Sabiq deputat Zahid Xəlili sərt tənqid etdi
Cəmiyyət 26 Oktyabr 2026, 15:32
2462
"Ay camaat!Qaçın, qara toyuq sizi dişləyəcək…
Bu və buna bənzər mənasız şeirlərin müəllifi Zahid Xəlil Bakı Kitab Sərgisində 50 yazarın içindən səsvermədə 2- ci yeri tutub. Adam 40 ildən çoxdur ki, uşaq zövqünü, uşaq estetikasını, uşaq düşüncəsini məhv etməklə məşğuldur.Başqalarını demirəm Qulu Ağsəsin bircə şeiri bunun bütün yaradıcılığına dəyər".
CityPost.az xəbər verir ki,bu sözləri fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev bildirib.
QARA TOYUQ
Səhərdən cəh-cəh vurursan,
Kefin sazdı, qara toyuq.
Səsin necə işıqlıdı
Bəmbəyazdı, qara toyuq.
Kolluqda da oxuyursan,
Dərdin yoxdur, sərin yoxdur.
Qəlbinin içi çöldədi,
Deyən sənin sirrin yoxdu.
Hökmün tutub yeri-göyü,
Həmçinin oxuyun
Hardan aldın bu həvəsi.
Sanki xəzinə tapmısan
Bir toya bəs edər səsin.
Yox, yanıldım, qara toyuq.
Xəzinə batırır səsi.
Dövləti çox olanların,
Yoxa çıxır zümzüməsi.
Neylirsən dünya malını?
Xəzinə sənin səsindi,
Oxu, körpə quşçuğazım,
Oxu, bu dövlət bəsindi.
Qeyd edək ki,professor Zahid Xəlil Kəramət Böyükçöl haqqında sərt ifadələr səsləndirmişdi.Onun adının ədəbiyyatda olmadığını açıqlamışdı.
Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Keçmiş vəzifəli şəxs Məmmədov Tariyel Çoban oğlu vəfat edib.Citypost.az "Unikal"a istinadən mərhum uzun illər Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.T.Məmmədov 2006-cı ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
09 Noyabr 2026, 16:59
Bu xanıma yüksək VƏZİFƏ VERİLDİ
Maliyyə Nazirliyinin tabeliyindəki Rəqəmsal Maliyyə Mərkəzində təyinat baş tutub.CİTYpOST.AZ Yurd.Media-ya istinadən xəbər verir ki, Xanım Sadıqova Mərkəzin Təşkilati fəaliyyət və inkişaf departamentinin rəhbəri vəzifəsinə təyin olunub.O, yeni təyinatından əvvəl, 2024-cü ilin yanvarından 2026-cı ilin noyabrınadək “Sinteks Group of Companies”də təlim və inkişaf üzrə menecer olub.O, 2019-cu ilin fevralından 2024-cü ilin yanvarınadək “AzInTelecom”da çalışıb.
09 Noyabr 2026, 16:41
Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb
Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb.APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb.Qeyd edək ki, güclü qar yağması səbəbindən səhər saatlarında Quba-Xınalıq avtomobil yolu bağlanıb. Hazırda yol qar və buzdan təmizlənərək nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.
09 Noyabr 2026, 15:08
Prezidentdən mühüm SƏRƏNCAM
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Draqan Vladisavljeviç “Dostluq” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
09 Noyabr 2026, 14:14
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub.CityPost.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərdə tutulub.
09 Noyabr 2026, 14:01
SON DƏQİQƏ! Qəfil vəfat etdi
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev vəfat edib. Füzuli Rzaquliyev bu gün dünyasını dəyişib.Onun insultdan vəfat etdiyi bildirilir.Onun vəfatı barədə rəhbərlik etdiyi təşkilatın mətbuat xidməti məlumat yayıb.Füzuli Rzaquliyev kim idi?Füzuli Rzaquliyev 1961-ci il yanvarın 5-də Ağdərə rayonunun Xatunbəyli kəndində anadan olub. 1978-ci ildə Ağdərənin Manikli kənd orta məktəbini bitirib.1980–1982-ci illərdə hərbi xidmətdə olub. 1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsini bitirib. 1986–1989-cu illərdə Qarabağda hərbi hazırlıq müəllimi, 1989–1991-ci illərdə isə Bakı Kommersiya Texnikumunda müəllim işləyib.Şuşa, Laçın, Kəlbəcər və Ağdərə döyüşlərinin iştirakçısıBirinci Qarabağ müharibəsi başlayanda Füzuli Rzaquliyev könüllü olaraq döyüşlərə qatılıb. Azərbaycan Ordusunun...
09 Noyabr 2026, 13:51