Bizə yazın

Baku

-°C

USD

-

5 nəfəri öldürüb cəza almayan qatil -AÇIQ QALAN 2 SUAL

Cəmiyyət 12 Oktyabr 2024, 14:00

26517

Xəbər verildiyi kimi, 5 ailə üzvünün qətlində ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib. Prokuror Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini tələb edib. Yekun qərarla o, cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən 1 saylı ixtisaslaşmış psixiatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.

Bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Əhməd Əhmədovun cəzadan azad edilməsi onun məhkəmə zalından azadlığa buraxılması kimi anlaşılıb. Bu yanaşmadan çıxış edən cəmiyyətin bir çox üzvləri hiddətlərini gizlətməyib, ailə üzvlərini bıçaqdan keçirən birinə göstərilən münasibəti həddindən artıq humanist hesab ediblər.

Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamından müdafiəsi üzrə şöbəsinin prokuroru Orxan Səmədov cəmiyyəti narahat edən qərarla bağlı izahverici açıqlama verib. Deyib ki, məhkəmənin yekun qərarına əsasən psixi pozuntusu olan Əhməd Əhmədova Cinayət Məcəlləsinin 95-ci maddəsində müəyyən edilmiş Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin ən ciddi növü – ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib. Prokuror qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayəti anlaqsız vəziyyətdə cinayət törətmiş Əhməd Əhmədovun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat üzrə məhkəmə baxışı 10 oktyabr 2024-cü il tarixdə yekunlaşıb: “Məhkəmə baxışında Əhməd Əhmədovun əziyyət çəkdiyi şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal diaqnozlu psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə atası Əhməd Əhmədovu, bacısı Elmira Əhmədovanı, sonuncunun azyaşlı qızı 2021-ci il təvəllüdlü Ülviyyə Sərxan qızı Niftəliyevanı, anası Pikə Bədəl qızı Əhmədovanı və 2015-ci il təvəllüdlü qardaşı Məhəmməd Əhmədovu xüsusi amansızlıqla qəsdən öldürməsi müəyyən edilib. Cinayət işi üzrə ibtidai istintaq zamanı 2 dəfə məhkəmə-psixiatrik ekspertizası təyin edilərək keçirilmiş və hər 2 ekspert rəyi ilə Əhməd Əhmədovun ona istinad edilən cinayət əməlini törədərkən ”Şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal” növündə psixi xəstəliyindən əziyyət çəkməsi, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı müəyyən edilib. Eyni zamanda hazırkı psixi vəziyyətinə görə Əhməd Əhmədovun özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması müəyyən edilib.

Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmçinin həmin maddəyə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməli törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Əhməd Əhmədovun məhkəmənin qərarına əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil. Məhkəmənin qərarına əsasən Əhməd Əhmədov intensiv müşahidə altında məcburi müalicə olunması üçün müvafiq ixtisaslaşdırılmış psixiatriya stasionarına yerləşdiriləcək.

Eyni zamanda qeyd etmək istəyirəm ki, qanunvericilikdə müəyyən edilmiş hallarda ixtisaslaşdırılmış psixiatriya stasionarlarına məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır”.

Əhməd Əhmədov sağalarsa, o, profilaktik dərmanlarla xəstəxanadan sərbəst buraxıla, cəmiyyət içinə çıxa bilərmi? Ümumiyyətlə, belə xəstələr sağalırmı?

İkincisi, məhkəmə mirasla bağlı (boş və yiyəsiz qalmış mənzillər, avtomobillər və s.) hansı qərarı verəcək, miras dövlətin nəfinə keçirilə bilərmi?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Əhməd Əhmədovla bağlı qəbul edilən qərar onun azad edilməsi demək deyil: “Əhməd Əhmədov məcburi müalicəyə göndərildiyi xəstəxanada cinayət törətmiş, lakin xəstəliyi ekspertiza rəyi ilə təsdiqlənən şəxslər üçün ayrıca, xüsusi rejimli bina yerləşir. Əhməd Əhmədov xəstəliyinin gedişatından asılı olaraq ömürlük orada qala bilər”.

Natiq Ələsgərov Əhməd Əhmədovun xəstəliyinin gedişatından asılı olaraq azadlığa buraxıla biləcəyini də istisna etməyib: “Mümkündür ki, pasiyent müalicəyə müsbət reaksiya versin və 3-5 ilə xəstəliyi daha mülayim fazaya keçsin. Bu halda ekspertizanın rəyi ilə şəxsin həkim nəzarəti altında azadlığa buraxılması da mümkündür”.

