Bizə yazın

Baku

-°C

USD

-

“Efir saqqız çeynəmək yeri deyil” - Şairdən Zaur Kamalın oğluna irad +Video

Cəmiyyət 01 Oktyabr 2024, 11:26

42604

Aparıcı  Zaur Kamalın ARB  kanalında  yeni   sezon   efirində  oğlu ilə  aparıcılıq etməsi maraqla qarşılanıb.

CityPost.az  xəbər  verir ki,efirlərin   birində  Zaur  Kamalın  aparıcılıq edən  oğlu  canlı  yayım  zamanı  saqqız  çeynəyib. Qeyd  olunan görüntülər  sosial şəbəkələrdə  tənqidlə  qarşılanıb. Bəzi sosial şəbəkə istifadəçiləri aparıcının oğlunun canlı yayımda saqqız çeynəməsini  tamaşaçıya hörmətsizlik  kimi  qəbul  edib.

 

 

 

Mövzu ilə bağlı saytımıza açıqlama verən şair Şəmsi Vəfadar bildirib ki,aparıcının oğlu daha peşəkar olmalı idi.

 

(Şəmsi Vəfadar)

“Polisin oğlunun polis, həkimin  oğlunun həkim,müəllimin  oğlunun müəllim olduğunu  görmüşük. Onlar   əslində daha  mükəmməl  olurlar. Zaur  Kamal də gənc yaşlarından  televiziyadadır. Onun  oğlunun  efirdə saqqız çeynəməsi təəssüf  doğurur.  Bu  onu göstərir ki, Zaur Kamal yaxşı  aparıcı deyil. O,yaxşı aparıcı olsaydı, oğluna  efirdə saqqız çeynəməyi yox,ona  aparıcılığın sirrlərini  aşılayardı. Zaur Kamal özü  də əvvəllər  verilişlərdə  çağırdığı qonaqlara  yersiz sualları ilə yadda qalıb. Qadın qonaqlara efirdə “subay olsaydın mənə gələrdin”? deməsi tamaşaçılarda ikrah hissi doğurur... ”,-deyə  Şəmsi  Vəfadar  bildirib.

 

Nigar


 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah intensiv yağış yağacaq

Noyabrın 16-da gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcəkSabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.Dağlıq ərazilərdə qar yağacağı gözlənilirNoyabrın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var....

15 Noyabr 2026, 12:35

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik edib.CityPost.az  xəbər verir ki, təbrik məktubunda bildirilir:“Hörmətli cənab Prezident,Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.Biz Azərbaycan ilə Fələstin arasında dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərə böyük əhəmiyyət veririk.Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.Biz bundan sonra da qardaş Fələstin xalqına humanitar dəstək göstərməyə davam edəcəyik.Fürsətdən istifadə edərək Sizi ad gününüz...

15 Noyabr 2026, 11:21

Bakıda temperatur 7-8 dərəcə enəcək - Növbəti 3 gün...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir.CityPost.az  xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün – noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürəti 16-17 m/s-dək güclənəcək.Noyabrın 16-dan etibarən isə Bakıda hava şəraiti kəskin pisləşəcək. Bazar ertəsi gün ərzində yağış yağacağı, şimal küləyinin güclü əsəcəyi və havanın temperaturunun ötən günlərlə müqayisədə 7-8 dərəcə enərək gündüz 10-11, gecə isə 8-9 dərəcə təşkil edəcəyi proqnozlaşdırılır.Çərşənbə axşamı, noyabrın 17-də də paytaxtda sərin və buludlu hava şəraiti davam edəcək. Həmin gün havanın temperaturunun gündüz 10-11, gecə isə...

15 Noyabr 2026, 10:29

Azərbaycan XİN Fələstini təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Fələstini təbrik edib.CityPost.az   xəbər verir ki, bu barədə XİN X-da paylaşım edib.“Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!”, - deyə paylaşımda bildirilib.

15 Noyabr 2026, 10:10

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib.CityPost.az  xəbər verir ki, onun anası Yavər xanım 86 yaşında vəfat edib.Mərhum bu gün Ağcabədi rayonunda dəfn ediləcək.Yavər xanımın yas mərasimi (3-7) Bakıda keçiriləcək. Allah rəhmət eləsin!

15 Noyabr 2026, 09:37

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib.Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib.Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb.Məlumata görə, onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb. Tələbənin ölüm səbəbi məlum deyil.Faktla bağlı araşdırma aparılır.

14 Noyabr 2026, 20:00