Bizə yazın

Baku

-°C

USD

-

COP29 zamanı avtomobillərin hərəkət istiqaməti ilə bağlı dəyişikliklər açıqlanıb

Cəmiyyət 01 Noyabr 2024, 21:30

19305

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Bakıda nəqliyyatın hərəkətini optimallaşdırmaq üçün bəzi küçə və prospektlərdə istiqamət dəyişiklikləri tətbiq olunacaq.

CityPost.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəhbəri Namidan Piriyev COP29 tədbirləri çərçivəsində həyata keçiriləcək nəqliyyat planının təqdimatında məlumat verib.

O bildirib ki, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Şıxov istiqamətində Lökbatan dairəsi yaxınlığında qurulacaq nəzarət postundan Bakı kənar dairəvi yoluna yönəldiləcək. Badamdar istiqamətinə keçid açıq olacaq, Yasamal və “Şamaxinka” kimi tanınan ərazilərə giriş isə yalnız müəyyən fasilələrlə təmin olunacaq. Əsas nəqliyyat axını isə Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətlərinə yönəldiləcək. Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələri Müşfiq-Xocəsən yolundakı postlardan nisbətən məhdudiyyətlərlə “Şamaxinka” istiqamətinə və Ziya Bünyadov prospektinə buraxılacaqlar. Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Sumqayıt şəhərinin girişindəki yanacaqdoldurma məntəqəsinin yanında yerləşən postdan fasilələrlə buraxılacaq. Sumqayıt-Novxanı istiqamətindən gələn avtomobillər isə Binəqədi-Baksol yolundakı nəzarət postundan fasilələrlə keçə biləcəklər.

"Bu məntəqələr Bakıya giriş nöqtələri kimi təşkil olunacaq", - N. Piriyev bildirib.

Onun sözlərinə görə, şəhər daxilində də bəzi küçə və prospektlərdə hərəkət istiqaməti dəyişdirilib: "Mərkəzdən hava limanı istiqamətinə gedən sürücülər Nizami küçəsindən düzünə Yusif Səfərov küçəsinə, ordan isə İzzət Orucov küçəsinə keçərək sağa Fəzail Bayramov küçəsinə və sola 8 Noyabr prospektinə çıxa, həmçinin Zığ yolu ilə də hava limanı istiqamətinə davam edə biləcəklər. Heydər Əliyev prospektində əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçərək Sabunçu-Zabrat istiqamətində hərəkət etmək istəyən sürücülər “Koroğlu” metro stansiyasının yanından sağ zolaqla Bəşir Bünyadov, Yavər Əliyev və sola Asif Əsədullayev küçələrindən keçərək Sabunçu-Zabrat yoluna çıxa biləcəklər.

Koroğlu Rəhimov və Xətai Dəmirçizadə küçələrindən mərkəz istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov və 10-cu Zavod küçələrindən istifadə etməklə sağa dönərək Bakı Şəhər Baş Polis İdarəsinin arxasında yerləşən Ələddin Quliyev küçəsi ilə hərəkət edib Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinə çıxa biləcəklər".

N. Piriyev əlavə edib ki, Bilgəh kardioloji sanatoriyası və Maştağa qəsəbəsinin “Albalılıq” ərazisindən hava limanı istiqamətində gələnlər Mərdəkandan keçərək Şüvəlan istiqamətində Qala dairəsinə və oradan Zığ şosesinə çıxmaqla yoluna davam edə biləcəklər: "Hava limanı istiqamətindən gələn sürücülər isə Zığ şosesindən 8 Noyabr prospektinə keçərək Afyəddin Cəlilov, Fəzail Bayramov və Mehdi Mehdizadə küçələri ilə hərəkət edəcəklər. Sabunçu rayonu istiqamətindən şəhərə gələn sürücülər isə Balaxanı yolu ilə Binəqədi ərazisini keçərək şimal istiqamətinə və paytaxtın mərkəzinə yönələ biləcəklər".

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi

Milli Məclisin deputatı Zaur Şükürovun açıqlaması:Prezident cənab İlham Əliyevin İrlandiyanın Baş naziri Mixol Martin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu Zirvə Toplantısında iştirak etmək məqsədilə Dublinə səfəri və baş tutan ikitərəfli görüşlər ölkəmizin beynəlxalq miqyasda nüfuzunun davamlı olaraq artdığını bir daha nümayiş etdirdi. 50-yə yaxın dövlət və hökumət başçısının qatıldığı və əsas mövzusu “Avropa - güclü, təhlükəsiz və əlaqəli” olan toplantının gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyat, innovasiya, nəqliyyat bağlantıları, əlçatan enerji, təhlükəsizlik və müdafiə dayanırdı. Qeyd olunan istiqamətlərin müzakirə mövzuları olaraq müəyyənləşdirilməsi müasir çağırışlar fonunda diqqət çəkir. Eyni zamanda, bu mövzuların Azərbaycanın prioritetləri (enerji...

15 Noyabr 2026, 14:25

Sabah intensiv yağış yağacaq

Noyabrın 16-da gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcəkSabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.Dağlıq ərazilərdə qar yağacağı gözlənilirNoyabrın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var....

15 Noyabr 2026, 12:35

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik edib.CityPost.az  xəbər verir ki, təbrik məktubunda bildirilir:“Hörmətli cənab Prezident,Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.Biz Azərbaycan ilə Fələstin arasında dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərə böyük əhəmiyyət veririk.Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.Biz bundan sonra da qardaş Fələstin xalqına humanitar dəstək göstərməyə davam edəcəyik.Fürsətdən istifadə edərək Sizi ad gününüz...

15 Noyabr 2026, 11:21

Bakıda temperatur 7-8 dərəcə enəcək - Növbəti 3 gün...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir.CityPost.az  xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün – noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürəti 16-17 m/s-dək güclənəcək.Noyabrın 16-dan etibarən isə Bakıda hava şəraiti kəskin pisləşəcək. Bazar ertəsi gün ərzində yağış yağacağı, şimal küləyinin güclü əsəcəyi və havanın temperaturunun ötən günlərlə müqayisədə 7-8 dərəcə enərək gündüz 10-11, gecə isə 8-9 dərəcə təşkil edəcəyi proqnozlaşdırılır.Çərşənbə axşamı, noyabrın 17-də də paytaxtda sərin və buludlu hava şəraiti davam edəcək. Həmin gün havanın temperaturunun gündüz 10-11, gecə isə...

15 Noyabr 2026, 10:29

Azərbaycan XİN Fələstini təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Fələstini təbrik edib.CityPost.az   xəbər verir ki, bu barədə XİN X-da paylaşım edib.“Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!”, - deyə paylaşımda bildirilib.

15 Noyabr 2026, 10:10

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib.CityPost.az  xəbər verir ki, onun anası Yavər xanım 86 yaşında vəfat edib.Mərhum bu gün Ağcabədi rayonunda dəfn ediləcək.Yavər xanımın yas mərasimi (3-7) Bakıda keçiriləcək. Allah rəhmət eləsin!

15 Noyabr 2026, 09:37