Bizə yazın

Baku

-°C

USD

-

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırılıb

Cəmiyyət 05 Oktyabr 2026, 11:54

2504

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin III rübünü əks etdirən statistik məlumatları açıqlayıb.

Qurumdan Citypost.az-a verilən məlumata görə, əvvəlki dövrdə olduğu kimi cari ilin 9 ayı ərzində Dövlət Xidməti tərəfindən xidməti fəaliyyətin keyfiyyətinin və effektivliyinin artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və şəffaflığın təmin olunması, habelə vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilib.

Belə ki, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin müvafiq dövründə 122 əməkdaş (onlardan 72-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Məlumata görə, hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə aidiyyəti qanunvericilik və sahəvi normativ hüquqi aktlara əlavə və dəyişikliklər edilməsi nəticəsində həmin kateqoriyalı şəxslərə qarşı məsuliyyət tədbirləri sərtləşdirilmiş, hüquq-mühafizə orqanları ilə birgə onların yerlərinin müəyyənləşdirilib çağırışa cəlb olunması, barələrində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istiqamətində zəruri tədbirlər görülür və bu sahədə müsbət nəticələr əldə olunmaqdadır.

Bildirilib ki, tibbi şəhadətləndirilmə sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının müvafiq Fərmanının icrasının təmini məqsədilə, 01 iyul 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların dörd yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən həyata keçirilir. Tibbi şəhadətləndirmə prosesində iştirak edən aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin elektronlaşdırılması, habelə bu sahədə həyata keçirilən institusional və təşkilati optimallaşdırma tədbirləri proseslərin daha səmərəli təşkili üçün əlverişli şərait yaratmışdır. Görülmüş bu tədbirlər korrupsiya risklərinin azaldılmasına, fəaliyyətin şəffaflığının və hesabatlılığının artırılmasına mühüm töhfə verməkdədir.

Cari ildə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq dövlət qurumları ilə rəqəmsal sahədə inteqrasiya proseslərinin keçirilməsi, bu çərçivədə müvafiq məlumatların real vaxt rejimində fasiləsiz əldə olunması qərar qəbuletmə prosesində operativliyin və obyektivliyin təmin edilməsinə xidmət edir.

Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə”, “Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair”, “Həqiqi hərbi xidmət keçmə haqqında”, “Müddətli həqiqi hərbi xidmət barədə” və “Hərbi qeydiyyat” haqqında arayışlar, eləcə də tibbi şəhadətləndirilmənin nəticələri, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin edildikləri qoşun növləri barədə məlumatlar “MyGov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara təqdim olunur. Həmçinin, fərdi elektron səhifəsi (“MyGov” kabineti) üzərindən müvafiq müraciətlərin göndərilməsi və cavabların qəbulu təmin edilib.

Eyni zamanda, Xidmətin fəaliyyətinin tənzimlənməsi sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə əlaqədar olaraq, cari ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydası” qüvvəyə minib.

Belə ki, cari ilin əvvəlindən 2011-ci il təvəllüdlü, sentyabr ayından isə 2009 və 2010-cu il təvəllüdlü vətəndaşların ilkin hərbi qeydiyyata alınma prosesi (bildiriş, qərarların qəbulu və bu barədə məlumatlandırma) və tələb olunan sənədlərin alınması tam olaraq elektronlaşdırılmış və bütün prosesin Mygov platforması üzərindən həyata keçirilməsi, ilkin hərbi qeydiyyata alınma vəsiqəsinin kağız daşıyıcısının ləğv edilməsi xidmətdə şəffaflığın və vətəndaş məmnunluğunun artırılmasına səbəb olub.

Rəqəmsal sahədə yeniliklərdən biri də vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində süni intellekt imkanlarından istifadə olunmasıdır. Belə ki, laborator və digər diaqnostik müayinələrin nəticələrinin süni intellektə əsaslanan qərar-dəstək sistemi vasitəsilə avtomatik təhlil olunması nəzərdə tutulur. Sistem hər bir göstəricini müvafiq normativ göstəricilərlə (reference) müqayisə etməklə yanaşı, bir neçə göstəricinin birgə təhlilini aparacaq və ayrı-ayrılıqda diqqətdən kənarda qala biləcək, lakin müəyyən xəstəliklərin əlaməti ola bilən göstərici kombinasiyalarını aşkarlayacaq. Bu yanaşma insan amilindən qaynaqlanan səhvlərin – yorğunluq, diqqətdən yayınma və ya çoxsaylı parametrlər arasındakı gizli əlaqələrin nəzərdən qaçırılması kimi halların qarşısının alınmasına imkan verəcək.

Qeyd olunub ki, sistem yekun rəy verməyəcək, yalnız potensial risk profillərini, laborator və instrumental müayinələrin nəticələrindəki normadan kənarlaşma hallarını aşkarlayaraq həkim-ekspertin diqqətinə çatdıracaq və son qərar hərbi-həkim komissiyası tərəfindən qəbul ediləcək. Hazırda həmin proseslər aidiyyəti qurumlarla müzakirə və test mərhələsindədir.

Vətəndaşlara korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə 9100 Çağrı mərkəzinə və ya [email protected] elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və “MyGov” platformasına qoşulmaq üçün elektron kabinetlərin yaradılması tövsiyə olunur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55