Bakıda qaravolçu özünü həkim kimi təqdim edib qadının dişlərini çəkdi— FOTO +VİDEO
Cəmiyyət 21 Noyabr 2024, 12:17
46016
Bakıda yerləşən diş kliniksında kuryoz hadisə baş verib.
CityPost.az xəbər verir ki, “Dent House Baku” diş klinikasında özünü həkim kimi təqdim edən şəxs xəstənin dişlərini çəkib.
Elnarə Məhərrəmovanın iddiasına görə,sentyabr ayında instagramdan özünü həkim kimi təqdim edən Fərid Əşrəfli ilə əlaqə saxlayıb. Fərid Əşrəfli özünü peşəkar həkim kimi təqdim edərək xanımı “Dent House Baku ” klinikasına dəvət edib.

Fotoda özünü həkim kimi təqdim edən şəxs
“ Özünü həkim kimi təqdim edən Fəridin instagram hesabına baxanda orada məşhurlardan rəqqasə Fatimə Fətəliyevanın, müğənnilər Günay İbrahimli, Nura Surinin,Aygün Səfərovanın şəkillərini gördüm. Elə başa düşdüm ki, bu peşəkar həkimdir,məşhurlar da onun yanına gedir. Həmin görüntülərə aldanıb onun yanına getdim. "Xalqlarda" yerləşən “Dent House Baku ” klinikasında məni qəbul etdi. Özünü həkim kimi təqdim edən şəxs məni klinikanın baş həkimi Anar Əmiraslanovun otağında müayinə etdi. Mənə dedilər ki, sizin 5 dişinizin dibində kist var. Həmin dişlər çəkilməlidir və implant qoyulmalıdır. Mən də onların sözünə inanıb razılıq verdim. Daha sonra başıma oyun gəldi. Mənim 11 sağlam dişimi çəkdilər. Özünü həkim kimi təqdim edən Fəridin bütün bu əməlləri baş həkim Anar Əmiraslanovun kabinetində baş verib. Daha sonra mənim üz və çənə nayihəmdə ağrılar başladı. Araşdırdım,məlum oldu ki,özünü diş həkimi kimi təqdim edən Fərid Əşrəfli NZS-də gözətçi işləyirmiş”,- deyə şikayətçi bildirib.
Elnarə Məhərrəmovanın müsahibəsini aztimes.az saytının Youtube kanalı yayıb.
CityPost.az məsələdə adı hallanan “Dent House Baku ” klinikasının həkimi Anar Əmiraslanovla əlaqə saxlayıb.

Fotoda Anar Əmiraslanov
Həkim Elnarə Məhərrəmovanın fikirlərinin şər-böhtan olduğunu bildirib.
“Bizim klinikada Fərid Əşrəfli adlı həkim işləməyib. Həmin şəxs iş üçün bizə müraciət etmişdi. Biz ondan diplomunu tələb etdik. Bildirdi ki, Ukraynada oxuyub və diplomunun təsdiqini gözləyir. Daha sonra bir neçə dəfə bizim mərkəzə gəldi. Həmin qadın bizim mərkəzə gəlib, Fərid adlı həkimi soruşanda əməkdaşlarımız ona bizim klinikada belə həkim çalışmadığını bildiriblər. Bu məsələdə mənim adımın hallandırılması heç nəyə əsaslanmır”,-deyə Anar Əmiraslanov bildirib.
Araşdırmamız zamanı o da məlum olub ki, özünü Fərid Əşrəfli kimi təqdim edən həmin şəxsin ad,soyadı tamamilə fərqlidir. Onun əsl adı Fərahim Quliyevdir.
CityPost.az yazıda adı hallanan Fərid Əşrəflinin (Fərahim Quliyevin) də mövqeyini təqdim etməyə hazırdır.
Hazırladı: Miri Məcidli
Krediti olanlara MÜHÜM XƏBƏR: Dəyişiklik var
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi dəyişdirilmədən saxlanılıb.Belə ki, uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb.Uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarına verdiyi kreditlər üzrə tətbiq etdiyi faiz dərəcəsidir. Faiz dəhlizinin aşağı həddi Mərkəzi Bankın birgünlük müddətə cəlb etdiyi vəsaitlər üzrə faiz dərəcəsini, yuxarı həddi isə eyni müddətə vəsaitlərin yerləşdirilməsi üzrə faiz dərəcəsini ifadə edir.Bəs faiz dəhlizinin parametrlərinin dəyişdirilmədən saxlanılması nə deməkdir və bunun hansı əhəmiyyəti var?CityPost.az Baku TV-yə istinadən xəbər verir ki, iqtisadçı Eyyub Kərimlinin fikrincə, uçot dərəcəsinin sabit saxlanılması mövcud iqtisadi şəraitdə balanslaşdırılmış pul-kredit siyasətinin göstəricisidir."Qərarın əsas səbəbləri...
