SİMURQ QANADININ LƏLƏKLƏRİYDİN!
Cəmiyyət 02 Oktyabr 2026, 13:25
3436
Azərbaycanın tanınmış ədəbiyyatşünası və yazıçı-publisisti Vidadi Məmmədov 1940-ci il Noyabrın 17-də Tərtrər rayonunda anadan olmuşdur. Orta məktəbin səkkizinci sinifini bitirdikdən sonra Məmmədovlar ailəsi Bərdə şəhərinə köçməli olurlar. Bərdəyə köçmək iki əsas səbəb üznündən baş vermişdir.Birincisi, ailənin 5 yaşlı qızı Tərtər çayında boğularaq dünyasını dəyişdiyindən, ikincisi isə orta məktəbin 9 - 10 siniflərinin olmamasından.
Vidadi orta bəktəbin 9-10 siniflərini Bərdədə bitirdikdən sonra valideyinləri obyektiv və subyektiv səbəblər üzündən Gəncəyə köçməli olurlar.
Vidadi M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş, axırıncı kursu bitirmədən ali təhsilə əlvida demişdir. Onun istedadından heyrətə gələn müəllimlər təhsilin davam etdirilməsini Vidadidən xahiş etsələr də təəssüf ki bu iş baş tutmamışdır.
Vidadi Məmmədov 1975 ci ildən "Ədəbiyyat və İncəsənət" qəzetində müxbir kimi işə girir. Artıq ədəbi ictimaiyyətin böyük marağına səbəb olan yazıları dillər əzbəri olmuşdur. Vidadi tez bir zamanda parladı. Hamı onun xətrini istəyirdi. O, sözündə və əməlində düz olan istedadlı publisist və ədəbiyyatşünas idi.Heç kəsin hüququnun tapdanmasıya yol verməzdi.Ədalətsizliyə qarşı amansız yazıçı idi. "Ədəbiyyat və İncəsənət" qəzetində dostlarından birinə haqsız hücum olunan zaman etiraz əlaməti olaraq Vidadi istefa verib işdən getmişdi, Bunu heç kəs etməzdi.Yalnız böyük ürək və istedad sahibləri edə bilərdi. Vidadi düz 2 il işsiz qaldıqdan sonra "Ulduz" jurnalında işə girmişdi. Bir müddət çalışandan sonra "Ədəbiyyatçılar" öz səhvlərini başa düşüb Vidadini yenidən köhə işinə dəvat eləmişdilər. O, ömrünün axırınadak publisistika şöbəsinə rəhbərlik etmişdir.
Vidadi Məmmədovun bir oğlu və bir qızı var. Oğlu Vaqif 5 il əvvəl dünyasını erkən dəyişmişdir.
Qızı Aytən Türkiyədə yaşayır. İstanbuldakı elm ocaqlarından birində müəllim işləyir.
Vidadi Məmmədov 8 Noyabr 1988-cu ildə naməlum şəraitdə maşın qəzasında Bakıda dünyasını dəyişmişdi.
Sən gedəli Bakı itib gözümdə,
Qəzetlərin sözü bitib gözümdə,
Ədəbiyyat kötü gedib gözümdə,
Sən əbədi dostlarımdan biriydin,
Simurq qanadının lələkləriydin!
Gözümüz axtarır - üzün görünmür,
Günün "manşet"ində sözün görünmür,
Ədəbi "bakal"ın, "yüzün" görünür,
Sən əbədi dostlarımdan biriydin,
Simurq qanadının lələkləriydin!
Əli qələmlilər dinə bilmirdi,
Ədəbi sərhəddə girə bilmirdi,
Heç yadın iti də hürə bilmirdi,
Sən əbədi dostlarımdan biriydin,
Simurq qanadının lələkləriydin!
Sən belə istedad, belə söz idin,
Ürəklər partladan yanar göz idin,
Bir sifət, bir kəlmə, sən bir üz idin,
Sən əbədi dostlarımdan biriydin,
Simurq qanadının lələkləriydin!
Bizi gözüyaşlı tərk edib getdin,
Bəlkə də ölümə ərk edib getdin,
Bu əclaf dünyanı dərk edib getdin,
Sən əbədi dostlarımdan biriydin,
Simurq qanadının lələkləriydin!
"Çarpaz bucaqlar"da yaşadın, nə qəm?
Sözü bazarlıqda daşıdın, nə qəm?
Şaxtalı, sazaqlı qış idin, nə qəm?
Sən əbədi dostlarımdan biriydin,
Simurq qanadının lələkləriydin!
Təlatüm içində baş girələdin,
Ömür kirələdin, yaş kirələdin,
Şöhrət xəstələrin sən "şirə"lədin,
Sən əbədi dostlarımdan biriydin,
Simurq qanadının lələkləriydin!
Vəzifə ardınca qoşan dostların,
Sürətlə ayrılan dovşan dostların,
Gülü burnundakı yovşan dostların,
Sən əbədi dostlarımdan biriydin,
Simurq qanadının lələkləriydin!
Sən bir aləm idin, bir nağıl idin,
Başı itənlərə bir ağıl idin,
Həm açıqürəkli, həm "paxıl" idin,
Sən əbədi dostlarımdan biriydin,
Simurq qanadının lələkləriydin!
Saxlaya bilmədin saçında dəni,
Dostlar qəribsəyib, deyirəm yəni -
Nə isə, unuda bilmirik səni...
Sən əbədi dostlarımdan biriydin,
Simurq qanadının lələkləriydin!
Əmir Pəhləvan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55