Bizə yazın

Baku

-°C

USD

-

"Azərbaycan poeziyası Ramiz Rövşəndən başlayaraq bir metaforizm xəstəliyinə tutuldu"

Cəmiyyət 26 Oktyabr 2026, 11:39

1108

Azərbaycan poeziyası Ramiz Rövşəndən başlayaraq bir metaforizm xəstəliyinə tutuldu.

Sonra ona Salam Sarvan frazeologizm pandemiyasını da əlavə etdi.

Dünya poeziyası, fəlsəfəsi, nəsri ələk-fələk olundu, eşələndi, içindən ən yaxşı, ən gözəl, ən effektiv metaforalar, bədii ifadələr seçilib başqa-başqa kontekstlərdə yaradıcı enerjinin hərarəti ilə poeziyamızın içində duyğu və düşüncələrə qaynaq edildi.

Məsələn, tutaq ki, hamımızın əzbər bildiyi kəsilmiş ağaca müraciətən  deyilən "sən yıxılan ucalıqlar qalacaq" ifadəsi Cek Londonun Amerikanın Tayqasında ağackəsənlərin həyatından bəhs edən bir nəsr əsərindəki bir cümlənin şeirə çevrilən variantıdır.

Hər bir ağıllı, bəsirətli oxucu anlayar ki, insan taleyinə işarə ilə ağaca deyilən bu ifadə məhz Tayqa meşəliklərində nəhəng, uca ağacların kəsildiyi  ortamlarda yarana bilər. Azərbaycan iqlimində, coğrafiyasında, hər hansı bir "başı kəsik gözəl kötük" özünün ağac şəklində ucalıqlarından çox, barlı-bəhərliliyi, geniş kölgəliliyi yaşadır.

Bu ifadənin orijinalı Cek Londondadırsa, onu doğuran həqiqi yaşantı, həqiqi hiss də ordadır. Bu şeirdə isə yalnız cansız estetik bir gözəllik imitasiyası qala bilər və biz də neçə onilliklərdir ki, daha çox bu imitasiyalarla ədəbi-fəlsəfi düşüncələrimizi bəzəyirik. Əlbəttə, buna mənimsəmə də demək olar, bəhrələnmə də və sairə.

Qeyd edim ki, Ramiz Rövşəni bir istedadlı, gözəl şair kimi çox sevirəm, bu kiçik qeydin də onun dəyərli yaradıcılığına hansısa bir zərər toxunduracağını düşünmürəm. Amma ictimai şüurun inkişafı naminə görünən tənqidi tərəfləri də demək lazımdır. Məhz Ramiz Rövşənin şeiri "metaforalar yığını"na çevirməsi təcrübəsindən sonra ölkədə şeir yaradıcılığı başlandı yaşanmış insan hissləri üzərində yox, effektiv, təəccübləndirən, "parlaq" metaforalar üzərində qurulmağa. Beləliklə, müasir Azərbaycan poeziyası hisslərin ifadəsindən daha çox metaforalar, frazeologizmlər yığınına çevrildi və bu getdikcə bir meyara döndü. Bu yarış getdikcə sürətləndi, xarici ədəbiyyatın sərhədləri bəhrələnmə adı ilə daha çox zorlandı, metafora və frazeologizmlər başgicəlləndirici tapmacaya, rebusa, krassvorda, düşüncə düsturlarına çevrilməyə başladı. Bu gün isə tamamilə  ədəbi dildən, danışıq dilindən, normal məntiqdən uzaqlaşan bir şeir dili, metadil anlayışı formalaşmaqdadır. Əlbəttə, poeziyanın dili metaforik olmalıdır. Amma metafora məqsəddir, yoxsa vasitə? Təqdim olunan metaforalar mətndə şairin özünün hisslərinin ifadəsi, məhsulu kimi  üzə çıxır, yoxsa sadəcə hissiz, duyğusuz söz oyunlarıdır? Bəla burasındadır ki, həmin effektiv metaforalar yaratmaq istəyi indi də ictimai-fəlsəfi şüura transfer edilir. Hər hansı bir çağdaş dünya filosofunun üzdə olan, dəbdə olan müəyyən effektiv fikri götürülür, həmin filosofun özünün ümumi təliminə zidd olacaq dərəcədə ifrata vardırılır, onun əsasında müəyyən marginal qrupların bəyənisinə hesablanan mətn yaradılır və bu mətn də ölkənin ən ağrılı problemlərinə çarə kimi təqdim edilir. Qaynaq metaforik ifadələr, yamaq fikirlər, plagiat düşüncələr mexaniki şəkildə ictimai şüura tətbiq edilir. Bu isə ictimai şüurun inkişafına deyil, onun çaşdırılmasına xidmət edir. Beləliklə, ictimai düşüncəmizi təmizləmək, durultmaq, lazımi hədəflərə istiqamətləndirmək adına qarşısında duran əsas məsələlərdən biri də onun özünün müxtəlif laylarında toplanan metaforikliyin, metafora yığınının nə dərəcədə ictimai varlığımızın özündən, öz yaşam və təcrübələrindən doğduğunu araşdırmaq problemidir.

Arzu Əsəd

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirilib

Mehdiabad qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar 147 və 179 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.Bildirilib ki, Mehdiabad qəsəbəsinin 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.Təmir işləri başa çatanadək 147 nömrəli marşrutun avtobusları metronun “Azadlıq” stansiyası istiqamətində Mehdiabad qəsəbəsinin mərkəzinə daxil olmadan Digah qəsəbəsinin Zəlimxan Yaqub və Mehdiabad qəsəbəsinin 28 May küçələri ilə hərəkət edəcək.179 nömrəli marşrutun hərəkəti isə Mehdiabad qəsəbəsinin Fazil İsmayılov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələri ilə təşkil edilib....

