Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Cəmiyyət 26 Oktyabr 2026, 18:19
445
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.
Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin korrupsiya hüquqpozmalarının aşkar edilməsi, qarşısının alınması və ibtidai araşdırmaların aparılması istiqamətində gördüyü işləri diqqətə çatdırıb.
Bu sahədə həyata keçirilən institusional islahatların mühüm istiqamətlərindən biri kimi “ASAN xidmət” modelinin əhəmiyyətini vurğulayan Baş prokuror qeyd edib ki, bu model dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılmasına və korrupsiya risklərinin azaldılmasına xidmət edən səmərəli idarəetmə mexanizmidir.
Görüş çərçivəsində Azərbaycan ilə İƏT arasında münasibətlərin ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanaraq, ölkəmizin təşkilat çərçivəsində fəal iştirakı və İslam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələr qeyd olunub.
Həmçinin oxuyun
Baş prokuror, həmçinin, oktyabrın 27–28-də Bakıda keçiriləcək İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün əhəmiyyətini vurğulayaraq, tədbirin Azərbaycan ilə təşkilat arasında əməkdaşlığın daha da genişləndirilməsinə və əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib.
Tərəflər korrupsiyaya qarşı mübarizənin cəmiyyətin sabitliyinin təmin olunması, dövlətlərin davamlı inkişafı və iqtisadi dayanıqlılığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və üzv dövlətlərin müvafiq qurumları arasında əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə ediblər.
İƏT-in Baş katibi qonaqpərvərliyə, səmimi qəbula və Bakıda keçiriləcək yüksəksəviyyəli görüşün təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, həmçinin təşkilat çərçivəsində hüquq-mühafizə orqanları arasında əməkdaşlığın yeni platformada inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğun təşəbbüsünü tam dəstəklədiyini vurğulayıb, eləcə də tədbirin uğurlu təşkilinə və səmərəli nəticələrlə yadda qalacağına əminliyini ifadə edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55
Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan restoranın fəaliyyəti dayandırılıb
Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan restoranın fəaliyyəti dayandırılıb.Bu barədə Citypost.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşları Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar ediblər.Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib....
26 Oktyabr 2026, 17:20
Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək.Bu barədə Citypost.az komitədən məlumat verilib.Qeyd edilib ki, qəbul noyabrın 5-i, saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində nəzərdə tutulub.Qəbulda Salyan və Neftçala rayon sakinlərinin müraciətlərinə baxılacaq.
26 Oktyabr 2026, 17:15
QHT-lər üçün qrant müsabiqəsi elan edilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin operatorluğu ilə Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Qarabağ Dirçəliş Fondu, ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyi ilə birlikdə olan qrant müsabiqələrinə dair infosessiya keçiriləcək.Bu barədə Citypost.az Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.Bildirilib ki, İnfosessiyada Prezident Administrasiyasının və donor qurumların məsul şəxsləri iştirak edəcək. İnfosessiyada iştirak etmək, müzakirələrə qatılmaq istəyən QHT nümayəndələrindən 2026-cı il oktyabrın 27-si saat 23:30-a qədər bu blankı doldurmaqla qeydiyyatdan keçmək xahiş olunur: https://forms.gle/83zV2en8GPQ3epZy7Qeyd olunan vaxtdan sonra daxil olan müraciətlər nəzərə alınmayacaq. Agentlik tərəfindən müraciətlər sistemləşdiriləcək və tədbirin keçiriləcəyi yer və saat barədə QHT-lərə əlavə məlumat...
26 Oktyabr 2026, 17:00
Bakıda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirilib
Mehdiabad qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar 147 və 179 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.Bildirilib ki, Mehdiabad qəsəbəsinin 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.Təmir işləri başa çatanadək 147 nömrəli marşrutun avtobusları metronun “Azadlıq” stansiyası istiqamətində Mehdiabad qəsəbəsinin mərkəzinə daxil olmadan Digah qəsəbəsinin Zəlimxan Yaqub və Mehdiabad qəsəbəsinin 28 May küçələri ilə hərəkət edəcək.179 nömrəli marşrutun hərəkəti isə Mehdiabad qəsəbəsinin Fazil İsmayılov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələri ilə təşkil edilib....
26 Oktyabr 2026, 16:30
Təcili tibbi yardım briqadaları planşetlərlə təchiz edilir
Azərbaycanda təcili tibbi yardım xidmətinin daha operativ təşkili məqsədilə avtomobillərin naviqasiya sistemləri ilə təmin edilməsi və briqadaların planşetlərlə təchiz olunması istiqamətində işlərə başlanılıb. Yeni sistem çağırış ünvanlarının avtomatik müəyyənləşdirilməsinə, tibbi briqadaların fəaliyyətinin rəqəmsal idarə olunmasına və xəstələrə daha sürətli yardım göstərilməsinə imkan yaradacaq. Mövzu ilə bağlı TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım xidmətində rəqəmsallaşdırmanın tətbiqi istiqamətində işlər mərhələli şəkildə davam etdirilir.TƏBİB-in məlumatına görə, planşetlərin 30 sentyabr 2026-cı il tarixindən etibarən stansiyalara verilməyə başlanılıb. Hazırda sistem test rejimində tətbiq olunur və bu çərçivədə 1300-dən çox real çağırış icra edilib.İndiyədək ümumilikdə 56 planşet təcili tibbi yardım stansiyalarına təqdim olunub....
26 Oktyabr 2026, 16:18