Əlövsət Ağalarovdan Etibar Əliyevə sərt cavab: “Bir az yekəxana olma”
Cəmiyyət 20 Oktyabr 2026, 09:05
2297
“Azərbaycan nəşriyyatı”nın baş redaktoru, Əməkdar jurnalist, tanınmış naşir Əlövsət Ağalarov sabiq deputat Etibar Əliyevin dünyaşöhrətli alim Rafiq Əliyev haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
Citypost.az xəbər verir ki, Əlövsət Ağalarov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Naşir sabiq deputatın mövqeyini tənqid edərək onun vaxtilə Rafiq Əliyevlə münasibətlərini xatırladıb, eyni zamanda, Milli Məclisdəki çıxışlarını və elmi fəaliyyətini də müzakirəyə çıxarıb. Əlövsət Ağalarov paylaşımında Etibar Əliyevin əvvəllər Rafiq Əliyevlə münasibətlərinin fərqli olduğunu iddia edib və sabiq deputatın alim haqqında danışarkən daha diqqətli davranmalı olduğunu vurğulayıb.
O, həmçinin Etibar Əliyevlə bağlı əvvəlki bir hadisəni xatırladaraq yazıb ki, dostları Bahəddin Həzinin kitab təqdimatında tədbirin aparıcısı S. Səxavət sabiq deputata qarşı təhqiramiz ifadələr işlədib. Ağalarovun sözlərinə görə, həmin vaxt Etibar Əliyev buna cavab verməyib, tədbirdə iştirak edən Nazir Əhmədli isə hadisəyə etirazını bildirib.
Həmçinin oxuyun
Əlövsət Ağalarov Rafiq Əliyevin Azərbaycan elmini beynəlxalq səviyyədə təmsil edən alimlərdən biri olduğunu qeyd edərək, onun xidmətlərinin yüksək qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Naşirin paylaşımında deyilir: “Bu uğursuz deputat bir zamanlar Rafiq müəllimin süfrəsində oturub bəy tərifi deyən Etibar Əliyev indi Rafiq müəllimə ağıl öyrədir. Dağıl, a dünya! Milli Məclisdə bir çıxışına baxdım, əttövbə nə dediyini başa düşmədim, dərhal tutdum, qaqam 350-400 sürətlə gəlib iclasa. Gəlsin, öz işidir, amma heç olmasa, həmin gün danışmamalıydı! Xalq deputatına baxıb nümunə götürməlidir. İndi yekə-yekə Nobelçilər haqqında kitab yazmışam, neyləmişəm… adama deyərlər, qaqa, özünün bircə fundamental əsərini ortaya qoy, deyək bərəkallah! Etibar, bilirsən ki, əvvəllər—hələ narsisizm xəstəliyinə tutulmayan vaxtlarda səninlə normal münasibətim olub və çox yerdə səni müdafiə etmişəm. Hətta dostumuz Bahəddin Həzinin kitab təqdimatında tədbirin aparıcısı S. Səxavət səni hamının gözü qarşısında təhqir etdi, mıqq edə bilmədin. Qabaq sırada oturub danışırdın, S. Səxavət qayıtdı ki: “ayə, ayə, ay (yazmaq da ayıbdı, vallah) yeraz, səsini kəs, nolsun ki, bir dəfə hardansa deputat olmusan, inşallah, birdə olmazsan! Səsini kəs!” Cınqırın da çıxmadı, indi dünyaşöhrətli alimimiz haqqında ağzına gələni danışırsan! Yalnız, yanımda oturan Nazir Əhmədli əsəbləşib “Ayə, sözünü de, yekə-yekə danışma! Bu nə sözdür, ayıb olsun sənə”! Mən də əsəbi halda durub zalı tərk etdim, amma çıxanda sənə baxdım, vecinə də deyildi, qımışırdın… Bir az yekəxana olma, danışığına fikir ver. Müasir Azərbaycanı dünya elmi cameəsində beş-altı nəfər şərəflə təmsil edə bilər ki, onlardan biri də Rafiq Əliyevdir! Yusif Məmmədəliyev, Xudu Məmmədov, Hətəm Quliyev, Azad Mirzəcanzadə və digərləri. Sənin hansı əsərin Biləcəridən o yana keçib, ay etibarsız Etibar və uğursuz deputat?!”
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55