"Azərbaycanın müstəqillik tarixində mühüm dönüş mərhələlərindən biri 3 oktyabr 1993-cü il olmuşdur"
Cəmiyyət 02 Oktyabr 2026, 22:44
3164
Azərbaycanın müstəqillik tarixində mühüm dönüş mərhələlərindən biri 3 oktyabr 1993-cü il olmuşdur. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, dərin iqtisadi çətinliklər, hərbi-siyasi böhran, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət və torpaqlarımızın işğal olunması dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi baxımından ciddi təhdidlər yaratmışdı.
Bunu CityPost.az-a açıqlamasında millət vəkili Zaur Şükürov bildirib.
"Belə bir mürəkkəb və məsuliyyətli tarixi şəraitdə Azərbaycan xalqı ölkənin üzləşdiyi ağır problemlərin aradan qaldırılması, dövlətçiliyin əsaslarının qorunması və siyasi sabitliyin təmin olunması istiqamətində zəngin dövlətçilik təcrübəsinə, siyasi iradəyə və yüksək idarəçilik bacarığına malik Ümummilli Lider Heydər Əliyevə böyük ümid və etimad bəsləyirdi.
1993-cü ilin may-iyun aylarında ölkədə yaranmış gərgin ictimai-siyasi vəziyyət, dərinləşən siyasi böhran və vətəndaş qarşıdurması təhlükəsi fonunda Azərbaycan xalqının qətiyyətli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunması ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Həmin mürəkkəb tarixi şəraitdə xalq ölkənin üzləşdiyi çoxşaxəli böhrandan çıxış yolunu, dövlətçiliyə qarşı yaranmış təhdidlərin aradan qaldırılmasını və milli dövlətçilik əsaslarının qorunmasını məhz Heydər Əliyevin siyasi rəhbərliyində görürdü. Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı dövlət idarəçiliyində sabitliyin və siyasi nizamın bərqərar olunması, dövlət institutlarının möhkəmləndirilməsi və müstəqilliyin fundamental əsaslarının qorunması istiqamətində ardıcıl prosesin başlanmasına mühüm zəmin yaratdı. Siyasi qayıdışın mühüm mərhələsi olan 3 oktyabr 1993-cü ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə əsasən, Heydər Əliyev seçicilərin 98,8 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da xalqın Ümummilli Liderə olan yüksək etimadı və ölkənin gələcək inkişafına dair siyasi iradəsi öz təsdiqini tapdı.
Həmin tarixi mərhələdə qarşıda duran fundamental vəzifələr sırasında Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində layiqli və möhkəm mövqeyinin təmin edilməsi, milli maraqların beynəlxalq müstəvidə ardıcıl, prinsipial və məqsədyönlü şəkildə müdafiəsi, ölkənin dünya birliyinə fəal inteqrasiyasının təmin olunması, habelə Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəlmiş məqsədyönlü siyasi-diplomatik fəaliyyətin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərarası qarşılıqlı etimad və faydalı əməkdaşlıq münasibətlərinə əsaslanan balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursu formalaşdırıldı. Bu kurs çərçivəsində ikitərəfli və çoxtərəfli diplomatik əlaqələrin genişləndirilməsi, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin və nüfuzunun yüksəldilməsi, işğal olunmuş ərazilərin azad edilməsinin beynəlxalq gündəmdə saxlanılması, habelə ölkə iqtisadiyyatına iri həcmli xarici investisiyaların cəlb edilməsi və aparıcı beynəlxalq enerji şirkətlərinin Azərbaycana sərmayə yatırmasına əlverişli şəraitin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirildi. Nəticə etibarilə, müstəqil Azərbaycanın milli təhlükəsizlik, iqtisadi inkişaf və beynəlxalq münasibətlər sahələrində uzunmüddətli dövlət siyasətinin əsas institusional və siyasi dayaqları formalaşdırıldı",-deyə millət vəkili bildirib.
Zaur Şükürov qeyd edib ki,Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti Azərbaycanın əlverişli geosiyasi mövqeyinin və zəngin iqtisadi potensialının milli inkişafın mühüm dayaqlarına çevrilməsini təmin etdi.
