İranın ilan sifəti
Cəmiyyət 02 Oktyabr 2026, 19:56
10809
Qonşu baxımından heç vaxt bəxtimiz gətirməyib. Ermənistanla bərabər, İran da bizə qarşı həmişə qərəzli mövqeyi ilə seçilib. Hayları başa düşdük, İran nəyin hesabını çəkə bilmir? Axı, İran İslam ölkəsi, müsəlman dövlətidir. Dini köklərimiz , etiqadımız birdir. Müsəlman qardaşlarıq.
Amma və lakin görünən odur ki, qonşu dövlət Azərbaycana qarşı qısqanclıqla yanaşır. Bu, getdikcə daha çirkin görkəm almağa başlayır. Ümumiyyətlə, İranın Azərbaycana olan siyasi mövqeyi birmənalı şəkildə qərəzdən başqa heç nəyi ifadə etmir.
Biz bunu istər Birinci Qarabağ müharibəsi, istərsə də, İkinci Qarabağ müharibəsindən sonra aydın şəkildə gördük.
Vətən müharibəsindəki qələbəmizdən sonra İran açıq şəkildə Azərbaycanın müstəqilliyini və regionun lider olmasını heç cür həzm edə bilmir.
Ölkəmizin dünya miqyasında artan siyasi nüfuzu, güclənən hərbi qüdrəti onları narahat edir. Qonşuluqda Azərbaycanın müstəqil şəkildə siyasət yürüdərək söz sahibi olması, iqtisadi cəhətdən inkişafı fars-molla rejiminin xoşuna gəlmir. Hazırda ölkəmiz Zəngəzur dəhlizinin istifadəyə verilməsinin biraddımlığındadır. Və bu layihəni bəyənib, dəstəkləyən böyük dövlətlərin maraqları onları qıcıqlandırır. Artıq Azərbaycan dünya bazarlarına ən qısa və sərfəli çıxış həlqəsini təşkil edir. Bu istiqamətdə atılan mühüm addımlar və görülən işlər Azərbaycanı dünya iqtisadiyyatının inkişafında mühüm mərkəzə çevirir. Əlbəttə ki, bütün bunlara görə də ölkəmizə qısqanclıqla yanaşan dövlətlər var. Belə məqamda sual olunur, bəs İranı narahat edən nədir?
Əslində, bizə məlumdur qonşu dövlətin xain planlarının arxasında duran səbəblər. Nə qədər ki, Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi, İranda yerəti qədər faydalanırdı. Hay qardaşları ilə müştərək biznes yaradaraq bu ərazilərdən tranzit kimi istifadə edirdi.
Bəli, Qarabağın işğalı mollaların işinə əməllicə yarayırdı. Bölgənin münbit torpaqları İran işbazlarının narkotik plantasiyalarına çevrilmişdi. Ərazidə daha “keyfiyyətli mal" istehsal etmək üçün kiçik tipli laboratoriyalar belə, fəaliyyət göstərirdi.
Bir sözlə, Qarabağın işğaldan azad edilməsi bu dövlətin qeyd edilən bir çox imkanlarının əlindən alınması ilə nəticələndi. Çünki, İran Qarabağda eyni zamanda, maldarlıqla məşğul olurdu. Bu ölkədən istifadə edən Ermənistan isə ərazisinə silah-sursat daşınmasını rahat şəkildə həyata keçirirdi. Hələ, 2009-cu ildə BMT müfəttişlərinin məxfi hesablarında İran narkotik maddələrin Avropaya daşınmasında əsas rol oynayan bir ölkə kimi göstərilmişdir.
Yəni, Qarabağ məsələsində İran ermənidən betər ermənilik etdi. Din qardaşlarımız olan müsəlman ölkəsi bizə deyil, Ermənistana canyandırdı, dəstək oldu. Əlbəttə ki, bu da əbəs yerə deyildi. Çünki Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərindəki evlərin, mülklərin sökülüb, İrana daşınması da tarixin bir küncündə özünə yer edib. Bütün bunlar yaxın keçmişdə baş verən faktlardır.
