Gəncənin və digər iki rayonun prokuroru dəyişdi
Cəmiyyət 23 Oktyabr 2024, 11:18
42083
Prokurorluq orqanlarında yeni təyinatlar olub.
CityPost.az-ın məlumata görə, baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Gəncə şəhər prokuroru Azad Qarayev vəzifədən azad edilib. O, Lənkəran rayon prokuroru vəzifəsinə göndərilib.
Həmçinin oxuyun
Digər əmrlə Rauf Gözəlov Qazaxın prokuroru vəzifəsindən azad edilib. O, Gəncə şəhərinin prokuroru vəzifəsinə təyin edilib.
Bakı şəhər Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi Rövşən Əliyev isə Qazax rayonunun prokuroru vəzifəsinə təyinat alıb.(qafqazinfo)
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb.Citypost.az xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.
13 Noyabr 2026, 19:16
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi üzrə ibtidai istintaq başa çatıb
Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin işi üzrə ibtidai istintaq başa çatıb.Citypost.az xəbər verir ki,Bu barədə "NEWS.am" Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb.Bildirilib ki, iş ittiham aktı ilə təsdiq olunması üçün nəzarətçi prokurora göndərilib.Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Azərbaycan hərbçisi Nəsimi Musayev 2026-cı il oktyabrın 1-də saat 14:00 radələrində Ermənistanın Sünik vilayətinin Şaki kəndindəki yaşayış evinə daxil olub və aşkar edildikdən sonra odlu silahdan atəş açıb. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Ani Avetisyan yaralanıb.Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan noyabrın 3-də açıqlamasında Nəsimi Musayevin öldürmək niyyətinin olmadığını, ifadəsində duman səbəbindən yolu azdığını bildirdiyini qeyd edib. (Apa)...
13 Noyabr 2026, 18:33
“Azərişıq” nümayəndələri fermer və sahibkarlarla görüş keçirdi
“Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, onların elektrik şəbəkəsinə qoşulması, həmçinin elektrik enerjisindən istifadə qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə regionlarda mütəmadi görüşlər təşkil edir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə maarifləndirici tədbirlərdən biri Lənkəranda reallaşıb.Citypost.az xəbər verir ki, Lənkəran Mədəniyyət Mərkəzində təşkil olunmuş görüşə 40-dək sahibkar və yerli sakin qatılıb.Tədbirdə “Azərişıq” ASC-nin “ASAN xidmət”lə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Elgün Məmmədov iştirak edib.Görüş zamanı fermer, sahibkar və vətəndaşlar Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma,...
13 Noyabr 2026, 18:25
Milli Məclis gələn həftə BUNLARI müzakirə edəcək
Milli Məclisin növbəti iclasının tarixləri və gündəliyi açıqlanıb.Citypost.az xəbər verir ki, noyabrın 16, 17 və 18-də keçiriləcək plenar iclasın gündəliyinə büdcə zərfinin müzakirəsi daxil edilib.İclasların gündəliyinə aşağıdakı məsələlər daxildir:1. “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).2. “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).3. “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).4. “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).5. “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).6. Azərbaycan Respublikasının...
13 Noyabr 2026, 18:15
Aynur Elgünəş əməliyyat olunub
“Meydan” TV işi üzrə həbsdə olan jurnalist Aynur Elgünəş əməliyyat olunub.Vəkil Elçin Sadıqov APA-ya bildirib ki, cərrahiyyə əməliyyatı dünən Mərkəzi Gömrük Hospitalında icra olunub.Qeyd edək ki, Aynur Elgünəş bir qədər əvvəl səhhətində yaranmış problemlə bağlı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə yerləşdirilmişdi.Xatırladaq ki, 2024-cü ilin dekabr ayında "Meydan" TV işi üzrə Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb.Onların barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.2025-ci ilin fevral ayında iş üzrə...
13 Noyabr 2026, 17:43
Xalq artistinin kürəkəni barədə qərar verildi
Külli miqdarda dələduzluqda ittihamı edilən, mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində qərar qəbul olunub.Modern.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfimdən verilən təqdimata baxılıb.Məhkəmənin qərarına əsasən, hər iki şəxs barəsində həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.Qeyd edək ki, təqsirləndirilən şəxslər külli miqdarda dələduzluq etməkdə ittiham edilir. Onlar ötən ay məhkımənin qərarı ilə həbs edilib.Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb....
13 Noyabr 2026, 17:42