Bizə yazın

Baku

-°C

USD

-

Unudulmaz generalın HƏYAT DASTANI

Cəmiyyət 08 Oktyabr 2026, 17:55

10218

Əb­­dur­­rəh­­man bəy Fə­­tə­­li­­bəy­­li-Dü­­dən­­gins­­ki 1908-ci ilin iyun аyının 12-də Naxçıvanın Şərur rаyоnunun Düdəngə kəndində аnаdаn оlub.

Tiflisdəki hərbi-piyаdа məktəbini bitirib, sоnrа Azərbaycan diviziyаsındа хidmət еdib. Moskvadа Hərbi Аkаdеmiyаdа təhsil аlıb. Minbаşı (mаyоr) rütbəsində оlmuşdur.

Ata-babaları məşhur Səfəvi nəslinə mənsubdur. "Əlincə yaddaşı, Naxçıvan, 1914-1992" kitabında yazılır: "Arpa çayının sol sahilində məskunlaşan Səfəvilərə (Səfiyevlərə) gəldikdə, bu tayfanın nümayəndələri dövlət aparatlarında mövqe sahibləri olmuşlar. Qəza rəislərinin əksəriyyəti Səfəvilərdən ibarət idi. Səfəvilər nəslində Nəso xan ləqəbi ilə tanınmış İsmayıl xan bir qayda olaraq qəzanın mirabı seçilərdi.

. Səfəvilər1920-ci ildən etibarən xeyli zəifləmiş, mülkləri dağılmış, özləri də pərən-pərən düşmüşdülər. Səfəvilərin nümayəndəsi Teymur bəy ömrünün sonunadək Şərur Qəza İcraiyyə Komitəsinin katibi vəzifəsində işləmişdir. Tağı bəy Baş Noraşen natamam orta məktəbində rus dilini tədris etmişdir. Səfiyevlərdən Əbdürrəhman (Abo) Fətəlibəyov İsmayıl xanın (Nəso xanın) nəvəsi idi. İsmayılın övladları – Bəhlul xanı, Beytulla xanı, Rəşid xanı Sovet hökuməti zülmə düçar etdi və axırına çıxdı. Beytulla xandan başqa, hamısı məhv oldu. Səfəvilərin həm də Dərələyəzdə yaşayan Vəkilovlarla qohumluğu vardır. Səfiyevlər sülaləsində qalan nəslin az bir qismi hazırda Baş Noraşendə – Cəlilkənddə məskundur.

Bu sülalənin görkəmli şəxyyətlərindən biri də uzun illər ictimaiyyətimizə vətən xaini kimi təqdim olunan Əbdürəhman (Abo) Düdənginskidir. 1929-ci ildə Abonu komsomol sıralarından xaric edəndə gənc Əbdürəhman ona amansız mövqe tutanlar qarşısında əsəblərini cilovlaya bilməyib ağlayır və deyir ki: -" məni atama görə cəzalandırırsınız, axı mən onu görməmişəm, Allahın himayəsində böyümüşəm."

Beləcə, tənələrə, təhqirlərə dözməyən Əbdürrəhman yeniyetmə  kəndi gizlincə tərk edib Tiflisə gəlir. 

Doğma kəndində verilən mənəvi əzablar ona rahatlıq vermirdi. Zavallı bilmirdi ki, qohumlarının qarşılaşacağı müsibətlər hələ irəlidədir.

Ə.Fətəlibəylinin atası Əli bəy Fətəlibəyli də Naxçıvanın Şərur rayonunun Düdəngə, Zeybə kəndlərinin bəyi olaraq hörmətli, tanınmış şəxsiyyətlərindən biri olub. Əli bəy Çar Rusiyasının vaxtında Türkistan, sonralar İrəvan quberniyasının sərhədi boyu zabit kimi xidmət etmişdir. İrəvan quberniyasında olan vaxt zabitlər yığıncağında bir rus zabiti müsəlman dininə istehza etdikdə, Əli bəy qılıncı ilə rus zabitini vurmaq istəmişdir. Oradakı zabitlər Əli bəyi sakitləşdirmişlər. Bir ay sonra Əli bəyi zəhərləyib öldürdülər. Böyük oğlu Qulam (Əbdürrəhman Fətəlibəylinin qardaşı) xatırlayırdı: "Biz gələn günün sabahı zabitlər yığıncağında axşam yeməyindən sonra atam özünü pis hiss elədi, gecə yarısında keçindi. Bu xəbər çatan kimi qaynı Nəsrulla xan bir neçə nəfərlə hərbi hissəyə gedərək, Əli bəyin cəsədini gətirib Düdəngədə dəfn elədi. Bu yolla Əli bəyi 1910-cu ildə zəhərləyib öldürdülər".

