Bakıda güclü yanğın başladı
Cəmiyyət 27 Sentyabr 2024, 13:55
27954
Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.
CityPost.az xəbər verir ki, yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.
Həmçinin oxuyun
Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib: "Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları ərazini mühafizə edərək təhlükəsizlik tədbirləri görür".
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Dövlət Gömrük Komitəsinin (DGK) aidiyyəti qurumları noyabrın 9-da və 10-da növbəli qaydada fəaliyyət göstərəcək.Bu barədə Citypost.az-a komitədən məlumat verilib.Bildirilib ki, qarşıdan gələn qeyri-iş günlərində malların gömrük rəsmiləşdirilməsinin operativ şəkildə təmin edilməsi məqsədilə Komitənin aidiyyəti qurumları noyabrın 9-da və 10-da növbəli qaydada işləyəcək.
05 Noyabr 2026, 19:51
Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb
Nepal polisi pul müqabilində vətəndaşlara xaricdə, o cümlədən Azərbaycan və Kanadada iş vəd edən 2 nəfəri dələduzluq şübhəsi ilə saxlayıb."Report" Nepal mediasına istinadən xəbər verir ki, saxlanılanlar paytaxt Katmanduda yaşayan 56 yaşlı Punya Prasad Niraula və 20 yaşlı Şreya Şresthadır.Nepal Polisi Mərkəzi İnformasiya Mərkəzinin məlumatına görə, zərərçəkmişlərdən hər iki şübhəli barəsində şikayətlər daxil olub. Niraula şikayətçilərin birindən Azərbaycanda iş təşkil edəcəyini vəd edərək 3,2 milyon Nepal rupisi (35 min manatdan çox - red.) almaqda ittiham olunur. Şrestha isə öz növbəsində başqa bir şəxsə Kanadada iş vəd etməsi müqabilində 345 min rupi (3800 manatdan çox - red.) almaqda şübhəli bilinir.Pulları aldıqdan...
05 Noyabr 2026, 19:18
Bahar Muradova Salyanda vətəndaşları qəbul edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Salyan rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, qəbulda Salyan və Neftçala rayon sakinlərinin müraciətləri dinlənilib.Qəbul zamanı edilən müraciətlər arasında məşğulluq və işlə təmin olunma, ailə məsələləri, iddiaların araşdırılması və hüquqi qiymət verilməsi, torpaq sahəsinin ayrılması, eləcə də fəaliyyətin həyata keçirilməsinə dəstək göstərilməsi ilə bağlı məsələlər yer alıb. Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb....
05 Noyabr 2026, 18:38
Azərbaycanlı dənizçi Finlandiyada həbs olundu
Finlandiyada "Fitburq" gəmisinin kapitanı və bosmanı kabel çəkilişi qaydalarını pozduqlarına görə həbs ediliblər.Citypost.az Oxu.az-a istinadla xəbər verir ki, Helsinki Dairə Məhkəməsi "Fitburq" gəmisindən olan iki dənizçini Yeni il gecəsində Fin körfəzində baş verən hadisə zamanı kabellərə zərər dəyməsində təqsirli bilib.Ağır təxribat törətdiklərinə görə rusiyalı kapitan Andrey Maksimenko 3 il 6 ay, azərbaycanlı dənizçi Vüsal Məcidov isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum ediliblər. Mühakimə olunan hər iki şəxsin dərhal həbs olunmasına hökm verilib.Onlar, həmçinin kabellərin və qaz boru kəmərinin təmiri və yoxlanılması xərcləri üçün zərərçəkənlərə kompensasiya ödəməlidirlər.Xatırladaq ki, 2025-ci il dekabrın 31-də Fin körfəzində Estoniya ilə Finlandiya arasında yerləşən...
05 Noyabr 2026, 18:26
Daha bir şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
Daha bir şirkət rəhbərinin Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət qoyulub.Citypost.az xəbər verir ki, "Elegant Residence" Mənzil-Tikinti Kooperativinin fondlara ümumilikdə 12 min 709 manat vergi borcu yaranıb. Lakin ödənişlər vaxtında yerinə yetirilməyib.Borcların ödənilməsi üçün aidiyyəti qurum tərəfindən dəfələrlə şirkətə bildirişlər göndərilib. Bu da əhəmiyyət verməyəndə dövlət qurumu məhkəmədə şirkətə qarşı iddia qaldırıb. İddiada borclar ödənilənədək şirkətin rəhbəri, 34 yaşlı Nicat Pənahzadənin ölkədən çıxışına müvəqqəti qadağa qoyulması istənilib.Məhkəmə bu iddanı təmin edib və N. Pənahzadənin Azərbayandan çıxışına müvəqqəti məhdudiyyət qoyulub.Qeyd edək ki, mediada Bakının Həsən Əliyev, Mərdanov qardaşlarıvə Sabit Rəhman küçələrinin kəsişməsində yerləşən "Elegant Residence" Mənzil-Tikinti Kooperativi barədə bir sıra xəbərlər yayılıb. Həmin...
05 Noyabr 2026, 18:18
Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib.Citypost.az komitəyə istinadən xəbər verir ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qoşqusunda mal müşayiət sənədlərində qeyd olunmayan ümumilikdə 10 adda 480 ədəd tibb sahəsində istifadə olunan mallar aşkar edilib.Faktla bağlı araşdırma aparılır....
05 Noyabr 2026, 18:12