09 Noyabr 2026, 22:24
Müğənnimiz qəfil VƏFAT ETDİ
Azərbaycanlı müğənni Reyhan İsgəndərli 60 yaşında dünyasını dəyişib.CiTyPost.az xəbər verir ki, o, səhhətində yaranmış problem səbəbindən vəfat edib.Qeyd edək ki, Reyhan İsgəndərli birinci qrup gözdən əlil olub və Sumqayıt şəhərində yaşayıb.(Unikal)
09 Noyabr 2026, 21:59
Vasif Talıbovun oğlu AÇIQLAMA YAYDI
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov açıqlama yayıb.Citypost.az Oxu24.com-a istinadən xəbər verir ki,Rza Talıbov açıqlamasında adına saxta tiktok hesabı açıldığını bildirib."Diqqətinizə çatdırmaq istəyirəm ki, TikTok sosial şəbəkəsində @talibov_010_85 adı ilə fəaliyyət göstərən səhifə mənim icazəm və razılığım olmadan açılmış saxta (fake) profildir.Xahiş edirəm, bu məlumatı nəzərə alasınız və həmin səhifəyə etibar etməyəsiniz.Diqqətiniz və anlayışınız üçün təşəkkür edirəm!",-deyə Rza Talıbov bildirib.Qeyd edək ki,Rza Talıbov V.Talıbovun böyük oğludur.O Dövlət Miqrasiya Xidməti, Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviridir. ...
09 Noyabr 2026, 21:20
Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib.Citypost.az xəbər verir ki, paylaşımda Hacıqabul rayonunda, Bakı yolunda görünən göy qurşağı "Təbii Qələbə Tağı" kimi təqdim olunub.
09 Noyabr 2026, 20:10
Bakıda torpaqların qiyməti kəskin dəyişdi - SƏBƏB
Bakıda torpaq sahələri sürətlə bahalaşır. Oktyabr ayında paytaxt üzrə torpağın orta qiyməti 17,9 faiz artıb. Ən yüksək bahalaşma Səbail, Yasamal və Nəsimi rayonlarında qeydə alınıb.Bakıda torpaq niyə bahalaşır?"Bakupost" xəbər verir ki, globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirov şəhərin mərkəzi hissələrində və ona yaxın ərazilərdə torpaq sahələrinin qiymətində 2025-ci illə müqayisədə artım müşahidə olunduğunu bildirib.“Qiymət artımının əsas səbəbi həmin ərazilərdə tikintiyə yararlı torpaqların məhdud olmasıdır. Belə sahələrə həm yeni yaşayış binalarının, həm ticarət obyektlərinin, həm də fərdi yaşayış evlərinin tikintisi üçün sahibkarlar tərəfindən tələbat yüksəkdir. Torpaq sahələrinin sayı azaldıqca qiymətlər də yüksəlir. Bakının mərkəzi hissələrində, eləcə də mikrorayonlarda tikintiyə yararlı...
09 Noyabr 2026, 18:55
Emin Ağalarov 99 milyon dollarlıq LAYİHƏ EDƏCƏK
"Sea Breeze" layihəsinin təsisçisi və sahibi, "Agalarov Development" şirkətinin rəhbəri Emin Ağalarov Esvatini iqtisadiyyatına 99 milyon ABŞ dolları investisiya yatırmağa hazır olduğunu bildirib.Citypost.az xəbər verir ki, bu barədə monarx III Msvati məlumat verib.Onun sözlərinə görə, E.Ağalarov krallığa 1,65 milyard lilangeni investisiya yatırmaq öhdəliyi götürüb. E.Ağalarovun bu açıqlamanı Mbabane və Manzini şəhərləri arasında yerləşən mənzərəli turizm vadisi olan Ezulvinidə verdiyi bildirilir."Bu öhdəlik kiçik Cənubi Afrika krallığının investisiya konfransları və monarxın beynəlxalq dövlət səfərləri vasitəsilə xarici kapitalın cəlb edilməsi istiqamətində göstərdiyi səylərdə növbəti mühüm addım oldu", - nəşrdə qeyd olunur.Bu vədin Msvatinin may ayında Azərbaycana səfərindən sonra verildiyi vurğulanır. Həmin səfər zamanı...
09 Noyabr 2026, 18:32