Bizə yazın

Baku

-°C

USD

-

"Havalar soyuyanda kölgə salan ağaclar unudulur" - Şəmsi Vəfadar yazır...

Cəmiyyət 04 Oktyabr 2024, 10:55

46666

Abşeron Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mehriban Qaralovaya yeni vəzifə verilməsi barədə xəbər vermişdik.

Müvafiq  əmrlə Mehriban Qaralova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Xocəsən Sağlamlıq Mərkəzinin direktoru təyin olunub.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsindən azad edilən Mehriban Qaralova uzun müddət işsiz qalıb. Mehriban Qaralova sabiq baş prokuror Zakir Qaralovun əmisi oğlu , mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.

Yerli mediada sözügedən xəbərlər təqdim olunarkən  Mehriban Qaralovanın Zakir  Qaralovun yaxın qohumu kimi başlıqlara çıxarılması birmənalı qarşılanmayıb.

Tanınmış  şair  Şəmsi Vəfadar  CityPost.az  saytına  bununla  bağlı  tənqidi  fikirlərini  bölüşüb. 

- Mərhum professor Zahid Qaralovu tanımayan,barəsində eşitməyən az  adam tapılar.  O, həm də  Azərbaycan Milli  Oyanış  Hərəkatının  öncüllərindən olub.  Sözünün sanbalı olan ziyalılarından hesab olunurdu. Kimsə Zahid Qaralovu və ailəsini Zakir Qaralova görə tanıtmaq istəyirsə,bu səhv atılmış addımdır. Zakir Qaralov uğursuz baş prokuror kimi tarixin yaddaşına həkk olunub. Əgər onun Dövlətçilik qarşısında müstəsna xidmətləri  olsaydı,sözsüz ki, O da İsa Nəcəfov,Südabə Həsənova,İlyas İsmayılov,Fikrət Məmmədov kimi şərəfləndirilərdi və kənarda qalıb bu gün Əli Ömərov,Eldar Həsənov sayağı məşğul olduğu işlərlə başını qatmazdı. 
Böyük hörmət və nüfuz sahibi mərhum Zahid Qaralovun qızı yetərincə tanınmış ziyalı xanım Mehriban Qaralovanı Zakir Qaralova bağlamaq absurddur.Belə bir deyim var: Havalar soyuyanda kölgə salan ağaclar unudulur. Mehriban Qaralovanın İlqar Qaralov kimi ziyalılığına,mədəniyyətinə,əxlaqına və savadına görə seçilən qardaşı var.Zakir Qaralovun adı heç bir dəftərdə olmayanda Mehriban Qaralovanın atası Zahid Qaralov Azərbaycan SSR Elm və Təhsil nazirinin müavini idi. Belə faktlara toxunanda, kimlərinsə adlarını hallandıranda yaxşı olardı ki,jurnalistlərimiz tarixi faktları səhifələsinlər.

Müəllif: Müşərrəfxanım
 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kənan Rövşənoğlu: “Türkiyə cəmiyyəti tarixə ideoloji baxışdan çıxa bilmir”

Türkiyədə əsas müzakirə mövzusu Haluk Bilginerin "Türk sineması" deyil, "Türkiyə sineması olmalıdır" deməsi və islamçı jurnalistin 10 noyabr Atatürkün anım günü ilə bağlı sözləridir. Əslində, daha ciddi problematik mövzular var, amma ənənəvi olaraq bu cür mövzular hər şeyi üstələyir. Çünki cəmiyyət həssas və qırılqandır. Daxili milli bütünlük möhkəm deyil. Bunu mən praktikada 25 il əvvəl yaşamışdım. Demək 90-cı illərin sonlarında Səid Nursinin həyatından bəhs edən kitab əlimə keçmişdi. Kitabı yeni oxuduğum vaxtlarda bir yaxın tanışın evində məclisdə Atatürk liseyinin iki müəllimi ilə tanış oldum. Söhbətləşdik və mən təbii ki, Türkiyə "gerceklərini" bilmədiyim üçün müəllimlərə Səid Nursinin kitabından bəhs etdim. Hiss etdim ki,...

16 Noyabr 2026, 01:00

Qənirə Ataşovadan ABŞ-dakı vəziyyətlə bağlı açıqlama: “Bu qədər panikaya ehtiyac yoxdur”

ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkələrdə Amerikada baş verən hadisələrlə bağlı yayılan xəbərlərin yaratdığı ajiotaja münasibət bildirib.O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Jurnalist qeyd edib ki, sosial şəbəkələrdə yayılan məlumatlara baxdıqda insanda elə təəssürat yaranır ki, sanki ABŞ-da dünyanın sonu yaxınlaşır. Lakin onun sözlərinə görə, bu qədər təşvişə düşməyə ehtiyac yoxdur və gündəlik həyat öz axarında davam edir.Qənirə Ataşova bildirib ki, insanlar sosial şəbəkələrdə gördükləri hər məlumatı həqiqət kimi qəbul etməməli, yayılan xəbərlərə daha soyuqqanlı yanaşmalıdırlar.O, amerikalıların alış-veriş vərdişlərinə də diqqət çəkərək qeyd edib ki, ABŞ-da insanlar ərzaq və digər gündəlik tələbatlarını çox vaxt həftəlik və ya...

16 Noyabr 2026, 00:34

Nura Suridən xəbərdarlıq: “Bəsdir də bu qədər qorxu, bu qədər təşviş”

Müğənni Nura Suri sosial şəbəkə hesabında son günlər dünyada baş verən hadisələrlə bağlı yayılan xəbərlərin insanlarda yaratdığı qorxu və təşvişdən yazıb.O, bu barədə Facebook hesabında paylaşım edib.Müğənni bildirib ki, son vaxtlar yayılan xəbərlərə nəzər saldıqda insanda elə təəssürat yaranır ki, sanki dünyanın sonu yaxınlaşır. Onun sözlərinə görə, internetin fəaliyyətini dayandıracağı, ABŞ-da təyyarələrin uçmadığı, Microsoft sistemlərinin işləmədiyi, kriptovalyutaların çökdüyü ilə bağlı xəbərlər, eləcə də yadplanetlilərlə bağlı iddialar cəmiyyətdə əlavə narahatlıq yaradır.Nura Suri qeyd edib ki, demək olar, hər gün yeni bir qorxu və təşviş doğuran məlumat yayılır. Belə xəbərlərin fonunda kriptovalyuta bazarında, xüsusilə Bitcoin-in qiymətində baş verən dəyişikliklər də insanların narahatlığını...

16 Noyabr 2026, 00:33

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur.CityPost.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlər görülür.

15 Noyabr 2026, 22:17

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə “Yubiley gecəsi” keçirilib

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə Heydər Əliyev Sarayında “Yubiley gecəsi” adlı möhtəşəm konsert proqramı təşkil olunub.Citypost.az xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, AzTV-nin tanınmış və korifey aparıcıları, müxtəlif dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi xadimlər, ziyalılar və media nümayəndələri iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gecədə ilk olaraq Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov çıxış edərək Prezident İlham Əliyevin yubiley münasibətilə ünvanladığı təbrik məktubunu səsləndirib.Daha sonra gecənin bədii hissəsində Azərbaycanın tanınmış sənətkarları və musiqi kollektivləri çıxış ediblər. Xalq artistləri Zeynəb Xanlarova, Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Teyyub Aslanov, Samir Cəfərov,...

15 Noyabr 2026, 21:37

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında noyabrın 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Noyabrın 16-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

15 Noyabr 2026, 21:06