Daha bir hərbi komissar saxlanıldı
Cəmiyyət 11 Oktyabr 2024, 18:29
38521
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Əliyev külli miqdarda rüşvət almaqda təqsirləndirilir.
Həmçinin oxuyun
İş üzrə Respublika Hərbi Prokurorluğunda istintaq aparılır.
Qeyd edək ki, yaxın müddətdə bir neçə indiki və sabiq hərbi komissar həbs edilib.
Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 20-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayışa görə başsağlığı məktubu ünvanlayıb.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən məlumat verilib.Ə.Əsədov hadisə nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib, Gürcüstanın Baş nazirinə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
20 Noyabr 2026, 15:02
Prezidentin qızları Vyetnamda - Foto
Prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar da Vyetnam Sosialist Respublikasına səfər ediblər.Citypost.az xəbər verir ki, bu barədə Arzu Əliyeva sosial media hesabında paylaşım edib. O, Leyla Əliyeva ilə birgə fotosunu yayımlayaraq Hanoyda olduqlarını bildirib.Qeyd edək ki, dövlət başçısı birinci xanım Mehriban Əliyeva ilə birlikdə hazırda Vyetnam Sosialist Respublikasında səfərdədir.
20 Noyabr 2026, 15:00
Dövlət mühafizəsində olan tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələri üzrə bölgüsü dəyişib
Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.Citypost.az xəbər verir ki, dəyişikliyə əsasən, "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Arxeoloji abidələr" bölməsində Azıx mağara düşərgəsi və Tağlar mağara düşərgəsinin yerləşdiyi ərazi Füzuli rayonu əvəzinə müvafiq olaraq, Xocavənd rayonu, Azıx kəndi və Tağlar mağara düşərgəsi paleolit dövrü Xocavənd rayonu, Böyük Tağlar kəndi olarqaq qeyd edilib.Həmin Qərarla təsdiq edilmiş “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı” üzrə “Bağ-park, monumental və xatirə abidələri” bölməsinə Quba Soyqırımı Muzeyi və simvolik məzarlıq əlavə edilib."Arxeoloji abidələr” bölməsi üzrə...
20 Noyabr 2026, 13:40
Şəhid atası ürəkdağlayan fəryad etdi: Aidiyyəti qurumlar hərəkətə keçdi
Citypost.aza daxil olan xəbərə görə 15 oktyabr 1997-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olmuş, Aprel şəhidi Qafarəli İntiqam oğlu Hacıyevin atasının fəryad dolu, ürəkdağlayan müraciəti sosial şəbəkələrdə yayldıqdan sonra aidiyyəti qurumlar deyəsən gec də olsa hərəkətə keçiblər. Şəhidin atası İntiqam Hacıyevlə əməkdaşımızın telefon söhbəti zamanı bəlli olub ki, O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinə zəng edərək bir daha bildirib ki, onun ailə üzvləri 6 nəfərdən ibarətdir. Yalnız bir oğlan övladları var və bütün ailə onun himayəsində yaşayır. Qafarəli vətən torpaqları uğrunda canını qəhrəmancasına, fədakarlıqla şəhid olduqdan sonra həyat yoldaşım və mən bir neçə...
20 Noyabr 2026, 13:39
Zakir Fərəcov sakinlərin müraciət və təkliflərini dinləyib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 9-cu mikrorayon ərazisində sakinlərlə növbəti səyyar qəbul keçirib.İcra Hakimiyyətindən Citypost.az-a verilən məlumata görə, görüşdə şəhər İH-nin məsul əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.Qəbul zamanı sakinlərin müraciət və təklifləri dinlənilib, əsasən mənzil-kommunal təsərrüfatı, məşğulluq, abadlıq, infrastruktur və sosial məsələlərlə bağlı qaldırılan problemlər müzakirə olunub.Zakir Fərəcov müraciətlərin diqqətlə araşdırılmasının və vətəndaşların problemlərinin qanunvericiliyin tələblərinə uyğun həlli üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən məsələlərin nəzarətdə saxlanılması tapşırılıb.Sakinlər müraciətlərinin birbaşa dinlənilməsinə və qaldırılan məsələlərə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Sumqayıt Şəhər İcra...
20 Noyabr 2026, 13:36
Adəm Məmmədova yenidən cinayət işi açıldı - Axtarışa verildi
Keçmiş vəkil Adəm Məmmədova yenidən cinayət işi açılıb.Citypost.az xəbər verir ki, A.Məmmədov bu dəfə sağlamlığa zərər vurmaqda ittiham olunur.Onun barəsində Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.Adəm Məmmədov istintaqdan qaçıb gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmayıb, prokurorluq tərəfindən axtarışa verilib.Qeyd edək ki, A.Məmmədov ötən il 6 ay həbsdə olub. Cinayəti ilə bağlı Vəkillər Kollegiyasından xaric edilən Məmmədovun sonradan ölkədən getdiyi bildirilir.İndiki cinayət işində isə o, bir nəfərin üstünə hücum çəkib, sağlamlığına ziyan vurmaqda təqsirləndirilir. Hazırda hərtərəfli istintaq aparılır. (Qafqazinfo)...
20 Noyabr 2026, 13:32