Bizə yazın

Baku

-°C

USD

-

​“Dediklərinizin arxasında fakt yoxdur”- Parlamentdə gərginlik

Cəmiyyət 01 Noyabr 2024, 15:40

37336

“Hər il tibb universitetini nə qədər həkim bitirir. Niyə onlara təyinat vermirlər ki, gedib 2-3 il rayonda işləsinlər?”

CityPost.az  xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

“Bu gün Xankəndidə işləmək üçün qırğın gedir. Niyə? Çünki evlə təmin olunurlar, yaxşı maaş verilir. Bu, digər rayonlara da tətbiq edilsin. Tibb Universitetini bitirənlər təzədən DİM-də imtahan verməsinlər. Bu, universitetin diplomuna inanmamaqdan irəli gəlir. Tibb Universitetinin məzunlarına təyinat verilsin, lap məcburi qaydada rayonda işləsinlər”. 

Sahibə Qafarova isə Aqil Abbasın fikirlərinə etirazını bildirib: “Aqil müəllim, dediklərinizin arxasında fakt yoxdur. Xahiş edirəm, rəsmi statistika təqdim edin. Səyyad müəllim də, siz də deyirsiniz ki, həkim yoxdur. Bunu rəsmi statistika ilə əsaslandırın”.

Qeyd edək ki, deputat Səyyad Salahlı Azərbaycanda həkim çatışmazlığı olduğunu, onların maaşa görə işləməyə xaricə üz tutduğunu bildirib. 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kənan Rövşənoğlu: “Din xadimi kimdir? Bu anlayışın hüquqi təsnifatı yoxdur”

Jurnalist Kənan Rövşənoğlu din xadimlərinin dövlət vəzifəsi tutması və seçkili orqanlara seçilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətləri şərh edib.Citypost.az xəbər verir ki, o,  sosial şəbəkə hesabında etdiyi paylaşımda son günlər bu məsələ ilə bağlı yayılan məlumatların sensasiyalı şəkildə təqdim olunduğunu bildirib. Jurnalistin sözlərinə görə, din xadimlərinin dövlət vəzifəsi tutmasına dair məhdudiyyət dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da mövcuddur və Azərbaycanda da bu prinsip əvvəldən tətbiq olunub.Kənan Rövşənoğlu mövzunun yeni olmadığını diqqətə çatdıraraq 2005-ci il parlament seçkiləri zamanı baş vermiş hadisəni xatırladıb. Həmin vaxt Şeyxülislamın müavini Hacı Mirəziz Seyidzadə deputatlığa namizəd olmaq istəyib, lakin dairə seçki komissiyası onun namizədliyini...

19 Noyabr 2026, 08:05

Bu ərazilərdə qaz olmayacaq 

Bu gün Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə olacaq.Citypost.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ rayonu Yeni qəsəbə, Şəhriyar, F.Rəhimov, A.Səhhət, Z.Əliyeva, Nəsimi, Natəvan, A.Bakıxanov, S.Vurğun, V.Qəhrəmanov, Musabəyova, Nizami, Haqverdiyev, P.Həşimov, İ.B.Qutqaşınlı, H.Əliyev pr, Q.Həmidov, İ.Qayıbov, Şirvani, M.F.Axundov və M.Ə.Sabir küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq....

19 Noyabr 2026, 08:00

Hövsanda su təchizatı ilə bağlı qəza - Bərpa vaxtı açıqlandı

Hövsan qəsəbəsinin bəzi ərazilərində içməli suyun verilməsində müvəqqəti fasilə yaranıb.Citypost.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidməti məlumat yayıb.Bildirilib ki, fasiləyə səbəb su şəbəkəsinin xəttində baş vermiş qəza olub. Hazırda qəzanın aradan qaldırılması və su təchizatının bərpası istiqamətində intensiv işlər aparılır.Qeyd olunub ki, suyun əvvəlki qrafiklə verilməsi noyabrın 19-da gün ərzində təmin ediləcək.

19 Noyabr 2026, 07:30

Cəbrayılın Soltanlı və Zəngilanın Cahangirbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb.Citypost.az xəbər verir ki, bu mərhələdə Soltanlı kəndinə 16 ailə (80 nəfər), Cahangirbəyli kəndinə isə 19 ailə (75 nəfər) köçürülüb.Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər....

19 Noyabr 2026, 07:25

Gənc aktyor Zaur Əliyev Milli Qəhrəman Ehtiram Əliyevlə bağlı təsirli paylaşım edib

Gənc aktyor Zaur Əliyev Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevlə bağlı sosial şəbəkə hesabında duyğusal paylaşım edib.Citypost.az xəbər verir ki, Aktyor paylaşımında Ehtiram Əliyevin onun üçün yalnız Milli Qəhrəman deyil, həm də uşaqlıq illərinin sevimli əmisi və qəhrəmanı olduğunu bildirib.Zaur Əliyev qeyd edib ki, 1990-cı illərin uşaqlarının sevimli qəhrəmanlarından biri Ələkbər əmi olsa da, onun öz qəhrəmanı doğma əmisi Ehtiram Əliyev olub:“1990-cı illərin uşaqlarının sevimli qəhrəmanı Ələkbər əmi vardı. Mənim isə sevimli əmim, öz qəhrəmanım Ehtiram əmim idi. O, bizə gələndə evdə sevincdən uçurduq. O, nəinki mənim, artıq bütün Azərbaycanın qəhrəmanı idi. Həmişə də belə qalacaq”.Aktyor Milli Qəhrəmanın vida mərasimində iştirak...

19 Noyabr 2026, 00:35

Etibar Əliyev: Təhsildəki problemlər Azərbaycanın gələcəyini təhdid edir

BakuTv-nin aparıcısı Elçin Əlibəyli Orta məktəb dərsliklərinin təhlili mövzusunda maraqlı verilişlərə aparıcılıq edir. Pedaqoq, yazıçı Səhər Əhməd Orta məktəblər üçün yazılmış "Ədəbiyyat" və "Azərbaycan dili" dərsliklərindən külli plagiatlığı və saxta müəlliflərin imzası ilə çap olunmuş mətnləri ifşa etdi.  E. Əlibəylinin "Fizika"dan Orta məktəb şagirdləri üçün yazılmış dərsliklərin müzakirəsində də anoloji biabırçılıqlarla rastlaşdıq. Əməkdar elm xadimi, professor Şahlar Əsgərov və bir "Fizika" müəllimi ilə keçirilən müzakirədə məlum oldu ki, dərsliklərdə 286 məzmun səhvinə yol verilib. Həmin verilişdə Şahlar müəllim söylədiyi bir fikirlə təhsil menecerlərinin missiyasını ortaya qoydu: Sizdən soruşuram, əgər Azərbaycana düşmən qüvvələrin hamısı bir yığışsa, Azərbaycanın əlindən Qələbənin hörmətdən salmaq...

19 Noyabr 2026, 00:30