"Falcom" MMC-də fəhləninin ölümünün açılmasına KİM MANE OLUR? -ŞOK VİDEO
Cəmiyyət 09 Oktyabr 2026, 15:15
13113
2024-cü ilin avqust ayının 15-i səhər saat 10 radələrində Laçın rayonunun Pircahan kəndində "Falcom" MMC-də qeydə alınan faciəvi ölüm işi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Mərhum Elgün Əhmədovun qardaşı Elmir Əhmədov istintaqın birtərəfli aparıldığını, kobud qanun pozuntularına göz yumulduğunu və günahkarların məsuliyyətdən yayındırıldığını iddia edərək CityPost.az-a açıqlama verib.
Belə ki, Laçın rayonunun Qarakeçdi kənd sakini, jurnalistika fakültəsini bitirmiş və kompüter bilikləri olan Elgün Əhmədov şirkətə rəsmi olaraq fəhlə kimi götürülüb. Lakin onu işə aparan şəxs idarəetmə ilə danışarkən bildirib ki, qeydiyyat fəhlə kimi olacaq, ancaq o, operator işini öyrənəcək və bir aydan sonra operator işləyəcək.
Hadisə günü Elgünü betonqarışdıran qurğunun ("meşalka") içərisini təmizləməyə göndəriblər. O, qurğunun içinə girib təmizləməyə başlayarkən qurğu qəfil hərəkətə gəlib və nəticədə fəhlə faciəvi şəkildə həyatını itirib. Hadisə yerində olan təcrübəçilər və operatorlar məsuliyyəti bir-birinin üzərinə atırlar – təcrübəçilər onu operatorun göndərdiyini, operatorlar isə təcrübəçiləri günahlandırırlar. Elgünü ora kimin göndərdiyi isə hələ də tam araşdırılmır.
İstintaq materiallarında və texniki təhlükəsizlik məsələlərində cavabsız qalan ziddiyyətlər çoxdur. Hadisə yerinə baxış protokolunda müstəntiq özü qeyd edib ki, qurğunun sağ küncündə yerləşən "stop" düyməsinə (knopkasına) gedən şunur çıxıqlı vəziyyətdə olub. Lakin bu şunur barədə ekspert qarşısında heç bir sual qoyulmayıb və təkrar ekspertiza tələbi rədd edilib.
Siqnal niyə işləməyib?
Həyəcan siqnalı hadisədən əvvəl və sonra işlədiyi halda, məhz faciə baş verən anda niyə işləmədiyi bu günə qədər cavabsız qalıb.
Texniki ekspert mərhumun düyməni basmadığını iddia etsə də, hadisə yerində olan şahid onun gözü qarşısında təhlükəsizlik düyməsini basaraq içəri girdiyini bildirib. Ekspertin hansı əsasla bunu dediyi isə sübut olunmur.
Eyni zamanda, iş yerində SƏTƏM qaydalarının pozulduğu, ərazinin böyük olması səbəbindən tək işləyən SƏTƏM işçisinin ayda yalnız bir dəfə təlim keçə bildiyi halda, sonradan işçilərin adından hər gün təlim keçildiyinə dair ifadələrin yazıldığı da iddia olunur.
Həmçinin oxuyun
Latın qrafikasında yazıb-oxumağı bilməyən şəxslərdən (məsələn, Elgünü işə aparan sürücü Süleyman İmranovdan) başqaları tərəfindən yazılmış ifadələrə imza atdırıldığı bildirilir. Süleyman İmranov prokurorluğa teleqram göndərərək dediklərinin yazılmadığını bildirib və təkrar dindirilməsini xahiş etsə də, buna məhəl qoyulmayıb.
Qardaş Elmir Əhmədov Laçın prokurorluğundan və istintaqı aparan müstəntiq İlqar Niftəliyevdən narazıdır: vəsatətlərin heç biri qəbul edilmir, istintaq birtərəfli aparılır.
Ailə məsələ ilə bağlıaidiyyatı qurumlara müraciət edib, işin yenidən və obyektiv istintaq olunmasını xahiş edir.
Şirkətin rəsmi nümayəndəsi Rəşad adlı şəxs isə açıqlamasında hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığını və əlavə heç nə deyə bilməyəcəyini bildirib.
İşə baxan müstəntiq İlqar Niftəliyev açıqlama verməkdən imtina edib. Baş Prokurorluğun mətbuat xidmətinə isə müvafiq sorğu ünvanlanıb.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Mövzu ilə bağlı video materialı və hadisə anının video görüntüsünü təqdim edirik:
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirilib
Mehdiabad qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar 147 və 179 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.Bildirilib ki, Mehdiabad qəsəbəsinin 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.Təmir işləri başa çatanadək 147 nömrəli marşrutun avtobusları metronun “Azadlıq” stansiyası istiqamətində Mehdiabad qəsəbəsinin mərkəzinə daxil olmadan Digah qəsəbəsinin Zəlimxan Yaqub və Mehdiabad qəsəbəsinin 28 May küçələri ilə hərəkət edəcək.179 nömrəli marşrutun hərəkəti isə Mehdiabad qəsəbəsinin Fazil İsmayılov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələri ilə təşkil edilib....