26 Oktyabr 2026, 16:30

Təcili tibbi yardım briqadaları planşetlərlə təchiz edilir

Azərbaycanda təcili tibbi yardım xidmətinin daha operativ təşkili məqsədilə avtomobillərin naviqasiya sistemləri ilə təmin edilməsi və briqadaların planşetlərlə təchiz olunması istiqamətində işlərə başlanılıb. Yeni sistem çağırış ünvanlarının avtomatik müəyyənləşdirilməsinə, tibbi briqadaların fəaliyyətinin rəqəmsal idarə olunmasına və xəstələrə daha sürətli yardım göstərilməsinə imkan yaradacaq. Mövzu ilə bağlı TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım xidmətində rəqəmsallaşdırmanın tətbiqi istiqamətində işlər mərhələli şəkildə davam etdirilir.TƏBİB-in məlumatına görə, planşetlərin 30 sentyabr 2026-cı il tarixindən etibarən stansiyalara verilməyə başlanılıb. Hazırda sistem test rejimində tətbiq olunur və bu çərçivədə 1300-dən çox real çağırış icra edilib.İndiyədək ümumilikdə 56 planşet təcili tibbi yardım stansiyalarına təqdim olunub....

26 Oktyabr 2026, 16:18

Diplomu olmayan alim 

YAKOV BORİSOVİÇ ZELDOVİÇ.Sovet və rus nəzəri fiziki və fiziki kimyaçısı, Minsk şəhərində anadan olan, SSRİ-də ciddi şəkildə gizlədilən akademik, SSRİ-də atom bombasını (1949) və hidrogen bombasını (1953) yaradanlardan biri, üç dəfə Sosialist Əməyi Qəhrəmanı (1949, 1954, 1956), dörd dəfə Stalin mükafatı laureatı (1943, 1949, 1951, 1953), Lenin mükafatı laureatı (1956) YAKOV ZELDOVİÇ.    Fakt odur ki, Zeldoviçin heç vaxt ali təhsil diplomu olmamışdır. Lakin 1958-ci ildə SSRİ Elmlər Akademiyasının akademiki seçilmişdir. Almaniya, ABŞ, London Elmlər Akademiyalarının həqiqi üzvü olmuşdur. 20 yaşında fizika-riyaziyyat elmləri namizədi, 25 yaşında fizika-riyaziyyat elmləri doktoru adına layiq görülmüşdür. Elmi rəhbəri Lev Landau olmuşdur....

26 Oktyabr 2026, 16:15

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İsmayıl Ould Şeyx Əhməd Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") fəaliyyəti ilə tanış olub.Citypost.az  xəbər verir ki, Agentliyin sədri Ülvi Mehdiyev qonağı Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumatlandırıb.Qonağa "ASAN xidmət" modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.İ.O.Şeyx Əhməd dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan, çevik və innovativ formada təqdim olunmasında "ASAN xidmət" modelinin əhəmiyyətini vurğulayaraq, bu qabaqcıl təcrübənin İƏT-ə üzv ölkələrdə də tətbiqinin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş...

26 Oktyabr 2026, 16:08

Ağacın kəsilməsində nöqsana yol verən əməkdaş işdən çıxarılıb

Bakının Nəsimi rayonunda, 28 May küçəsində, “The Ritz-Carlton Baku” otelinə qədər olan ərazidə yeni parkın salınması nəzərdə tutulur. Təxminən 10 hektar ərazini əhatə edəcək park layihəsi çərçivəsində artıq hazırlıq işlərinə başlanılıb.Bu barədə Citypost.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.Bildirilib ki, əraziyə ilkin baxış zamanı aşma təhlükəsi olan ağaclar müəyyən edilib.“Söhbət əsasən ötən əsrin 80-ci illərində Bakıda kütləvi şəkildə əkilmiş qovaq ağaclarından gedir. Bu ağacların kök sisteminin zəif olması onların aşma riskini artırır və ətraf mühit, eləcə də insanların təhlükəsizliyi baxımından müəyyən risklər yaradır.Mövcud vəziyyət nəzərə alınaraq, ərazidə hazırlıq işləri çərçivəsində qəzalı ağacların götürülməsi, gələcəkdə isə burada geniş yaşıllıq sahəsinə malik...

26 Oktyabr 2026, 15:34

Sabiq deputat Zahid Xəlili sərt tənqid etdi

"Ay camaat!Qaçın, qara toyuq sizi dişləyəcək…Bu və buna bənzər mənasız şeirlərin müəllifi Zahid Xəlil  Bakı Kitab Sərgisində 50 yazarın içindən səsvermədə  2- ci yeri tutub. Adam 40 ildən çoxdur ki,  uşaq zövqünü, uşaq estetikasını, uşaq düşüncəsini məhv etməklə məşğuldur.Başqalarını demirəm Qulu Ağsəsin bircə şeiri bunun bütün yaradıcılığına dəyər".CityPost.az  xəbər verir ki,bu sözləri fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev bildirib.QARA TOYUQSəhərdən cəh-cəh vurursan,Kefin sazdı, qara toyuq.Səsin necə işıqlıdıBəmbəyazdı, qara toyuq.Kolluqda da oxuyursan,Dərdin yoxdur, sərin yoxdur.Qəlbinin içi çöldədi,Deyən sənin sirrin yoxdu.Hökmün tutub yeri-göyü,Hardan aldın bu həvəsi.Sanki xəzinə tapmısanBir toya bəs edər səsin.Yox, yanıldım, qara toyuq.Xəzinə batırır səsi.Dövləti çox olanların,Yoxa çıxır zümzüməsi.Neylirsən dünya...

26 Oktyabr 2026, 15:32