O zaman İranın başı dam-daş söküb, daşımağa qarışanda, lap yaxınlıqda əsirlikdə olan azərbaycanlıların ermənilər tərəfindən gördükləri zülmlər nəticəsində səsləri ərşə dirənmişdi. Amma əmmaməli mollalar bunu eşitmirdi. Xocalıda körpələr erməni nizəsində can verəndə, ağsaqqal-ağbirçəklərimizin dərisi soyulanda yenə də İran susurdu. Hətta, 44 günlük Vətən müharibəsindən sonra belə İran Ermənistana humanitar yardım adı altında silah daşınmasını davam etdirirdi.
Azərbaycan isə sülhpərvər, mehriban qonşuluq münasibətlərinə sadiq ölkə kimi əlaqələri isti məcraya yönəltmək istəsə də, İran davamlı olaraq xain planlarını davam etdirir. Demək ki, “Xain xoflu olar" məsəli hələ də özqüvvəsində qalır.
Həmçinin oxuyun
Buna sübut kimi 2023-cü il 27 yanvar tarixində İrandakı Azərbaycan səfirliyinə hücum faktı da fars-molla rejiminin aqressivliyinin və dəyişməyən kininin sübutudur.
Din pərdəsi altında şeytanı əməllərini təbliğ edən bu rejim, insanları xofda, qorxuda saxlamaqla öz iyrənc məqsədlərini həyata keçirməyə çalışır. Bu gün İranın formalaşdırdığı nəhəng dövlət modeli əslində cılız və bəsit maraqlara söykənir.
Zamanla bu dövlətin Azərbaycana qarşı iddiaları saymaqla bitib tükənmir. Necə ki, bir zamanlar farslar böyük Azərbaycan şairi Nizami Gəncəvini də öz adlarına çıxmaq istəyirdilər. Unudurlar ki, Nizami bütövlükdə Azərbaycana məxsusdur. Və birgə faktı sübut etsinlər ki, İranda Gəncə adlı ərazi, şəhər var.
O ki, qaldı sonuncu məlum hadisə, bu da fars-molla rejiminin nə qədər cılız olduğunu bir daha sübuta yetirdi. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezainin Baş nazirin müavini Şahin Mustafayevlə görüşü zamanı sərgilədiyi əbləhlik və bic fəndi qoca mollanın öz başında çartladı. Ola bilsin ki, ağayi Rezainin SEPAH cəbhəsində bu hünər hesab edilə, bizə görə isə, nadanlıqdan başqa bir şeyi ifadə etmir. Bu, gədayə yaraşan bir hərəkətdir ki, layiqli cavabını da aldı.
Bir daha sübut olundu ki, içindəkini gizlətməyə çalışsa da, sifəti hər şeyi deyirdi. Daxilindəki çirkab, xainlik, çirkinlik zahirinə neçə oturubsa, yuyub, təmizləsə də düzələr deyil.
Bir farsının Azərbaycan oğluna tələsi özünün kimliyini ortaya qoydu. Necə deyərlər:”Gen qaz, dərin qaz, axırda özün düşəcəksən". Baş nazirin müavini Şahin Mustafayevlə görüşü zamanı salamlaşan Rezainin əlini aşağı çəkərək, Azərbaycan oğlunun onun qarşısında əyilməsinə cəhdi, Mustafayevin heç kefini də pozmadı. Məğrur və şəstlə dayanışı molla babanın “kefinə soğan doğradı” desək lap yerinə düşmüş olacaq. Öz aləmində qarşısındakını gəzməyə çalışan fars anlamır ki, Azərbaycan oğlunun qüruru bütün toplumu tapdalayıb keçir. M. P. Vaqifin təbirincə desək:”Əyilməz vicdanın böyük heykəli".
İran unutmasın ki, 40 milyon azərbaycanlının yaşadığı Cənubi Azərbaycan bir gün ayağa qalxıb, azadlığını tələb edəcək. Urmiya gölünü qəsdən və yaxud da bilərəkdən qurutmaq da uğursuz cəhdlərin bir parçasıdır. Belə yerdə, özlərinin də buyurduğu kimi heç, mollanın ağıl duası da köməklərinə çatmayacaq.
Ramidə YAQUBQIZI
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55