Bakıda yeni bulvar salınır
Cəmiyyət 04 Oktyabr 2024, 19:09
37446
"Qanlı göl"ün ətrafında bulvar salınması işlərinə başlanılıb.
Citypost.az xəbər verir ki, bu barədə Trend-ə Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, layihəyə əsasən, gölün ətrafı bulvar olacaq.
"Hazırda gölün təmizlənməsi üçün işlər görülür, yol salınır, ağaclar əkilir və düzləmə işləri gedir. Bulvarın nə vaxta hazır olacağı hələ məlum deyil. Layihə orada bina tikən tikinti şirkətinin üstünə öhdəlik olaraq qoyulub", - Yasamal RİH-dən bildirilib.
Həmçinin oxuyun
Əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmov bildirib ki, ümumiyyətlə, parkların və bulvarların salınması, şəhərin estetik görünüşünü artırmaqla yanaşı, bir neçə mühüm fayda da gətirir.
"Qanlı göl" ətrafında bulvarın salınması şəhərin mənzərəsini daha cəlbedici edəcək. Bulvarlar şəhər sakinləri və turistlərin istirahət və əyləncəsi üçün çox yaxşıdır. Yaşıl sahələrin artırılması şəhərin ekoloji balansını yaxşılaşdıracaq.
Ağaclar və digər bitki örtüyü havanın keyfiyyətini artıraraq, ekosistemə müsbət təsir göstərə bilər. "Qanlı göl" ətrafında bulvarın salınması şəhərin görünüşünü gözəlləşdirmək, ekoloji tarazlığı artırmaq və ictimai həyatın canlanmasına kömək edəcək. Bu cür layihələr həm yerli sakinlər, həm də turistlər üçün cəlbedici bir mühit yaradır", - deyə o qeyd edib.
Rauf Hacıyevin oğlu bu gün rus blogerlə evlənir - Fotolar
20 yaşlı rusiyalı müğənni və bloger Avrora Kibanın bu gün toyu olacaq.“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, gənc bloger 36 yaşlı azərbaycanlı biznesmen Rüstəm Hacıyevlə ailə həyatı qurur.Bildirilib ki, 8 ay əvvəl Rio-deJaneyroda tanış olan cütlüyün toy mərasimi bu gün Bakıda keçiriləcək.Qeyd edək ki, Rüstəm Hacıyev Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğludur.
13 Noyabr 2026, 12:42
Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Qəzənfər İsmayıl oğlu Abdullayev vəzifəsindən azad edilib.Citypost.az Unikal-a istinadən xəbər verir ki, bu barədə müvafiq qərar qəbul edilib.Qeyd edək ki, Q.Abdullayev 28 sentyabr 2023-cü ildə AHİK-in sədr müavini seçilmişdi.Xatırladaq ki, bir müddət əvvəl Qəzənfər Abdullayevin mülkləri ilə bağlı mətbuatda məlumat yayılmışdı. Bundan sonra o, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı mandatından məhrum olunub....
13 Noyabr 2026, 11:55
MİDA güzəştli mənzilləri satışa çıxarır - Qiymətlər açıqlandı
Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dörd yaşayış kompleksi üzrə ümumilikdə 1049 mənzili güzəştlə satışa çıxaracaq.Citypost.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.Bildirilib ki, mənzillərin satışı dekabrın 16-da saat 11:00-da başlayacaq və saat 13:00-dək davam edəcək. Gözləmə qaydasında mənzil seçimi isə saat 12:00-dan 13:00-dək aparılacaq. Satışa çıxarılan mənzillərdən 839-u Binəqədi, 201-i Şirvan, 5-i Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, 4-ü isə Yevlax Yaşayış Kompleksində yerləşir.Mənzillərin qiymətləri aşağıdakı kimidir:Hövsan Yaşayış Kompleksi:* 4 otaqlı – 118 800 manat.Binəqədi Yaşayış Kompleksi:* 3 otaqlı – 98 415 manatdan;* 4 otaqlı – 133 650 manat;* 5 otaqlı – 211 275 manat.Şirvan Yaşayış Kompleksi:* 2 otaqlı...
13 Noyabr 2026, 11:30
Zakir Həsənov Türkiyəyə başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib."Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin", başsağlığında deyilir.....
13 Noyabr 2026, 11:06
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı olub
Noyabrın 12-də Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin açılış mərasimi keçirilib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimə Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti də cəlb olunub.Əvvəlcə hər üç ölkənin azadlığı uğrunda canından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Gürcüstan və Türkiyənin Dövlət himnləri səsləndirilib.Açılış mərasimində çıxış edən general-mayor Vüqar Əliverdiyev tədbir iştirakçılarına Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıraraq, qarşıya qoyulan tapşırıqların...
13 Noyabr 2026, 10:35
Bu ərazilərdə qaz olmayacaq
Bu gün saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.Citypost.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 13.11.2026-cı il tarixində saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş rayonu Gürcuva kəndinin və M.P.Vaqif, 20 Yanvar, Maşad, H.Əliyev pr., 1, M.Əsədov, M.Ə.Rəsulzadə, M.Hüseynzadə, Babək, Üçqovaq, M.Şeyxzadə, İ.Qaradağlı, Y.Nəbiyev və Nizami küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq....
13 Noyabr 2026, 08:00