Ehtiram Hüseynovun doğum gününə - Şərif Ağayar yazır
Cəmiyyət 18 Oktyabr 2026, 15:05
2518
Ehtiram Hüseynovla 44 günlük müharibədən sonra Laçında daha yaxın ünsiyyət qurduq.
Onun şəxsində məcburi köçkünlük illərində əriyib-itən və axır-uxuru qalan klassik laçınlılığın Laçına qovuşduğunu gördüm və ikiqat xoşbəxt oldum.
Gənc dostum Alik Əlioğlunun bir şeiri var, deyir:
Elə bir doğma adam gəlməlidir ki,
Onu öpmək yox, qoxlamaq istəyəsən...
Yanında olduğuna əmin olmaq üçün,
Əlini üzünə qoyub, yoxlamaq istəyəsən...
Ehtiram birdən-birə mənim üçün şairin dediyi həmin bu adama çevrildi.
İnsan nə qədər doğma ola bilər?
İnsan nə qədər zəngin ola bilər?
Eyni zamanda, abırlı, mərd, sanballı...
İnsan adi duruşu ilə yüngüllüyə, səviyyəsizliyə, xaraktersizliyə necə meydan oxuya bilər?
Ehtiramı Tanrı həm də bir cəza kimi çıxartdı qarşıma. Çünki mən laçınlıların izafi Məhəbbət Kazımov və "Laçınım mənim" sevgisinə həmişə əsəbiləşmişəm.
Məhəbbət yaxşı müğənni idi, "Laçınım mənim"i də ürəklə oxumuşdu, bununla işim yoxdur, lakin mənim bildiyim Laçın bir müğənni və bir mahnı ilə simvolizə oluna billmirdi.
Bu material o qəlibə sığmırdı!
Tanrı Ehtiramla ibrət göstərdi mənə.
Sarı Aşıqdan tutmuş Ağa Laçınlıya, Aşıq Cabbara qədər, Xosrov bəydən tutmuş Rövşən Cavadova, Arif Paşayevə qədər, Kürdoğlu Məhəmməddən tutmuş minkəndli Əmir müəllimə, qarakeşdi Məhəmmədli kişiyə qədər, Elmlər Akademiyasında heç kimdən dil yeməyən Şirindil Alışanovdan tutmuş "Haramı" düzündə qoluna bəlgə dolayıb bir tayfanı döşünə qatan Qoç Üzeyirə qədər rəngarəng Laçın - laçınlılıq cavan, qarayanız bir oğlanın şəxsində zühur eləmişdi...
Və ən maraqlısı, bu cavan oğlan da bütün günü qarnını qaşıya-qaşıya nəfsini yemləyən və balaca bir addan, balaca bir medaldan ötrü şəxsiyyəti əldən gedən yaltaq "manıs dəstəsi"nin içindən çıxmışdı...
Tanrı mənə dərs verdi...
Dərya damlaya sığar dedi.
Həmçinin oxuyun
Mənə bataqlıqda gül göstərdi.
Ehtiram dərdləri bir yana sevincləri ilə də məni kövrəldən, bəzən isə hirsləndirən, cana doyuran Laçını mənə təzədən sevdirdi.
Onun şəxsində nəinki laçınlılığına, hətta azərbaycanlılığına inanmadığım bir insan tanıdım.
Axı adam necə Viktor Hüqonu, Folkneri, Tolstoyu yaxından tanımaya-tanımaya onların arzuladığı insana çevrilə bilər?
Bir insan nə yeməli, nə içməlidir ki, bizim bu sarsaq mühitdə Ehtiram Hüseynov kimi yetişə bilsin?
Həm də çox asan!
"Alee-hop" deyər kimi...
Onun ifalarındakı ovsunun sirri budur.
Bənzərsiz səsi, gözəl boğazları bənzərsiz və gözəl xarakterinin ifadəsidir.
Mən Ehtiram Hüseynovla, demək olar ki, danışmıram.
Onu ən gözəl sözlərlə də narahat etmək istəmirəm.
Çünki nə düşündüyünü, nə hiss etdiyini çox yaxşı bilirəm.
O da mənimlə az danışır.
O da məni duyur.
O da mənim onu duyduğumu duyur.
Bir dəfə bir yerdə doğulduğu həyətə getmişdik (aşağıda paylaşdığım şəkil orda çəkilib). Gülə-gülə mənə bir ağac göstərdi. Dedi, nadinclik eləmişdim, anam məni qovaladı, çıxdım bu ağacın lap təpəsinə, qadın qorxdu, hirsi soyudu, aşağı düşməyim üçün yalvarmağa başladı...
Bəs deyilmi bu bir-iki söz?
Vətən bundan başqa nə olasıdır?
Çətini bu xatirələrin hüzuruna adam balası kimi qayıtmaqdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55