Natiq Ələsgərov bildirib ki, Əhmədovların mal-mülklərini qəbul edən şəxslər Əhməd Əhmədov azadlığa buraxılacağı təqdirdə ona sahib çıxa bilərlər: “Ümumi qayda belədir ki, mirası qəbul edən şəxs xəstə ailə üzvlərinə də qəyyumluq edir. Amma mirası qəbul edən xəstə ailə üzvündən imtina da edə bilər”.//Musavat.com

Problemlərinizi bizə bildirin

077 323 55 66

Jalə Cəfərova media başlıqlarını tənqid etdi: “Bu, qeyri-peşəkarlıqdır”

Jurnalist, yazıçı-publisist Jalə Cəfərova mediada xəbər başlıqlarının seçilməsi və jurnalistikanın peşə etikası ilə bağlı tənqidi fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki şəxsi hesabında paylaşım edib.Jalə Cəfərova bəzi media orqanlarının həssas mövzularla bağlı xəbərləri təqdim etmə formasını tənqid edib. O bildirib ki, xüsusilə tanınmış şəxslərin səhhəti ilə bağlı məlumatlar hazırlanarkən başlıqların seçilməsinə diqqətlə yanaşılmalıdır.Jurnalistin fikrincə, “Xalq artistinin ayaqlarını kəsdilər” kimi ifadələr həm qeyri-peşəkar yanaşmanın göstəricisidir, həm də oxucuya məlumatın daha etik və düzgün formada çatdırılması prinsipinə uyğun deyil.O, hesab edir ki, belə hallarda “Xalq artistinin durumu qənaətbəxş deyil, həkimlər amputasiya əməliyyatını məsləhət gördülər” kimi daha ölçülü və...

23 Noyabr 2026, 00:57

Araz Bakinski: Yük maşınlarına nəzarət gücləndirilməlidir

Tanınmış avtobloger və nəqliyyat eksperti Araz Bakinski sürücülərin, xüsusilə yük maşınlarının hərəkətinə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.Citypost.az xəbər verir ki, ekspert sosial şəbəkə hesabında paylaşım edərək məsələ ilə bağlı fikirlərini bölüşüb.O bildirib:“Çox şükür ki, qəsəbələrdə avtobusu bərk sürənlərin sayı azala-azala bitmək üzrədir...Bir dənə yük maşınlarına da nəzarət güclənsəydi çox gözəl olardı.Yoxsa axşam saat 22:00-dan sonra Ziya Bünyadov prospektində Şamaxinka-Dakar rallisi keçirilir”.Turan 

23 Noyabr 2026, 00:47

Şahlar Əsgərov: “Alimi məmur yox, alim tanıya bilər”

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov ali təhsil müəssisələrində elmi dərəcələrin verilməsi və Elmi Şuraların fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, professor bu barədə sosial şəbəkədəki şəxsi “Facebook” hesabında paylaşım edib.Şahlar Əsgərov qeyd edib ki, alimin elmi fəaliyyətinin qiymətləndirilməsi və alimlik statusunun tanınması məmurların deyil, elmi ictimaiyyətin səlahiyyətində olmalıdır.Professor bildirib ki, alimlik diplomlarının məmurlar tərəfindən verilməsi elmin inkişafına mənfi təsir göstərə bilər:“Alimi məmur yox, alim tanıya bilər. Nə qədər ki, alim diplomunu məmur verir, elm ağacı bar verməz. Alimlik diplomunu bir neçə tanınmış alimin məsuliyyəti altında universitetlər verməlidir. Elmi Şuralar kollektiv məsuliyyətini itiribdir”.Professorun fikirləri elmi dərəcələrin verilməsi prosesində...

23 Noyabr 2026, 00:20

Şəhid qardaşı şəhid bacısı ilə evləndi

Biləsuvar rayonunda şəhid ailələrini bir araya gətirən əlamətdar hadisə yaşanıb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, şəhid Ziyarət Hüseynovun qardaşı Vüqarla şəhid Zöhrab Kərimovun bacısı Günel ailə həyatı qurublar.Rayondakı şadlıq saraylarından birində təşkil olunan toy mərasimində şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və Azərbaycanın müxtəlif bölgələrindən gələn qonaqlar iştirak ediblər.Qeyd edək ki, şəhid Ziyarət Hüseynov və şəhid Zöhrab Kərimov 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olublar....

22 Noyabr 2026, 23:25

Sabah bu rayonda qaz olmayacaq

Sabah paytaxtın Xəzər rayonunda qaz olmayacaq.Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.Qeyd olunub ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Türkan bağlar yaşayış massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

22 Noyabr 2026, 22:09

Hazırda BDU-da dərs deyir - bu gün 97 yaşı tamam oldu

58 ildir (1968-ci ildən bəri) BDU-nun Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müdiri olan Məsumə Məlikovanın bu gün 97 yaşı tamam olur.CityPost.az  Unikal.az-a istinadən xəbər verir ki, hüquq elmləri doktoru, professor Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində dünyaya göz açıb. 1952-ci ildə BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini başa vuran M.Məlikova elə o vaxtdan BDU-nun Hüquq fakültəsinin Dövlət hüququ kafedrasında müəllim vəzifəsində saxlanılıb.M.Məlikova 1974-cü ildə professor elmi adını alıb, 1989-cu ildə isə AMEA-nın müxbir üzvü seçilib.Alim “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adı, “Şərəf nişanı” və “Şöhrət” ordenləri, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Heydər Əliyevin 100 illiyi...

22 Noyabr 2026, 19:37