Bizə yazın

Baku

-°C

USD

-

Şagirdlərin elektron yerdəyişməsinə başlanılıb

Cəmiyyət 01 Noyabr 2024, 11:45

32138

2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilib.

CityPost.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

"Hazırda yerdəyişmə 2-11-ci siniflər üçün aktivləşdirilib, məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 25 noyabr saat 11:00-dan etibarən aktiv ediləcək", - deyə məlumatda qeyd edilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov və Xidmətin şəxsi heyəti 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda yerləşən Zəfər Tağı abidəsini ziyarət ediblər.Citypost.az  xəbər verir ki, ziyarət zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, abidənin önünə gül dəstələri düzülüb.Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd olunur....

08 Noyabr 2026, 13:17

Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-15° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2°...

08 Noyabr 2026, 12:37

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciət edib - VİDEO 

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edir.CityPost.az  xəbər verir ki, müraciəti dövlət başçısı Xankəndi şəhərindən edir."Mən əziz xalqımı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm.Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ruhu şad olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, hərbçilərimizin qəhrəmanlığı nəticəsində biz erməni işğalına son qoya bildik. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində qəhrəmanlıq, rəşadət, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Düşmənin beli döyüş meydanında qırıldı. 44 günlük Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında düşməndən azad edildi. O yaşayış məntəqələrində Azərbaycan Bayrağı qaldırıldı və bunun...

08 Noyabr 2026, 11:59

Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bakıda Zəfər Tağını ziyarət ediblər.Citypost.az  xəbər verir ki, Zəfər Tağının önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla anılıb.

08 Noyabr 2026, 11:43

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.Citypost.az  xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.“Qarabağın azad edilməsinin altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik. Vətən torpağı uğrunda canlarını fəda edən bütün qəhrəmanları hörmət və rəhmətlə anırıq”, – paylaşımda bildirilib.

08 Noyabr 2026, 11:39

Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev “Zəfər Parkı”nı ziyarət ediblər

Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər Parkını ziyarət ediblər.Citypost.az xəbər verir ki, onları ziyarət zamanı digər hökumət nümayəndələri də müşayiət ediblər.

08 Noyabr 2026, 11:38