Bizə yazın

Baku

-°C

USD

-

Həmin müəllim işdən çıxarıldı

Cəmiyyət 18 Sentyabr 2024, 11:45

56418

İmişlidə şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib.

Citypost.az  xəbər verir ki, bu barədə Mil - Muğan Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, sosial şəbəkələrdə İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin məktəbin giriş qapısının qarşısında şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındırması ilə əlaqədar yayılan videolarla bağlı araşdırma aparılıb.

Məlumata görə, ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin sentyabrın 16-da məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan həmin gün saat 08:00 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.

"Müəllim qeyd olunanlarla kifayətlənməmiş, bu prosesi özünün TikTok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib. Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozub. Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən məktəbin ilk həmkarlar təşkilatının rəyi nəzərə alınaraq, Leyla Nəcəfquliyeva ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq sentyabrın 17-də xitam verilib, - İdarənin məlumatında bildirilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət Himni səsləndirilib.Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.Andiçmə mərasiminin 8 Noyabr - Zəfər Gününə təsadüf etməsinin şəxsi heyət üçün xüsusilə dəyərli və yaddaqalan olması, bu günün şəxsi heyət üçün ikiqat bayram...

08 Noyabr 2026, 15:47

Prezidentin sosial media hesablarında Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib.CityPost.az  paylaşımı təqdim edir:Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri https://t.co/CgjyVXmpop— İlham Əliyev (@azpresident) November 8, 2026

08 Noyabr 2026, 15:18

Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi keçirilir - CANLI

Azərbaycana rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilir.

08 Noyabr 2026, 14:41

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana rəsmi səfərə gəlib.CityPost.az-ın  xəbərə əsasən, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşıladılar.

08 Noyabr 2026, 13:49

Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov və Xidmətin şəxsi heyəti 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda yerləşən Zəfər Tağı abidəsini ziyarət ediblər.Citypost.az  xəbər verir ki, ziyarət zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, abidənin önünə gül dəstələri düzülüb.Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd olunur....

08 Noyabr 2026, 13:17

Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-15° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2°...

08 Noyabr 2026, 12:37