Rüstəm Usubovun 70 illik yubileyi qeyd olundu
Cəmiyyət 04 Oktyabr 2024, 20:54
40730
Uzun müddət prokurorluq orqanlarında şərəfli xidmət yolu keçmiş Azərbaycan Prokurorluğunun veteranı Rüstəm Usubovun 70 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə oktyabrın 4-də tədbir keçirilib.
CityPost.az xəbər verir ki, görüş zamanı Rüstəm Usubovun prokurorluq orqanlarında keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salınaraq, onun qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı əldə etdiyi nailiyyətlər, eləcə də uzun illər cinayətkarlığa qarşı mübarizə, istintaqa nəzarət sahəsində səmərəli fəaliyyəti qeyd edilib.
Həmçinin oxuyun
Rüstəm Usubov prokurorluq orqanlarında qulluq keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirib.
Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və sonda xatirə şəkili çəkdiriblər.
Sabah bu rayonda qaz olmayacaq
Sabah paytaxtın Xəzər rayonunda qaz olmayacaq.Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.Qeyd olunub ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Türkan bağlar yaşayış massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
22 Noyabr 2026, 22:09
Hazırda BDU-da dərs deyir - bu gün 97 yaşı tamam oldu
58 ildir (1968-ci ildən bəri) BDU-nun Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müdiri olan Məsumə Məlikovanın bu gün 97 yaşı tamam olur.CityPost.az Unikal.az-a istinadən xəbər verir ki, hüquq elmləri doktoru, professor Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində dünyaya göz açıb. 1952-ci ildə BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini başa vuran M.Məlikova elə o vaxtdan BDU-nun Hüquq fakültəsinin Dövlət hüququ kafedrasında müəllim vəzifəsində saxlanılıb.M.Məlikova 1974-cü ildə professor elmi adını alıb, 1989-cu ildə isə AMEA-nın müxbir üzvü seçilib.Alim “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adı, “Şərəf nişanı” və “Şöhrət” ordenləri, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Heydər Əliyevin 100 illiyi...
22 Noyabr 2026, 19:37
Bakıda bir sıra ərazilərə avtomobillə giriş ödənişli olacaq - Video
Bakının tarixi mərkəzində avtomobil hərəkəti artıq fərqli üsullarla tənzimlənir. İçərişəhərdə sakin olmayan sürücülər üçün ilk 15 dəqiqənin tarifi 3 manatdır.CityPost.az xəbər verir ki, Xaqani bağı ətrafında isə əvvəllər həftəsonları tətbiq olunan hərəkət məhdudiyyəti həftənin bütün günlərinə şamil edilibProsesin daha da genişləndiriləcəyi gözlənilir. Belə ki, paytaxtda sürücülərdən avtomobili park etmədən, təkcə müəyyən əraziyə daxil olduğuna görə ödəniş alına bilər. Qanuna təklif edilən dəyişikliyə əsasən, girişin ödənişli olacağı zonaları və tarifləri səlahiyyətli qurum təsdiqləyəcək.Yeni layihə üzrə konkret ünvan açıqlanmasa da, eksperti Elnur Fərzəliyev mümkün ərazilərdən biri kimi Yasamal rayonundakı keçmiş “Sovetski” adlanan ərazini göstərir.Ekspert deyir ki, bir çox iri və inkişaf etmiş...
22 Noyabr 2026, 18:21
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Tibbi-meteoroloji proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Noyabrın 23-də Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
22 Noyabr 2026, 16:22
Prezident İlham Əliyev Livan lideri Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Aunu milli bayram münasibətilə təbrik edib.CityPost.az xəbər verir ki, təbrikdə deyilir:"Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, məsul fəaliyyətinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və rifah arzulayıram".
22 Noyabr 2026, 13:26
Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - PROQNOZ
Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, Azərbaycanın dağlıq ərazilərində isə qar yağacağı gözlənilir.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yağışın ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 10-12, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var.Səhər yağıntılar tədricən kəsiləcək, gündüz hava əsasən...
22 Noyabr 2026, 12:29