyi oyunlarda 16 qola imza atıb. Emin Mahmudov bu göstərici ilə Qurban Qurbanova məxsus rekordu yeniləyərək Azərbaycan millisi tarixinin ən məhsuldar futbolçusu statusunu daşıyır.Qeyd edək ki, Azərbaycan millisi növbəti toplanış çərçivəsində noyabrın 13-də UEFA Millətlər Liqasında Lixtenşteyn, noyabrın 16-da isə Andorra ilə yoldaşlıq oyununda üz-üzə gələcək....
06 Noyabr 2026, 12:48
Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək.Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Noyabrın 8-i saat 16:00-dan 18:00-dək hərbi orkestrlər aşağıda göstərilən ünvanlarda nümunəvi çıxışlar edəcəklər:- Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı);- Filarmoniya parkı;- Fəvvarələr meydanı;- Koroğlu parkı;- Sahil parkı;- Zabitlər parkında.Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:Bakı şəhəri üzrə:- Heydər Əliyev Sarayı...
06 Noyabr 2026, 12:38
Sabah Bakıya yağış yağacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında gözlənilən havaBildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı...
06 Noyabr 2026, 12:30
Ucarın icra başçısı sərəncam İMZALADI
Ucar rayon İcra Hakimiyyəti Başçısı Mansur Məmmədov sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, Oxu24.com xəbər verir ki,icra başçısının müvafiq sərəncamı ilə rayonda keçirilən Çəltik festivalı ilə bağlı bir sıra şəxslər təltif edilib.Bir sıra idarə və təşkilatların əməkdaşları tədbirin təşkilində səmərəli iştiraklarına görə bu mükafata layiq görülüblər.
06 Noyabr 2026, 11:43
FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq
Fövqəladə Hallar Nazirliyi Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.Citypost.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bununla bağlı əmr imzalayıb.Əmrə əsasən, bayramlarla əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil olunması məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib....
06 Noyabr 2026, 11:26