Bizə yazın

Baku

-°C

USD

-

Zahid Oruc: “Dövlət qulluğunda kadr sabitliyi vacibdir”

Cəmiyyət 30 Sentyabr 2026, 19:02

10203

Yeni Dövlət Qulluğu Məcəlləsinin müzakirəsi Vətən müharibəsində Qələbəmizdən sonra Konstitusiyanın ölkəmizin bütün coğrafiyasında həyata keçirilməsi, o cümlədən xalqımızın qarşısında dayanan mühüm vəzifələrin yerinə yetirilməsi üçün müstəsna əhəmiyyətə malikdir. Zəfərdən sonra Azərbaycanda yeni institut-nümayəndəlik təsisatının da formalaşması sübut edir ki, yeni dövlət qulluğu siyasəti məhz ölkə başçısı tərəfindən daha genişmiqyaslı bir səviyyədə gerçəkləşməyə başlayıb.

Xatırladaq ki, 2000-ci ildə qəbul olunan qanun fərqli bir dövrün, işğala və hakimiyyət çevrilişi cəhdlərinə məruz qaldığımız tarixi şəraitin məhsulu idi, Rusiyanın 1990-cı illərdə formalaşdırdığı Məcəllədən götürülmüşdü. Halbuki qonşu ölkə federativ konstitusiya quruluşuna, çoxpilləli təsnifat sisteminə və vəzifələrin qarışıq səviyyələrinə malikdir.   Azərbaycan isə unitar dövlətdir. Ona görə ölkəmizin dövlət qulluğu sistemi millətimizin tələblərinə, peşəkar kadrların qorunmasına və yüksəlişinə, sosial təminatına yönəlməlidir.

2025-ci ilin sonunda Azərbaycanda dövlət qulluqçularının sayı 27,3 min nəfər olub. Onların 44,2 faizi təkcə 7-ci təsnifat üzrə inzibati vəzifələrdədir, yardımçı vəzifələrin payı isə 23,2 faizdir. Dövlət qulluğunda 15 il və daha çox xidmət etmiş insanların payı cəmi 27,4 faizdir. Yəni, söhbət təxminən 7,5 min təcrübəli dövlət qulluqçusundan gedir. 

Uzun müddət dövlət qulluğunda çalışan şəxslər bir neçə struktur və rəhbərlik dəyişikliyini, davamlı qanunvericilik islahatlarını, dövlətçiliyimiz üçün mühüm sınaqları və imtahanları keçiblər. Dövlət illərlə bir kadrın hazırlanmasına və təcrübə toplamasına vəsait və zaman sərf edir. “Yüksəliş” müsabiqəsinin məqsədi kadr bankı yaratmaqdır. Ona görə dövlət qulluğunda kadr sabitliyi idarəetmənin ən vacib tələblərindən biridir. Nazir, komitə sədri, agentlik rəhbəri müyən zaman periodunda dəyişə bilər. Struktur və institusional islahatlar da normal prosesdir. Lakin dövlət qulluqçusunun taleyi sahə qurumuna gələn birinci şəxsin subyektiv iradəsindən asılı olmamalıdır.  Əks halda dövlətçilik məktəbi yaratmaq əvəzinə, rəhbərlikdən-rəhbərliyə dəyişən komandalar sistemi meydana çıxacaq.

İkinci böyük məsələ dövlət qulluğuna qəbuldur. 95 bal toplayan namizədin müsahibədə fikrini ifadə edə bilməməsi nümunəsi əks arqument kimi göstərilir. 2025-ci ilin nəticələrinə görə DİM-in üç əsas seçim xətti üzrə 4 065 vakansiya olub, 15 743 qeydiyyat aparılıb, 7 350 nəfər isə faktiki iştirak edib, 2 920 uğurlu nəticə qeydə alınıb və 2 054 təyinat baş tutub. Müsabiqə mərhələsində bir vakansiyaya orta hesabla 7,11 qeydiyyat düşdüyü halda, təyinatların boş yerlərə nisbəti cəmi 46,8 faiz olub. İllərlə ehtiyat siyahıda minlərlə işə qəbulu gözləyənlər olduğu halda 2800-dən çox vakant yer qalır, yəqin müqaviləli işçilərlə  tutulur.