Atası belə faciəvi surətdə öldürüləndə Əbdürrəhman bəyin iki yaşı var idi. F.Düdənginski gənc yaşlarında əsgər getmiş, hərbi piyada məktəbini bitirmiş, Azərbaycan diviziyasında zabit olmuşdu. 1935-36-cı illər Moskva Hərbi Akademiyasına oxumağa göndərilmişdir. 1937-ci ildə Bakıda məzuniyyətdə olarkən əmisi Əhməd bəyin məsləhəti ilə Leyla xanım Qazıyeva ilə evlənmişdir. Məzuniyyəti qurtardıqdan sonra həyat yoldaşını, qayınanasını özü ilə Leninqrada aparmış və 1940-cı ilə qədər burada yaşamışlar. 1938-ci ildə Leninqradda ilk övladı Əli anadan olub.

Ə.Düdənginski olduqca bacarıqlı bir zabit idi. O, 1939-cu ildə Finlandiya müharibəsində iştirak etmiş, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Bir müddət Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi işləmişdir. 1940-cı ilə Sovet Ordusu hissələri Baltikyanı respublikalarını işğal etikdən sonra Ə.Düdənginski Riqada yerləşən hərbi qərargaha göndərilmiş, orada almanlara əsir düşmüşdür.

İkinci Dunyа muhаribəsində leninqrad hərbi dаirəsinin qərаrgаhındа хidmət еtmiş, 6-cı şöbənin rəisi оlmuşdur. Sonradan almanların tərəfində bolşeviklərə qarşı vuruşmuşdur. Müharibədən sonra АBŞ kоnqrеsinin mаliyyələşdirdiyi "Аzаdlıq" rаdiоsunun Аzərbаycаn rеdаksiyаsının, еyni zаmаndа "Аzərbаycаn" jurnаlının (C.Hаcıbəyli ilə birlikdə) bаş rеdаktоru оlub. АBŞ-lа, Qərb dovlətləri ilə ciddi əlаqələr qurub, Аzərbаycаnın müstəqilliyi uğrundа böyük mübаrizə аpаrıb.

Mikayıl İsmayılov SSRİ DTK-nın casusu, "SMERŞ"in zabiti "Müller" ləqəbli Georgi Vladimiroviç tərəfindən Düdənginskini öldürmək sifarişi alır və yalnız bu halda onun yenidən Azərbaycana qayıda biləcəyini bildirilir. Əbdürrəhman bəyin dostlarının söylədiklərinə və o dövrün alman mətbuatının yazdığına inansaq, İsmayılov bir müddət bu sifarişi yerinə yetirməkdə nəinki tərəddüd edir, hətta özünün missiyası haqda Düdənginskiyə məlumat verir. Ancaq son dərəcə vətənpərvər bir insan olan və bolşevizmə sonsuz nifrət bəsləyən Abo əvvəlcə həmyerlisini fikrindən daşındırır və onunla birgə çalışmağa dəvət edir, belə görünür ki, o da razılaşır. Çünki hərdən mübahisələri olsa da, Əbdürrəhman bəylə İsmayılov arasında, həqiqətən, yaxşı münasibətlər varmış. Ancaq Mikayıl sonunda dostunu öldürdüyündən, görünür, ya həqiqətən, özünü çox bacarıqlı casus kimi apararaq Fətəlibəyin etimadını qazanıbmış, ya da İsmayılovu bu qətlə vadar eləyən səbəblər qarşı tərəfin onu bu yoldan çəkindirmək üçün gətirdiyi dəlillərdən güclüymüş. Beləcə, dostlar həmin gecə xeyli yeyib-içirlər və gecə saatlarında xanım Böhmün evinə gəlirlər. Ancaq onların iki nəfər olduğundan heç 80 yaşlı ev sahibəsi də xəbər tutmur.