"Milli neft strategiyasının formalaşdırılması, xarici investisiyaların cəlb edilməsi, aparıcı enerji şirkətləri ilə mühüm müqavilələrin imzalanması, enerji resurslarının dünya bazarlarına çıxarılması və Azərbaycanın beynəlxalq nəqliyyat layihələrində fəal iştirakı ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və beynəlxalq mövqelərinin gücləndirilməsi üçün möhkəm zəmin yaratdı. Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin işğalı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq hüququn norma və prinsipləri əsasında müdafiəsi Ümummilli Liderin xarici siyasət kursunun başlıca istiqamətlərindən birini təşkil etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanın dövlətçilik əsaslarının möhkəmləndirilməsi, milli maraqlara söykənən xarici siyasət kursunun formalaşdırılması və ölkənin beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmləndirilməsi istiqamətində fundamental siyasi prosesin əsası qoyuldu.
Həmçinin oxuyun
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi mütərəqqi dövlətçilik və milli maraqlara əsaslanan xarici siyasət kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək siyasi iradə, ardıcıllıq və strateji uzaqgörənliklə uğurla davam etdirilərək müasir dövrün çağırışlarına uyğun yeni məzmun və miqyas qazanmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənmiş, ölkəmizin regional və qlobal proseslərdə fəal və nüfuzlu rolu daha da genişlənmiş, milli maraqların və dövlət mənafelərinin beynəlxalq müstəvidə təmin olunması istiqamətində mühüm tarixi nəticələr əldə edilmişdir",-deyə deputat bildirib.
Millət vəkilin sözlərinə görə,Ulu Öndərin müəyyən etdiyi inkişaf və dövlətçilik strategiyasının layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hədəflərimizə çataraq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, çoxəsrlik dövlətçilik tariximizdə ən böyük uğura – tarixi Zəfərə nail olduq.
"Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin irsi isə xalqımızın milli sərvətidir. Bu irsin qorunmasına, təbliği və yaşadılmasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi və Ulu Öndərin adını daşıyan Fond mühüm töhfələr verir.
Milli mənsubiyyəti ilə fəxr edən və milli kimliyimizi qürur mənbəyinə çevirən tarixi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin ölməz ideyaları, zəngin irsi əbədiyaşardır və illər ötüb keçsə də onun adı, misilsiz əməlləri xalqımızın yaddaşından əsla silinməyəcək! Ata vəsiyyətini yerinə yetirərək ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edən, Ulu Öndərin görmək istədiyi hədəflərə inamla nail olan cənab İlham Əliyevin vurğuladığı kimi, bu gün inkişaf edən, güclənən Azərbaycan Ümummilli Liderin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir.
Prezident İlham Əliyev 2 oktyabr tarixdə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı qeyd etdi ki : “Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi. Çünki xalq çox yaxşı bilirdi ki, məhz Heydər Əliyev Politbürodan, sovet hakimiyyətindən uzaqlaşdırılandan sonra iki həftə keçməmiş - 1987-ci ilin noyabrında erməni millətçilər Qarabağı Ermənistana birləşdirmək üçün məsələ qaldırmışdılar. Bu təklif sovet rəhbərliyi və Bakı cəlladı Qorbaçov tərəfindən dəstəklənmişdir. Faktiki olaraq sovet rəhbərliyi o vaxt öz qərarını vermişdi. Azərbaycanda isə hakimiyyətdə oturan satqın rəhbərlər və bütövlükdə satqın rəhbərlik, sadəcə olaraq, onların əlində bir alət idi. Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı və həmişə olduğu kimi müdriklik göstərmişdir, 1993-cü ilin oktyabr ayında Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ancaq o vaxta qədər artıq biz böyük itkilərlə üzləşmişdik - torpaq itkisi, iqtisadiyyat tamamilə çökmüşdür. Neftlə, qazla zəngin olan ölkədə qaz qıtlığı, elektrik enerjisi qıtlığı yaranmışdır. İnflyasiya 1000 faizdən çox idi, xəzinə boş idi. AXC–Müsavat cütlüyü Ermənistan torpaqlarımızı işğal edən zaman vətəndaş müharibəsini də başlamışdır, qardaş qanı tökmüşdür. Sonra da qorxaqcasına hərəsi bir yerə qaçaraq fərarilik etmişdilər. Bax, belə bir şəraitdə Azərbaycan xalqı öz taleyini öz liderinə əmanət etdi”.
Ümummilli Liderin müəyyən etdiyi siyasi kursun müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi dövlətçilik ənənələrinin ardıcıllığını və siyasi varisliyini təmin etməklə yanaşı, Azərbaycanın milli maraqlarını və dövlət suverenliyini qoruyan, beynəlxalq mövqelərini gücləndirən və ölkəmizi yeni tarixi nailiyyətlərə aparan ardıcıl inkişaf strategiyasının təməlini təşkil etmişdir",-deyə Zaur Şükürov fikirlərini tamamlayıb.
Miri Məcidli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55