Bizə yazın

Baku

-°C

USD

-

Bu ay Azərbaycanda ardıcıl 6 qeyri-iş günü olacaq

Cəmiyyət 01 Noyabr 2024, 12:42

35498

Bu ay Azərbaycanda ardıcıl 6 qeyri-iş günü olacaq.

CityPost.az xatırladır ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 8 noyabr Zəfər günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq gələn həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir vilayətində metallurgiya zavodunda 17 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.Citypost.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:"Əziz Qardaşım.İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.Allah rəhmət eləsin!"...

10 Noyabr 2026, 11:52

Mövsüm Əliyev haqqında MARAQLI FAKTLAR

Professor Qulu Məhərrəmlinin yazısı.Bu günlər daha qürurla dalğalanan üçrəngli bayrağımız  təkcə Cümhuriyyətin rəmzi və nişanəsi deyil, həm də onun ruhudur.  Dövlət Byrağı günündə hələ sovet dövründə həmin ruhu yaşadan və təbliğ edən bir şəxsiyyət- Azərbaycan Cümhuriyyətinin ilk tədqiqatçısı Mövsüm Əliyev haqqında danışmağı vacib sayıram.   Müstəqillik dövründə Cümhuriyyət haqqında yazanların çoxu onun "Odlar yurdu" qəzetində çap olunmuş silsilə məqalələrinə istinad edirdi, çünki publisistika olsa da ilkin mənbə sayılırdı.   Onun haqqında çox yazıb, çox danışıblar. Amma Rais Rəsulzadənin dediyi heç yadımdan çıxmır: "Hələ sovet dövrü idi. Bir gün emalatxanama ortayaşlı bir adam gəldi, salam-kəlamdan sonra soruşdu ki, siz babanızın kim olduğunu bilirsizmi? Heç...

10 Noyabr 2026, 11:41

Dağlıq ərazilərdə qar örtüyünün hündürlüyü 33 sm-ə çatıb

Azərbaycanda noyabrın 10-u saat 11:00-a olan məlumatına görə, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Şahdağda 28, Lazada (Qusar) 24, Xınalıqda 23, Kəlvəzdə (Lerik) 10, Şahbuzda 8, Gədəbəydə 6, Xaltan, Altıağacda 3 sm-dir.Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı Pirallahıda 31, Maştağada 16, Binədə 12, Bakıda 11, Sumqayıtda 3 mm-dir.Respublikanın rayonlarında düşən yağıntının miqdarı Göyçayda 26, Oğuzda 21, Qubada 15, Qəbələdə 12, Astarada 8, Yardımlıda 6, Şamaxı, Neftçala, Lənkəran, İsmayıllı, İmişli, Biləsuvar, Balakən,...

10 Noyabr 2026, 11:37

Bakıda məşhur xəstəxana bağlanır

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır.Citypost.az Baku.ws-ə istinadən xəbər verir ki, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməsi nəzərdə tutulur.Müəssisədə olan xəstələr artıq başqa ünvana köçürülüblər. Qısa müddətdən sonra binada təmir işlərinə start veriləcək.Qeyd edək ki, Saray qəsəbəsində modul tipli vərəm dispanseri fəaliyyət göstərir. Mərdəkan qəsəbəsində isə 9 saylı Ağciyər və Vərəm Dispanseri yerləşir....

10 Noyabr 2026, 11:26

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanmasının ildönümüdür.Citypost.az xatırladır ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən...

10 Noyabr 2026, 10:46

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb.Citypost.az “Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir.Muxtar deyib ki, həmin gün pəncərədən  küləyin bayrağı uçurduğunu görüb, ürəyi sızıldayıb.Görüntülərini də heç tanımadığı biri çəkərək paylaşıb.

10 Noyabr 2026, 10:44