Yolu Bakıdan keçən marşal – Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri
Cəmiyyət 07 Oktyabr 2026, 13:13
3615
O, SSRİ-nin 70 il mövcud olduğu dövrün 40 ilində ən yüksək vəzifə kürsülərinə sahiblik edib, 1935-ci ildə marşal rütbəsi təsis ediləndə bu ali rütbəni alan ilk beş nəfərdən biri də məhz Kliment Voroşilov olub.
On beş il hərbi nazir vəzifəsini daşıyan Voroşilovun heç bir ali təhsili olmayıb. 1930-cu illərdə ölkədə universitetlər, akademiyalar yaradılanda, Siyasi Büroda yüksək vəzifəli hərbçilərin təhsil alması müzakirəyə çıxarılarkən Kliment Voroşilov İosif Stalinə müraciət edib:
– Koba, məni nə vaxt oxumağa göndərəcəksən?
Stalin bu suala təbəssümlə cavab verib:
– Heç vaxt, sənin oxumağına ehtiyac yoxdur.
Voroşilov Stalinə məhz “sən” və “Koba” deyərək müraciət edib. Onların arasında dostluq münasibətləri hələ inqilabdan əvvəlki illərdə yaranıb. 1900-cü illərin əvvələrindən Voroşilov inqilabi hərəkata qoşulub, “Volodin” təxəllüsü ilə Luqanskda, Petroqradda və Bakıda gizli partiya fəaliyyəti ilə məşğul olub.
Vətəndaş müharibəsinin ən fəal iştirakçılarından olan Voroşilov 1918-1920-ci illərdə 10-cu ordunun komandanı, cənub cəbhəsi hərbi şurasının üzvü, bir neçə ay Ukrayna daxili işlər komissarı, Xarkov hərbi dairəsinin komandanı vəzifələrində işləyib.
Qatı Stalinçi kimi tanınan Voroşilov 1925-ci ildə SSRİ-nin hərbi naziri təyin edilib. Onun bu quruma 15 illik rəhbərlik dövrü hərbi araşdırmaçılar tərəfindən ordu quruculuğunda heç də uğurlu bir dövr kimi qiymətləndirlməyib.
1939-1940-cı illərdə sovet-fin müharibəsində ən uğursuz hərbi əməliyyat Voroşilovun adı ilə bağlı olub. Sovet-alman müharibəsi zamanı Dövlət Müdafiə Komitəsinin üzvü olan Voroşilov şimal-qərb cəbhəsinə komandanlıq edib. Məhz onun səriştəsizliyi ucbatından Leninqrad alman qoşunları tərəfindən mühasirəyə düşüb. Vəziyyətin son dərəcə gərgin və mürəkkəb olduğunu anlayan İosif Stalin Georgi Jukovu Leninqrada göndərərək Voroşilovu geriyə, Moskvaya çağırıb.
Əslində Voroşilovu şimal-qərb cəbhəsindəki uğursuzluğa görə ən ağır cəza gözləyib, Kreml məmurları onun hərbi kollegiya tərəfindən güllələnəcəyi haqqında hökmün çıxarılacağını düşünüb. Amma hər şey əksinə olub. Stalin köhnə dostluğu unutmayıb. Qeyd edək ki, Voroşilov yeganə şəxs olub ki, buraxdığı səhvlərə görə Stalin tərəfindən bir-neçə dəfə bağışlanıb.
Təbii ki, Stalinin marşala bu cür münasibəti səbəbsiz olmayıb. Voroşilov öz sədaqəti ilə Stalini ovsunlaya bilib, onun ən güclü təbliğatçısına çevrilib. Stalin repressiyaları zamanı Voroşilov çox vaxt könüllü olaraq illərlə tanıdığı, ailə dostu olduğu insanları çox asanlıqla güdaza verib. Müntəzəm olaraq orduda xidmət edən yüksək çinli hərbçilərin siyahısını Yejovun “repressiya aparatına” göndərib. Siyahılarda marşal Rokossovskinin adı da əks olunub. Bu məsələdə onun üçün əsas meyar yalnız Stalinin xoşuna gəlmək, rəhbərin “sevimli kadr”na çevrilmək prinsipi əsas tutulub.
Həmçinin oxuyun
Voroşilovu digərlərindən fərqləndirən cəhətlərindən biri cəlbedici nitqi, insan kütlələrini inandırmaq bacarığı, xoş ünsiyyət yaratmaqla nüfuz qazanmağı olub. O, xalq arasında böyük populyarlığı ilə özünü sevdirməyi bacarıb.
Kremldaxili oyunlardan həmişə qalib çıxan Voroşilov Stalinin vəfatından sonra da mövqelərini qoruya bilib. Vaxtilə Stalinin ən yaxın silahdaşı olan marşal Xruşovun da ürəyinə yol tapıb və 1953-cü ildə o, Nikita Xruşovun təşəbbüsü ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçilib.
Xruşovu ələ alaraq hakimiyyətin ən yüksək eşalonunda təmsil olunan Kliment Voroşilov 1957-ci ildə sonralar “antipartiya qrupu” adlanan Vyaçeslav Molotov, Gorgi Malenkov, Lazar Kaqanoviçə dəstək verərək saray çevrilişinə cəhd edənlərin fəallarından birinə çevrilib. Şanslı marşalın bu dəfə də bəxti gətirib. Hakimiyyəti əldə saxlaya bilən Xruşov Voroşilovu bu xəyanətinə görə vəzifəsindən uzaqlaşdırmayıb. Amma sözsüz ki, onunla vidalaşmağa məqam gözləyib.
Xruşovun oğlu Sergey Xruşov öz xatirələrində bu haqda yazıb:
“Atamla Voroşilovun arasındakı münasibətlər çox da səmimi olmayıb. Voroşilov hakim dairələrdə olduğu bütün dövrlərdə qisas hissi ilə yaşayıb. O, vəzifədə qalmağı üçün ən yaxın silahdaşlarını belə güdaza verməyə hazır olub. Uzun illər orduda birgə xidmət etdiyi Konstantin Rokossovski haqqında Stalinə yazdığı məktub bu gün də arxivlərdə saxlanılır. Bu qısqanclıqdan irəli gəlib. Voroşilov Stalinin yanında yalnız özünü görmək istəyib. Atam yeni siyasi konfliktlərin yaranmaması üçün Voroşilovu SSRİ Ali Soveti Rəyasət Heyətinə sədr vəzifəsinə seçdirmişdi. Əslində onun bu vəzifədəki səlahiyyətləri məhdudlaşdırılmışdı və özü də bunu bilirdi və deyirdi ki, mən heç bir səlahiyyətə malik olmayan SSRİ-nin fəxri prezidentiyəm. İranın SSRİ-dəki səfiri ilə görüşündən sonra isə atam onunla konkret danışıb və artıq getmək vaxtının olduğunu bildirib. Belə ki, bu görüş zamanı Voroşilovun səfirə “siz nə qədər bu şahla (İran şahı nəzərdə tutulur) işləyəcəksiniz, nə qədər ona dözəcəksiniz” deməsi atamı qəzəbləndirib. Görüşdən sonra atamın onunla ciddi söhbəti olub. “Sənin bu cür danışıqların yeni müharibələr yaradacaq, sən artıq getməlisən” deyərək fikrini bildirib…”
Bununla da, 1960-cı ilin may ayında 80 yaşlı Kliment Voroşilov SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən azad edilib. Uzunömürlü marşal 1969-cu ildə 89 yaşında vəfat edib. Onun nəşi yandırılaraq Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.
Jalə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55