Eyyub Hüseynov: “İstehlakçılar almadıqları məhsula görə pul ödəyirlər”
Cəmiyyət 01 Oktyabr 2026, 15:55
11158
“Təxminən, 10 ilə yaxındır Azərbaycanda marketlərdə rəflərdəki qiymətlə kassada çıxan qiymətin fərqli olması halları geniş yayılıb. Market şəbəkələrində müasir texnologiyalar tətbiq olunduqca, istehlakçı hüquqlarının rəqəmsal texnologiyalar vasitəsilə pozulması halları da sanki paralel olaraq artır. Bu, geniş yayılmış istehlakçı problemidir və süni qiymət artımı kimi qiymətləndirilə bilər”.
Citypost.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, bəzən alıcının götürmədiyi məhsullar da çekə yazılır: “İstehlakçı belə hallarla qarşılaşdıqda kassada çekə diqqətlə baxmalıdır. Əgər məhsulun daha yüksək qiymətə satıldığını görərsə, dərhal marketə qayıtmalı, məhsulun rəfdəki qiymətinin şəklini çəkib göstərməlidir. Adətən, bu zaman “bağışlayın, bilməmişik” deyirlər və məhsulu endirimli, yəni rəfdə göstərilən qiymətə satırlar. İstehlakçı həmin kassa çekini mütləq saxlamalı və dövlət qurumuna müraciət etməlidir ki, məsələ ilə bağlı yoxlama aparılsın.Bu, kifayət qədər geniş yayılmış istehlakçı problemidir. Bəzən istehlakçının almadığı məhsulların da kassa çekinə əlavə edilməsi hallarına rast gəlinir. Digər hallarda isə marketlərin meyvə-tərəvəz bölməsində bir məhsulun qiyməti əvəzinə başqa məhsulun qiyməti tətbiq olunur”.
AİB sədri özü də belə hallarla qarşılaşdığını bildirib:“Mən şəxsən şəhərin mərkəzində yerləşən bir marketdə bir il ərzində 100 manatadək belə hallarla rastlaşmışam. Azad İstehlakçılar Birliyinə daxil olan şikayətləri ümumiləşdirsək, Azərbaycanda istehlakçılar bir il ərzində almadıqları məhsullara görə təxminən 500 milyon manat ödəyirlər. Bu, kifayət qədər böyük rəqəmdir. Ona görə də istehlakçılar tələsmədən kassada aldıqları məhsulların qiymətini və çekdə qeyd olunan məlumatları yoxlamalıdırlar. Marketlərdə tətbiq olunan üsullardan biri də məhsulların skan edildikdən sonra kassanın sonuna qoyulmamasıdır. Məhsulların bir hissəsi, xüsusilə şokolad və digər kiçik məhsullar ayrıca saxlanılır. İstehlakçı da bütün məhsulların skan edildiyinə və çekdə düzgün qeyd olunduğuna diqqət etməlidir”.
Həmçinin oxuyun
O, endirimlərlə bağlı problemlərin də geniş yayıldığını deyib:“Qiymətlə bağlı hər hansı aldatma halı ilə qarşılaşan istehlakçılar 012-599-76-00 telefon nömrəsi ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məlumat verə bilərlər. Endirimlərlə bağlı da istehlakçı hüquqlarının pozulması halları geniş yayılıb. Bəzən endirimdə olan və endirimdə olmayan məhsulları bir-birinin yanında yerləşdirirlər. Vətəndaş da həmin məhsulun endirimdə olduğunu düşünərək götürür. Kassada məhsul skan ediləndə isə ona endirim tətbiq olunmadığı bildirilir.Bəzən, məsələn, konfetlərin üzərinə sarı rəngli “endirim” nişanı qoyulur, lakin məhsul kassada adi qiymətə hesablanır. Səbəb kimi isə “yadımızdan çıxıb” və digər izahlar verilir. Belə halların sayı kifayət qədər çoxdur”.
E.Hüseynov hesab edir ki, istehlakçı hüquqları ilə bağlı qanunvericilik də yenilənməlidir:“Ərzaq məhsullarının qaytarılması ilə bağlı da müəyyən problemlər var. Ərzaq məhsulunun yararlılıq müddəti keçməyibsə və məhsul istifadə olunmayıbsa, onun geri qaytarılması mümkündür. Lakin istehlakçı məhsulu açmadan onun keyfiyyətsiz olduğunu müəyyən edə bilməz. Bu da qanunvericilikdə olan boşluqlardan biridir.Ümumiyyətlə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildən qüvvədədir və həmin vaxtdan ciddi şəkildə yenilənməyib. Halbuki bazar dəyişib, yeni texnologiyalar və yeni satış üsulları yaranıb.Azərbaycan tarixində ilk dəfə Milli Məclisdə deputat Əli Məsimli istehlakçı hüquqlarından danışaraq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun yenilənməsini gündəmə gətirib. Bu, istehlakçı hüquqlarının parlament səviyyəsində müzakirəyə çıxarılması baxımından mühüm addımdır. Qanun mütləq yenilənməli və istehlakçılar bazarın əsas subyekti kimi tanınmalıdır”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55