Məhəmməd Əmin bəy onun adını Azər olaraq dəyişdirir və tarixə düşür
Cəmiyyət 28 Sentyabr 2026, 17:27
3839
Azər Rəsulzadə 15 iyun 1920-ci ildə, atası Məhəmməd Əmin Rəsulzadə bolşeviklər tərəfindən həbsdə saxlanıldığı günlərdə dünyaya gəlib. Rəsulzadə Stalinin onu Moskvaya apardığı vaxt ailəsi ilə cəmi bir neçə dəqiqəlik görüşə bilmişdi. Bu, ata ilə ailəsinin son görüşü olmuşdu.
Körpənin adı əvvəlcə Əliheydər qoyulsa da, Məhəmməd Əmin bəy onun adını Azər olaraq dəyişdirir. Bununla da o, bu adla tanınan ilk azərbaycanlı kimi tarixə düşür.
1937-ci ildə repressiyalara məruz qalan Azər Rəsulzadə sürgünə göndərilir. Ömrünün böyük hissəsini vətəndən uzaqda keçirən Azər bəy 8 iyul 1993-cü ildə Qazaxıstanın Karaqanda şəhərində vəfat edir. Ertəsi gün cənazəsi Bakıya gətirilərək Novxanı qəbiristanlığında babası Axund Hacı Molla Ələkbərin yanında torpağa tapşırılır.
Sovet dövründə bir neçə dəfə gizli şəkildə Bakıya gələn Azər Rəsulzadənin 1991-ci ildə Şəhidlər Xiyabanında Heydər Əliyevlə maraqlı və təsadüfi görüşü baş verir. Bu hadisəni oğlu Rəis Rəsulzadə xatirələrində belə nəql edir:
"1991-ci il idi. Atam növbəti dəfə Bakıya gəlmişdi. Məktəb dostlarından biri ilə görüşməli idi, görüşün vaxtına isə hələ vardı. Atam mənə dedi: "Gəl, Şəhidlər Xiyabanına gedək, şəhidlərimizi ziyarət edək".
O vaxt orada 20 Yanvar şəhidləri də dəfn edilmişdi. Şəhidlərimizi ziyarət etdik. Xiyabanda bizdən başqa heç kim yox idi. Birdən atam qoluma toxunub dedi: "O, Heydər Əliyevdir". Baxdım ki, həqiqətən də odur. Yanında jurnalistlər var idi, giriş tərəfdə müsahibə verirdi. Bizi görən kimi hamını kənara çəkib düz yanımıza gəldi. Atamla salamlaşdı və soruşdu: "Siz Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərsiniz?" Atam "Bəli" deyəndə, Heydər Əliyev dedi: "Sizi bir dəfə televizorda görmüşəm. Necəsiniz? Eşitmişdim problemləriniz var, səhhətiniz necədir?" Atam cavab verdi: "Necə olacaq, "xalq düşməni" damğasını atmışam, gəlmişəm bura". Heydər Əliyev isə dedi: "Mən də "kommunist" damğasını atmışam". Sabah Milli Məclisdə çıxış etməliyəm.
Atam söhbət əsnasında dedi ki, bizim burada üç evimiz var idi, hamısını əlimizdən aldılar. Sonra soruşdu: "Düzünü deyin, mən Bakıya gəlsəydim, mənə ev verərdinizmi?" Heydər Əliyev cavab verdi: "Əlbəttə, verərdim. Bir vaxt "Qlavlit"ə rəhbər vəzifəsi üçün bilikli mütəxəssis axtarırdıq. Dedilər ki, bir namizəd var, amma olmaz, çünki Məhəmməd Əminin qohumudur. Mən də dedim ki, bunun nə fərqi var? Gətirin. O adam da sonradan özünü doğrultdu."
Rəis Rəsulzadənin sözlərinə görə, atası vəsiyyət etmişdi ki, doğma Vətənində dəfn olunsun. O xatırlayır ki, Azər Rəsulzadənin vəfatı xəbəri Heydər Əliyevə çatdırıldıqda, onun göstərişi ilə xüsusi təyyarə ayrılmış və cənazə gecə ilə Bakıya gətirilərək Novxanıda dəfn edilmişdi.
Azər Rəsulzadənin Rəisdən başqa Ramiz adlı daha bir oğlu da vardı. Ramiz Rəsulzadə uzun illər Naxçıvanda ağır şəraitdə yaşayıb.
Jurnalist Faina Hənifəyeva həmin dövrü belə xatırlayır:
"Kələkiyə Əbülfəz Elçibəydən müsahibə almağa getmişdim. Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Ramiz bəyi də özümlə apardım. Elçibəy onun ağır həyatını görüb çox təsirləndi və bundan sonra hər ay ona 50 dollar yardım göndərməyə başladı. Bu yardım Naxçıvanda işsiz yaşayan Ramiz bəy üçün böyük dəstək idi. Eşitdim ki, Elçibəyin vəfatından sonra bu yardım kəsildi və Ramiz bəy yenidən bazarda hamballıq etməyə başladı. Deyilənə görə, elə yükün altında da vəfat edib."
Azər Rəsulzadənin taleyi XX əsr Azərbaycan tarixinin ən təlatümlü və ağrılı-acılı səhifələrindən biridir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55