Bizə yazın

Baku

-°C

USD

-

“Folklorumuzda niqab haradadır?” – Sahib Məmmədovdan diqqətçəkən sual

Cəmiyyət 09 Oktyabr 2026, 09:22

1762

İctimai-siyasi xadim, vəkil Sahib Məmmədov hicab və niqabdan istifadə, geyim azadlığı və dini geyimlərin cəmiyyətdəki yeri ilə bağlı fikirlərini bölüşüb.

Citypost.az xəbər verir ki, Sahib Məmmədov sosial şəbəkə hesabında paylaşdığı yazıda hicablı qadınların sayının artmasının digər qadınlara qarşı sosial təzyiq yarada biləcəyini iddia edib. Onun fikrincə, geyim azadlığı yalnız hər kəsin istədiyi kimi geyinə bildiyi və heç kimin buna görə təqib olunmadığı şəraitdə mümkündür.

“Əgər bütün cəmiyyətlərdə hər kəsin istədiyi kimi geyinmək azadlığı olsaydı, təhlükəli olmazdı. Hicablıların sayı qadın əhalinin 20-30 faizini keçsə, hamı məcbur olacaq bürünməyə. Çünki küçələrdə onları təqib edəcəklər, məktəbdə, iş yerində onlar kimi geyinməyənlərə qarşı qısnama başlayacaq”, – deyə o bildirib.

Vəkil bəzi ölkələrdə qadınların hicabsız gəzməsinə qoyulan məhdudiyyətləri də xatırladaraq geyim azadlığı ilə bağlı suallar ünvanlayıb. O, Əfqanıstan və Somali kimi ölkələri nümunə göstərərək dini geyim qaydalarının məcburi xarakter daşımasını tənqid edib.

Sahib Məmmədov körpə uşaqlara dini geyimlərin geyindirilməsi məsələsinə də münasibət bildirib. O, uşaqların belə geyimlərə məcbur edilməsinin səbəblərini sual altına alıb.

Paylaşımında niqabla bağlı mövqeyini də ifadə edən ictimai-siyasi xadim yazıb: “Niqab kişinin gözündə olmalıdır, qadının üzündə yox”.

Sahib Məmmədov Azərbaycan folklorunda gözəlliyin vəsf olunmasına da diqqət çəkib. Onun sözlərinə görə, xalq yaradıcılığında qadın gözəlliyini tərənnüm edən çoxsaylı nümunələr mövcuddur və o, hicab və niqabın tarixən Azərbaycan cəmiyyətindəki yeri ilə bağlı suallar səsləndirib.

“Bizdə İslam min ildən çoxdur mövcuddur. Baxın folklorumuza. Haradadır niqab, hicab? Şairlərimiz, aşıqlarımız gözəlliyi vəsf edən minlərlə folklor nümunəsi yaradıb. Niqab olan yerdə gözəlliyi vəsf etmək olar?” – deyə o qeyd edib.

Vəkil hicab və niqabın Azərbaycanda geniş yayılma tarixi ilə bağlı da öz fikirlərini bölüşərək bu geyimlərin son 150 ildə gəldiyini irəli sürüb.

Sahib Məmmədov paylaşımının sonunda dini mövqeyinə görə onunla razılaşmayan şəxslərin təhqirə yol vermədən fikir bildirməsini istədiyini vurğulayıb. O, özünün ateist olmadığını da qeyd edərək inanclı insanların əks fikirlərini ifadə edə biləcəyini bildirib.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb

Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...

26 Oktyabr 2026, 20:20

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19