Toylara gitaraçı kimi getdi, təsadüfən müğənni oldu, anasının sözü ilə sevdiyi qızı atdı – Tanımadığımız Səyyad Əlizadə
Cəmiyyət 02 Oktyabr 2026, 12:38
3235
Səyyad Əşrəf oğlu Əlizadə 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. İlk təhsilini Babı kəndindəki orta məktəbdə alıb. Gənc ikən atası Əşrəf kişi dünyasını dəyişir. Uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başlayır. 8-ci sinifdə oxuyarkən Füzuli rayonunda münsiflər heyətinə Ağabala Abdullayevin rəhbərlik etdiyi müsabiqədə qalib olur. Ağabala müəllim sonradan onu bir kənara çəkib deyir: “Çalış, bu sənətdə öz yolun olsun, səsin gözəldir, məlahətlidir, çalış, yarımçıq qalmasın”.
1976-cı ildə orta məktəb şagirdi olan Səyyada atası təzə gitara alır. Səyyad bu gitara ilə toylara getməyə başlayır. Günlərin birində öz tarix müəllimi Allahverənlə bir qadın toyuna gedir. Toyu onun müəllimi aparacaqdı. Qadınlar müğənnidən Məmmədbağır Bağırzadənin həmin dövrdə böyük məşhurluq qazanan “İstəmir məni” mahnısını istəyirlər. Müğənni mahnını bilmədiyini deyir. Bu zaman Səyyad ayağa qalxıb mahnını oxumağa başlayır. Bundan sonra qadınlar deyirlər ki, toyu müğənni yox, o oxusun. O gündən Səyyad toylara getməyə başlayır.
***
1977-ci ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olur.
İkinci kursda oxuyanda – 19 yaşında Azərbaycan Dövlət Televiziyasından instituta gəlib verilişdə oxuması üçün tələbə axtarırlar. İnstitutun nəzdindəki ansamblın solisti olan Səyyad iyirmi nəfərin içindən seçilərək “Xoş gördük, tələbə” verilişinə dəvət olunur. Və müğənni kimi efirdə ilk çıxışını edir.
İnstitutu qurtaranda, 1981-ci ildə Kiyev şəhərinə Metro-Tikinti idarəsinə növbə rəisi göndərilir. Orada Bakı metropoliteninin keçmiş rəisi Tağı Əhmədovla tanış olub dostlaşır.
***
Səyyad Əlizadə 1981-ci ildə “Oxu tar” müsabiqəsinin qalibi olandan sonra bəstəkar Süleyman Ələsgərov onu konservatoriyaya dəvət edir, imzalı kitablarını bağışlayır və deyir ki, sən mütləq təhsil almalısan.
Kiyevdə yaşayarkən bir rus qızıyla tanış olur. Qıza vurulur. Onunla evlənmək istəyir. Lakin bu barədə evlərinə zəng vurub deyəndə, anası qəti şəkildə etiraz edir. Deyir, olmaz, çıx Bakıya gəl! Atasını erkən itirən, anasının əziyyəti ilə böyüyən Səyyad onun sözündən çıxa bilmir, sevdiyi qızı atıb, Bakıya qayıdır.
***
Anası ona azərbaycanlı bir qızla evlənməyi məsləhət görür. Müsahibələrinin birində Səyyad Əlizadə bu haqda deyir:
“Fikirləşdim ki, sevməsəm, necə evlənə bilərəm? Dedi, yox, sən filankəsin qızını alacaqsan. Qız da Naxçıvanda oxuyurdu. Mən də ərköyün olmuşam. Qızlar həmişə arxamca qaçıblar. Anam qayıtdı ki, qızla telefonla danış. Mən də zəng elədim, qız soruşdu, kimdir? Adımı dedim, məni tanıyırdı, çünki o vaxt efirdə olurdum. Bu da bilirdi ki, Əşrəf kişinin oğlu filankəsəm. Dedi, siz kimsiniz, mənə zəng edirsiniz? Mən də onun bu sözünə çox əsəbləşdim. Naxçıvanda dostum vardı, əsəbimdən ora getdim, onu orada tapdım. Qızı çağırtdırdım, gəlib məni gördü, gələcəyimi gözləmirdi axı. Mən də coşmuşam, başlamışam ki, sən kimsən, mənə belə cavab verirsən, mən heç səni tanımıram. Dedim, mənə gəlirsən gəl, gəlmirsən, heç səni tanımıram, anamın xahişi ilə sənə zəng etmişdim. Bu qız başını qaldırıb bir kəlmə demədi. Bu, mənim xoşuma gəldi. Dostum da qayıtdı ki, sən camaatın qızının üstünə niyə qışqırırsan. Özlüyümdə fikirləşdim ki, bu, yaxşı qızdır. Gözəl, uzun saçlı qız idi. Xəyalımdakı qadın idi. Sonra bir-birimizi sevdik. Atasıgil onu başqasına vermək istəyirdi. Getmədi. Biz 1987-ci ildə ailə qurduq”.
Elə həmin ildə müğənni “Təbrizim” adlı albomu buraxır. Ardınca “Bəyaz gecələr” mahnısını ifa edir. Bu mahnı dövrün ən populyar mahnısına çevrilir. Səyyad Əlizadənin müğənni kimi uğurlu vəsiqəsi olur. Mahnı bütün Azərbaycanda sevilməklə yanaşı dünyanın otuzdan çox ölkəsində də oxunmağa başlayır.
***
O, həm də qadın müğənnilərlə duet ortağı kimi məşhurluq qazanmışdı. Könül Kərimova, Rahidə Baxışova, Mətanət İsgəndərli, Mənzurə Musayeva və Türkanə Həsənova ilə duetlər ifa edib, musiqi albomu buraxıb.
***
Müğənni heç vaxt spirtli içki içməyib, siqaret çəkməyib. İdmanla məşğul olub, futboldan və güləşdən dərəcələr qazanıb.
“Gözlərimin yaşı”, “Xallı qız”, “Saçlarım bəyaz oldu”, “Bizim uşaq dünyamız”, “Harda qaldın”, “Gül ki”, “Qaranquşlar gələndə” mahnıları ilə məşhurluq qazanıb.
***
Bir müddət əvvəl müğənni haqqında ölüm xəbəri yayılmışdı, o, efirə çıxaraq bu xəbərin yalan olduğunu, sətəlcəm keçirib müalicə aldığını bildirmişdi.
***
Səyyad Əlizadə sentyabrın 13-də Covid-19 xəstəsi kimi Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilir. 17 sentyabrda Mərkəzi Gömrük Hospitalına köçürülür, ECMO aparatına qoşulur. Lakin onun həyatını xilas etmək mümkün olmur. Müğənni 30 sentyabr 2021-ci ildə 63 yaşında vəfat edir. Onun vəsiyyəti Füzuli rayonunda valideynlərinin yanında dəfn olunmaq idi.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55