İsmayılov əvvəlcədən planlaşdırdığı kimi hələ kafedə ikən usta Föstledən aldığı çəkiclə əvvəlcə daha çox içkili olan Fətəlibəyliyə başından iki-üç dəfə güclü zərbə endirir, sonra da pencəyini başına salıb boğur. Onun öldüyünə əmin olduqdan sonrasa, meyiti mətbəxdəki taxtın altına itələyir, özü də xanım Böhmün yanına çıxıb içki istəyir və deyir ki, o, mətbəxdə yatacaq. Ancaq təbii ki, daha qətlin törədildiyi yerə qayıtmır. Xanım Böhm də həmin gecənin səhəri taxtın altında meyit görür, polisə xəbər verir və hamı ölən adamın məhz Mikayıl İsmayılov olduğunu güman edir.

Fətəlibəyliyə "İsmayılov" adıyla yas tuturlar. Lakin həm sadaladığımız səbəblərdən (meyitin göstəricilərinin, əsasən də boyunun İsmayılovun göstəricilərinə uyğun gəlməməsi), həm də qətldən bir neçə gün sonra "Azadlıq" radiosu Azərbaycan bölməsinin redaktoru Əbdürrəhman bəy Düdənginskinin yoxa çıxması xəbəri yayılanda hamı ölən adamın məhz Abo olduğu qənaətinə gəlir.

Fətəlibəylinin cənazəsi dekabrın 5-də Nyu-Uimdəki qəbristanlığa – 1954-ci ildə avtomobil qəzasından həlak olmuş qardaşı Seyfullabəy Fətəlibəylinin uyuduğu yerə gətirilir. Alman mətbuatının yazdığına görə, qəzəblənmiş azərbaycanlıları coşdurmamaq üçün polis dəfn yerindən xeyli arxada dayanıbmış. Ancaq həmyerlilərinin tabutu açmaq və meyitin həqiqətən Fətəlibəyliylə məxsus olduğunu dəqiqləşdirmək istəmələrinə rəsmi qaydaya zidd olduğu üçün icazə verilmir. Sadəcə, iki qərib qardaşın məzarlarının yanaşı olması üçün Seyfullabəyin məzarının yeri dəyişdirilir.

Millət sevgisidir getdiyin o yol,

And içdin bayrağa min kərə, min yol,

İmzalar içinə çəkdiyin o qol -

Milli düşüncənin generalıydın!

Milli ədavətin  hesabın çəkdin,

Gecikmiş addımın əzabın çəkdin,

Yaralı vətənin qəzəbin çəkdin,

Milli düşüncənin generalıydın!

Etnik savaşların qəhrəmanı sən,

Gücün, qabliyyətin pəhləvanı sən,

Elgiz-Eldənizi, Naxçıvanı-sən,

Milli düşüncənin generalıydın!

Bəyliyi "sovet”lə qarışdırmadın,

Böhtanı adına yapışdırmadın,

Şərlə yol getməyi sığışdırmadın,

Milli düşüncənin generalıydınt!

Sənin addımını izləyirdilər,

Çirkin niyyətlərin gizləyirdilər,

Pusquda, daldada gözləyirdilər,

Milli düşüncənin generalıydın!

Sonadək vuruşdun, geri dönmədin,

Od atlar belində yerə enmədin,

Günəş tək parladın, heç vaxt sönmədin,

Milli düşüncənin generalıydın!

Sən vətən yolunda canından keçdin,

Əhd etdin, Arazın suyundan içdin,

Xaini, düşməni pencər tək biçdin,

Milli düşüncənin generalıydın!

"Azadlıq" səsləndi sənin səsinlə,

Öz ana dilinlə, ana kəlmənlə,

Dərdlərin söyləndi tər nəfəsinlə,

Milli düşüncənin generalıydın!

Radio son vuruş, son səngər oldu,

Qələmin kəsərli bir xəncər oldu,

Uduzan həm Sultan, həm Səncər oldu,

Milli düşüncənin generalıydın!

Əməlin yaşayır, adın yaşayır,

Ocağın yaşayır, odun yaşayır,

Hörmətin yaşayır, andın yaşayır,

Milli düşüncənin generalıydın!

Tarix dönəcəkmi görəsən bir də,

Yurduna qayıdıb, gələsən bir də,

Atını dağlara sürəsən bir də,

Milli düşüncənin generalıydın!

Əmir Pəhləvan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55