Prezident fərman imzaladı
Cəmiyyət 01 Oktyabr 2024, 17:23
36642
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1624 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Citypost.az fərmanın mətnini təqdim edir:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1624 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1791 (Cild I); 2024, № 4, maddə 393) ilə təsdiq edilmiş “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
Həmçinin oxuyun
1. 2.1-ci bəndə “vətəndaşların” sözündən sonra “və xaricdə yaşayan azərbaycanlıların” sözləri əlavə edilsin.
2. 2.2.3-cü yarımbəndə “vətəndaşların” sözündən sonra “və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların” sözləri əlavə edilsin.
3 bayram ard-arda gəlir: Tətil günləri- TƏQVİM
2027-ci ilin mart ayında Azərbaycanda uzunmüddətli istirahət günlərinin yaranacağı gözlənilir.Citypost.az Ajans.az-a istinadən xəbər verir ki, gələn il 8 Mart – Beynəlxalq Qadınlar Günü, Ramazan və Novruz bayramları mart ayına təsadüf edəcək.Təqvimə əsasən, 8 Mart bazar ertəsi gününə düşür. Astronomik hesablamalara görə, Ramazan bayramının isə martın 9-10-da qeyd olunacağı ehtimal edilir. Bu tarixlər rəsmi təsdiqlənərsə, həftəsonu ilə birlikdə martın 6-dan 10-dək ardıcıl beş gün istirahət etmək mümkün olacaq.Novruz bayramının isə martın 20-24-də qeyd olunacağı gözlənilir. 2027-ci ildə bayramın ilk iki gününün şənbə və bazara təsadüf etməsi səbəbindən əlavə istirahət günlərinin yaranması da mümkündür. Mövcud qanunvericiliyə əsasən, bayram günləri həftələrarası istirahət günləri...
12 Noyabr 2026, 13:00
Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək
Noyabrın 10-da Almaniyada vəfat edən 83 yaşlı Əməkdar artist, bəstəkar Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Citypost.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı məlumat verib. O bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı mərhumun nəşinin Azərbaycana gətirilməsi ilə bağlı zəruri işləri həyata keçirir.Qeyd edək ki, Arif Mirzəyev uzunsürən xəstəlikdən vəfat edib. O, “Yanvar passion”, “Xocalı uşaqları üçün Layla”, “İ.S.Baxın xatirəsinə orqan simfoniyası” əsərlərinin müəllifidir. 2024-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub....
12 Noyabr 2026, 12:55
Milli Məclisdə Bakı Bələdiyyə və Dövlət Yuğ teatrlarının bina problemi qaldırılıb
Milli Məclisdə Bakı Bələdiyyə Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının binalarının olmaması haqqında məsələ qaldırılıb.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Günay Əfəndiyeva parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.O qeyd edib ki, problem həmin teatrların yaradıcılıq fəaliyyətinə və inkişafına mənfi təsir göstərir:"Hesab edirəm ki, bu problem həllini tapmalıdır. Həmçinin büdcə müzakirəsini nəzərə alaraq, mədəniyyət və incəsənət işçilərinin əməkhaqlarının artırılmasına da yenidən baxmaq vacibdir". (Report)...
12 Noyabr 2026, 12:39
Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 7-12° isti olacaq....
12 Noyabr 2026, 12:35
"Qoca Mazelli"yə daha bir zərbə: Mehdiyevin “ayaqqabıcütləyən”i həbsxananın kandarında...
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edildi. Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətində istintaq olunan Cinayət Məcəlləsinin 193-1.3.2, 274 və 278.1-ci maddələri ilə barəsində təqib edilən cinayət işi üzrə suçlu hesab edilir və elə həmin hökmə əsasən onun xüsusilə külli miqdarda korrupsiya və qeyri-qanuni yollarla əldə etdiyi əmlak məhkəmənin hökmünə əsasən dövlət nəfinə müsadirə olunub. Bir neçə gün öncə Ramiz Mehdiyevin Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlüyündən qovulmasına dair Milli Akademiyanın ümumi yığıncağı tərəfindən qərar da qəbul olunub.CityPost.az xəbər verir ki,ard-arda aldığı zərbələrdən hələ özünə gəlməmiş Qoca Mazelli digər bir zərbəyə...
12 Noyabr 2026, 12:05
“Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
“İrəvanda yerləşən Göy Məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsini, tədbirdə İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədin iştirakını qətiyyətlə pisləyirəm, özümə borc bilib mövqeyimi bildirmək istəyirəm”.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev bildirib.“1915-ci ildə türklərə divan tutan daşnak ordusunda xidmət etmiş, Qaregin Nijdenin “tsexakronizm” ideologiyasını təbliğ edən bir lənətullahın xatirəsini əbədiləşdirmək nə deməkdir?Məgər bu dini abidə İranın dədə-baba mülküdür ki, hansısa kafirə hədiyyə edə?İranın heç bir mənəvi haqqı yoxdur ki, XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın inşa etdiyi məscidi, Azərbaycanın tarixi-mədəni irsini özününküləşdirsin. Özününküləşdirmək bir yana, erməniləşdirsin. Məscidlərdə donuz və heyvan saxlayan, ibadət...
12 Noyabr 2026, 11:59