Hakim olmaq istəyənlərin nəzərinə: Yeni qaydalar...
Cəmiyyət 07 Noyabr 2024, 13:30
31998
Məhkəmə hakimlərinin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla, üç mərhələdən ibarət olacaq.
Citypost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Eyni zamanda ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.
Həmçinin oxuyun
Hazırda qüvvədə olan qanuna əsasən, hakim vəzifəsinə namizədlər yazılı və şifahi imtahan əsasında seçilirlər.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Sabah 21 dərəcə isti olacaq - Proqnoz
Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, mülayim cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 8-11° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 50-55% təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda 2° şaxtadan 3°-dək isti, gündüz...
18 Noyabr 2026, 13:42
Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak edib
"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Şimali Kiprdə işgüzar səfərdə olub.Citypost.az xəbər verir ki, A.Ələsgər səfər çərçivəsində Şimali Kipr Prezidenti Tufan Ərhürman və Baş nazir Ünal Üstəllə keçirilən görüşlərdə iştirak edib.Prezident T.Ərhürmanla görüşdə nümayəndə heyətinə TİMBİR sədri Süleyman Basa, Baş nazir Ünal Üstəllə görüşdə isə sədrin birinci müavini Cüneyt Altıparmak rəhbərlik edib.Görüşlərdə Azərbaycan, Türkiyə və Şimali Kipr arasında əlaqələrin inkişafı, türk dünyasında media əməkdaşlığının genişləndirilməsi, informasiya mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.A.Ələsgər Prezident Tufan Ərhürmana və Baş nazir Ünal Üstələ Azərbaycanın milli ornamentlərini əks etdirən xatirə hədiyyələri təqdim edib.O,...
18 Noyabr 2026, 13:31
Azərbaycanda evini kirayəyə verənlərlə bağlı yenilik: Vergi qaydaları dəyişir
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.Citypost.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.Layihəyə əsasən, kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq, yaşayış sahələrinin kirayəyə verilməsinə görə 10 faiz, digər əmlakın kirayəyə verilməsinə görə isə 14 faiz dərəcə ilə vergini ödəyir. Bu, məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna...
18 Noyabr 2026, 12:48
Bu cərimələr 150 faiz artırılır
Azərbaycanda bəzi cərimələr azaldılır, bəziləri isə artırılır.Citypost.az Oxu.az-a istinadla xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.Layihədə qeyd olunur ki, maliyyə institutları tərəfindən qeyri-rezidentlərin Azərbaycan ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların təqdim edilməməsinə görə hesaba mədaxil olunmuş vəsaitin ümumi məbləğinin 30 faizi miqdarında tətbiq olunan maliyyə sanksiyasının 10 faizə endirilməsi (lakin 1 000 manatdan az olmayaraq), bu hesablar üzrə mədaxil əməliyyatı aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində tətbiq olunan maliyyə sanksiyasının 1 000 manata qaldırılması təklif olunur.Vurğulanıb ki, bir sıra Avropa və MDB ölkələrində (Rusiya, Portuqaliya,...
18 Noyabr 2026, 12:42
Milli Məclis 2027-ci ilin büdcə zərfinin I oxunuşda müzakirəsini yekunlaşdırıb
Milli Məclis 2027-ci ilin büdcə zərfinin ilk oxunuşda müzakirəsini yekunlaşdırıb.Citypost.az xəbər verir ki, sənədə əsasən, gələn il büdcənin gəlirləri bu ilə nisbətən 1,7 % çox - 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyon 425 min manat, yerli gəlirləri 735 milyon 575 min manat), xərcləri isə yenə də 1,7 % çox - 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmiş xərcləri 41 milyard 664 milyon 425 min manat, yerli xərcləri 735 milyon 575 min manat) proqnozlaşdırılır.Son nəticədə dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,7 % çoxdur.2027-ci ildə Azərbaycanın...
18 Noyabr 2026, 12:32
Əsgərin ölümünə səbəb olan səhlənkarlıq: Hərbi həkim həbs edildi
Əsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub.Citypost.az, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Füzuli Hərbi Məhkəməsində hakim Əli Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını da təmin edib. Belə ki, təqsirləndirilən şəxs qarşı tərəfə maddi ziyana görə 6 000 manat, mənəvi ziyana görə isə 3 000 manat ödəməlidir.Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib.İttihama görə, əsgər Əli İbrahimli özünü narahat hiss etdiyindən hərbi...
18 Noyabr 2026, 12:05