26 Oktyabr 2026, 16:30
Təcili tibbi yardım briqadaları planşetlərlə təchiz edilir
Azərbaycanda təcili tibbi yardım xidmətinin daha operativ təşkili məqsədilə avtomobillərin naviqasiya sistemləri ilə təmin edilməsi və briqadaların planşetlərlə təchiz olunması istiqamətində işlərə başlanılıb. Yeni sistem çağırış ünvanlarının avtomatik müəyyənləşdirilməsinə, tibbi briqadaların fəaliyyətinin rəqəmsal idarə olunmasına və xəstələrə daha sürətli yardım göstərilməsinə imkan yaradacaq. Mövzu ilə bağlı TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım xidmətində rəqəmsallaşdırmanın tətbiqi istiqamətində işlər mərhələli şəkildə davam etdirilir.TƏBİB-in məlumatına görə, planşetlərin 30 sentyabr 2026-cı il tarixindən etibarən stansiyalara verilməyə başlanılıb. Hazırda sistem test rejimində tətbiq olunur və bu çərçivədə 1300-dən çox real çağırış icra edilib.İndiyədək ümumilikdə 56 planşet təcili tibbi yardım stansiyalarına təqdim olunub....
26 Oktyabr 2026, 16:18
Diplomu olmayan alim
YAKOV BORİSOVİÇ ZELDOVİÇ.Sovet və rus nəzəri fiziki və fiziki kimyaçısı, Minsk şəhərində anadan olan, SSRİ-də ciddi şəkildə gizlədilən akademik, SSRİ-də atom bombasını (1949) və hidrogen bombasını (1953) yaradanlardan biri, üç dəfə Sosialist Əməyi Qəhrəmanı (1949, 1954, 1956), dörd dəfə Stalin mükafatı laureatı (1943, 1949, 1951, 1953), Lenin mükafatı laureatı (1956) YAKOV ZELDOVİÇ. Fakt odur ki, Zeldoviçin heç vaxt ali təhsil diplomu olmamışdır. Lakin 1958-ci ildə SSRİ Elmlər Akademiyasının akademiki seçilmişdir. Almaniya, ABŞ, London Elmlər Akademiyalarının həqiqi üzvü olmuşdur. 20 yaşında fizika-riyaziyyat elmləri namizədi, 25 yaşında fizika-riyaziyyat elmləri doktoru adına layiq görülmüşdür. Elmi rəhbəri Lev Landau olmuşdur....
26 Oktyabr 2026, 16:15
İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İsmayıl Ould Şeyx Əhməd Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") fəaliyyəti ilə tanış olub.Citypost.az xəbər verir ki, Agentliyin sədri Ülvi Mehdiyev qonağı Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumatlandırıb.Qonağa "ASAN xidmət" modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.İ.O.Şeyx Əhməd dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan, çevik və innovativ formada təqdim olunmasında "ASAN xidmət" modelinin əhəmiyyətini vurğulayaraq, bu qabaqcıl təcrübənin İƏT-ə üzv ölkələrdə də tətbiqinin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş...
26 Oktyabr 2026, 16:08
Ağacın kəsilməsində nöqsana yol verən əməkdaş işdən çıxarılıb
Bakının Nəsimi rayonunda, 28 May küçəsində, “The Ritz-Carlton Baku” otelinə qədər olan ərazidə yeni parkın salınması nəzərdə tutulur. Təxminən 10 hektar ərazini əhatə edəcək park layihəsi çərçivəsində artıq hazırlıq işlərinə başlanılıb.Bu barədə Citypost.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.Bildirilib ki, əraziyə ilkin baxış zamanı aşma təhlükəsi olan ağaclar müəyyən edilib.“Söhbət əsasən ötən əsrin 80-ci illərində Bakıda kütləvi şəkildə əkilmiş qovaq ağaclarından gedir. Bu ağacların kök sisteminin zəif olması onların aşma riskini artırır və ətraf mühit, eləcə də insanların təhlükəsizliyi baxımından müəyyən risklər yaradır.Mövcud vəziyyət nəzərə alınaraq, ərazidə hazırlıq işləri çərçivəsində qəzalı ağacların götürülməsi, gələcəkdə isə burada geniş yaşıllıq sahəsinə malik...
26 Oktyabr 2026, 15:34
Sabiq deputat Zahid Xəlili sərt tənqid etdi
"Ay camaat!Qaçın, qara toyuq sizi dişləyəcək…Bu və buna bənzər mənasız şeirlərin müəllifi Zahid Xəlil Bakı Kitab Sərgisində 50 yazarın içindən səsvermədə 2- ci yeri tutub. Adam 40 ildən çoxdur ki, uşaq zövqünü, uşaq estetikasını, uşaq düşüncəsini məhv etməklə məşğuldur.Başqalarını demirəm Qulu Ağsəsin bircə şeiri bunun bütün yaradıcılığına dəyər".CityPost.az xəbər verir ki,bu sözləri fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev bildirib.QARA TOYUQSəhərdən cəh-cəh vurursan,Kefin sazdı, qara toyuq.Səsin necə işıqlıdıBəmbəyazdı, qara toyuq.Kolluqda da oxuyursan,Dərdin yoxdur, sərin yoxdur.Qəlbinin içi çöldədi,Deyən sənin sirrin yoxdu.Hökmün tutub yeri-göyü,Hardan aldın bu həvəsi.Sanki xəzinə tapmısanBir toya bəs edər səsin.Yox, yanıldım, qara toyuq.Xəzinə batırır səsi.Dövləti çox olanların,Yoxa çıxır zümzüməsi.Neylirsən dünya...
26 Oktyabr 2026, 15:32