Halbuki imtahanın və müsahibənin məqsədi mümkün qədər çox insanı kənarda saxlamaq olmamalıdır. Təkrar qiymətləndirmə əvvəlki nəticələri, sonrakı əmək təcrübəsini, əlavə təhsili və peşəkar inkişafı nəzərə alan daha çevik mexanizmlə qurularsa, yeni Məcəllə həm xalqımıızn, həm də dövlət qulluqçusu olmağa çalışan insanların xeyrinə işləyər. 

Yeni layihəyə görə, təyin edilməmiş uğurlu namizəd beş yox, iki il ehtiyat kadr kimi saxlanılır və həmin müddətdə analoji vakansiya yarandıqda təyin edilə bilər. Layihədə test imtahanlarının rübdə ən azı bir dəfə keçirilməsi də nəzərdə tutulur. Təklif var ki, daha balanslı yanaşma tətbiq olunsun, yəni sertifikatın ümumi qüvvədə olma müddəti 3 il  və sadələşdirilmiş yenilənmə testi verməklə, vakansiya tapa bilməyən şəxslər üçün müəyyən keçid güzəştinin verilməsi faydalı olar. Çünki məqsəd peşəkarlığı qorumaqdırsa, namizədi eyni imtahana qaytarmaq bürokratik  və maddi yükdür.

Digər tərəfdən, atestasiya ilə daimi imtahan rejimi bir-birindən fərqli anlayışdır. Dövlət qulluqçusu il ərzində bir neçə dəfə müxtəlif yoxlama, daxili imtahan və qiymətləndirməyə cəlb olunursa, onun vaxtının və enerjisinin nə qədər hissəsinin əsas işinə qaldığını da ölçmək lazımdır. 

Başqa bir fundamental məsələ vahid vəzifə sistemidir. Unitar dövlətin qulluğunda eyni dəyərdə iş müxtəlif qurumlarda tamamilə fərqli karyera statusuna malik olmamalıdır. “Məsləhətçi”, “aparıcı məsləhətçi”, “böyük məsləhətçi”, “baş məsləhətçi” pillələrinin məsuliyyət və səlahiyyət səviyyəsi bir-birindən xüsusi fərqə malik deyil. Əvəzində titulların sayı çoxalsa da səlahiyyətlər böyümür, olduğu kimi qalır. Bütün dövlət orqanlarını əhatə edən vahid vəzifə təsnifatına ehtiyac var. 

Əməkhaqqı və karyera məsələsi də bir-birindən ayrılmazdır. 2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 2 059 manat olub və əvvəlki illə müqayisədə 4,5 faiz artıb. Yeni Məcəllədə qulluq stajının əməkhaqqı pillələri ilə daha sistemli əlaqələndirilməsi diqqətəlayiq dəyişiklikdir. Lakin dövlət yüksək ixtisaslı hüquqşünas, iqtisadçı, data analitiki, mühəndis, İT mütəxəssisi uğrunda özəl sektorla rəqabət aparmaq istəyirsə, dövlət qulluğu yuxarı maddi təminata malik olması vacib şərtdir.  

Sayı on minlərlə ölçülən insanlar ləyaqətlə xalqımıza xidmət edir, gündəlik əsasda dövlət siyasətini peşəkar şəkildə həyata keçirir, vətəndaşların hüquqi mənafelərini qoruyurlar.  Dövlət qulluqçusunun nüfuzunu daim yüksək tutaraq ondan keyfiyyətli xidmət tələb etmək mümkündür. Qalib dövlətin qulluqçusu olmaq da cəmiyyətdə şərəfli və rəqabətli vəzifəyə çevrilməlidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb

Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...

26 Oktyabr 2026, 20:20

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19