Bizə yazın

Baku

-°C

USD

-

Həccə getmək istəyənlərə ŞAD XƏBƏR

Cəmiyyət 25 Aprel 2025, 14:26

39204

Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti mayın 10-dək uzadılıb.

CityPost.az bildirir ki, bunu “Report” sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

Onun sözlərinə görə, bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib və hazırda kvota 96 fazidən çox dolub.

Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tanınmış jurnalistə yüksək vəzifə verildi

"Səbail” Futbol Klubunda yeni təyinat gerçəkləşib.Citypost.az xəbər verir ki, tanınmış idman jurnalisti Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub.Qeyd edək ki, Emin Abbasov daha əvvəl “Xəzər” və “Sabah” klublarının idarəetmə strukturlarında fəaliyyət göstərib.Emin Abbasov jurnalist kimi "Lider" TV-də, "Xəzər" TV-də, ATV-də çalışıb, bir sıra idman verilişlərinin aparıcısı olub. 2011-ci ildə Sportal.az saytını təsis edib.Xatırladaq ki, "Səbail" klubu Azərbaycan Çempionatının I Liqasında çıxış edir....

11 Noyabr 2026, 08:45

Azər Həsrətdən TƏKLİF: İranın səfirliyi yerləşən küçəyə Albert Aqarunovun adı verilsin

Siyasi şərhçi Azər Həsrət Bakıda yerləşən Bünyad Sərdarov küçəsinin adının dəyişdirilməsini və küçəyə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının verilməsini təklif edib.Citypost.az xəbər verir ki, Azər Həsrət bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Siyasi şərhçi qeyd edib ki, İranın Bakıdakı səfirliyi Bünyad Sərdarov küçəsində yerləşir. Onun fikrincə, vaxtilə bolşevik hərəkatının üzvü olmuş Bünyad Sərdarovun adının paytaxtın mərkəzi küçələrindən birində saxlanılması məqsədəuyğun deyil.Azər Həsrət Bünyad Sərdarovu Şaumyanın tərəfdarlarından biri və antimilli mövqedə dayanmış şəxs kimi xarakterizə edib. O hesab edir ki, küçənin adı dərhal dəyişdirilməli və onun yerinə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Albert Aqarunovun adı verilməlidir.Siyasi şərhçi...

11 Noyabr 2026, 08:26

UNEC rektoru Çinin yeni kadr siyasəti barədə fikir bildirib

Çində dövlət idarəçiliyində kadr siyasəti ilə bağlı yeni yanaşma diqqət çəkib. Artıq ölkədə dövlət qurumlarında yüksək vəzifələrə yalnız Çin universitetlərində təhsil almış məzunların təyin ediləcəyi bildirilir.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov sosial şəbəkə hesabında paylaşım edib.Rektor qeyd edib ki, əvvəllər xaricdə təhsil alaraq Çinə qayıdan məzunlar ölkədə yüksək qiymətləndirilən və istedadlı kadrlar kimi xarakterizə olunurdular. Lakin hazırda bu yanaşmada dəyişiklik müşahidə edilir.Ədalət Muradovun sözlərinə görə, Çində dövlət qurumlarında yüksək vəzifələrə təyinat zamanı ölkə daxilində təhsil almaq əsas şərtlərdən birinə çevrilir.UNEC rektoru Çinin bu qərarının nə dərəcədə doğru olduğunu zamanın göstərəcəyini bildirib...

11 Noyabr 2026, 08:07

Vətən Müharibəsi Qəhrəmanının büstünün açılışı olub

Zaqatalada Vətən müharibəsi qəhrəmanı, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan DİN-in Daxili Qoşunların zabiti Şixamir Qaflanovun büstünün açılışı olub. Citypost.az xəbər verir ki, qəhrəmanın adını daşıyan Humanitar Fənlər Gimnaziyasında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Polis Şöbəsinin, eləcə də digər hüquq-mühafizə orqanlarının əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.  Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Ş.Qaflanovun keçdiyi şərəfli döyüş yolundan, vətənpərvərliyindən, qəhrəmanlıqlarından söz açıblar. Sonra tədbir iştirakçıları Vətən Müharibəsi Qəhrəmanın büstü önünə əklil və...

11 Noyabr 2026, 08:00

Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər

Abşeron rayonunun Masazır kəndində, "Yeni Bakı" yaşayış kompleksinin yaxınlığında yerləşən və 4 saylı məktəbə aparan yoldakı iri dəmir dirək hər an aşmaq təhlükəsi ilə üz-üzədir.Citypost.az  xəbər verir ki, dirəyin ətrafındakı torpağın boşalması onun dayanıqlılığını itirməsinə səbəb olub. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, problem uzun müddətdir davam edir.Yağışlı havalarda isə dirəyin dibindəki torpaq daha da boşalır və aşma riski artır. Vəziyyət xüsusilə məktəblilərin təhlükəsizliyi baxımından narahatlıq doğurur. Belə ki, hər gün yüzlərlə şagird bu yoldan istifadə edərək dərsə gedib-gəlir.Şagirdlər təhlükəli dirəyin yanından keçərkən qorxduqlarını, hətta riskdən yayınmaq üçün palçıqlı alternativ yollardan istifadə etdiklərini bildirirlər.Ərazidə çoxmərtəbəli yaşayış binalarının da yerləşməsi yolu gün...

10 Noyabr 2026, 23:28

Prezident xanımı ilə Türkiyəyə getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib.CityPost.az   xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlu, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay, Türkiyə Böyük Millət Məclisinin üzvü Mövlud Çavuşoğlu, Antalya şəhərinin valisi Hulusi Şahin və...

10 Noyabr 2026, 22:13