Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
Cəmiyyət 28 Noyabr 2024, 14:03
16949
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.
Citypost.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mərkəzi Nəbatat Bağında yaradılan şəraitlə bağlı ətraflı məlumat verdi.
Qeyd edək ki, dövlətimizin başçısı Mərkəzi Nəbatat Bağında görülən işləri daim diqqət mərkəzində saxlayıb. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə - 2023-cü ilin iyul və bu ilin iyun ayında Mərkəzi Nəbatat Bağında görülən işlərlə tanış olmaları bunu bir daha təsdiq edir.
Bildirildi ki, əsaslı yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib.
Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.
Həmçinin oxuyun
Məlumat verildi ki, bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. Nəbatat Bağında piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağın ərazisində iki restoran fəaliyyət göstərəcək. Həmçinin bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib. Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqların suvarma sistemləri yenilənib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri ölkəmizdə bitki biomüxtəlifliyinin qorunmasına və səmərəli istifadəsinə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.
Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun mühafizəsi məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı ekoloji təmizliyin qorunması, elmi araşdırma, tədris və maarifləndirmə baxımından mühüm əhəmiyyətə malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan bitki kolleksiyaları yalnız onların mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.
Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.
Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi
Milli Məclisin deputatı Zaur Şükürovun açıqlaması:Prezident cənab İlham Əliyevin İrlandiyanın Baş naziri Mixol Martin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu Zirvə Toplantısında iştirak etmək məqsədilə Dublinə səfəri və baş tutan ikitərəfli görüşlər ölkəmizin beynəlxalq miqyasda nüfuzunun davamlı olaraq artdığını bir daha nümayiş etdirdi. 50-yə yaxın dövlət və hökumət başçısının qatıldığı və əsas mövzusu “Avropa - güclü, təhlükəsiz və əlaqəli” olan toplantının gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyat, innovasiya, nəqliyyat bağlantıları, əlçatan enerji, təhlükəsizlik və müdafiə dayanırdı. Qeyd olunan istiqamətlərin müzakirə mövzuları olaraq müəyyənləşdirilməsi müasir çağırışlar fonunda diqqət çəkir. Eyni zamanda, bu mövzuların Azərbaycanın prioritetləri (enerji...
15 Noyabr 2026, 14:25
Sabah intensiv yağış yağacaq
Noyabrın 16-da gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcəkSabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.Dağlıq ərazilərdə qar yağacağı gözlənilirNoyabrın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var....
15 Noyabr 2026, 12:35
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik edib.CityPost.az xəbər verir ki, təbrik məktubunda bildirilir:“Hörmətli cənab Prezident,Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.Biz Azərbaycan ilə Fələstin arasında dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərə böyük əhəmiyyət veririk.Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.Biz bundan sonra da qardaş Fələstin xalqına humanitar dəstək göstərməyə davam edəcəyik.Fürsətdən istifadə edərək Sizi ad gününüz...
15 Noyabr 2026, 11:21
Bakıda temperatur 7-8 dərəcə enəcək - Növbəti 3 gün...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir.CityPost.az xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün – noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürəti 16-17 m/s-dək güclənəcək.Noyabrın 16-dan etibarən isə Bakıda hava şəraiti kəskin pisləşəcək. Bazar ertəsi gün ərzində yağış yağacağı, şimal küləyinin güclü əsəcəyi və havanın temperaturunun ötən günlərlə müqayisədə 7-8 dərəcə enərək gündüz 10-11, gecə isə 8-9 dərəcə təşkil edəcəyi proqnozlaşdırılır.Çərşənbə axşamı, noyabrın 17-də də paytaxtda sərin və buludlu hava şəraiti davam edəcək. Həmin gün havanın temperaturunun gündüz 10-11, gecə isə...
15 Noyabr 2026, 10:29
Azərbaycan XİN Fələstini təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi Fələstini təbrik edib.CityPost.az xəbər verir ki, bu barədə XİN X-da paylaşım edib.“Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!”, - deyə paylaşımda bildirilib.
15 Noyabr 2026, 10:10
Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib.CityPost.az xəbər verir ki, onun anası Yavər xanım 86 yaşında vəfat edib.Mərhum bu gün Ağcabədi rayonunda dəfn ediləcək.Yavər xanımın yas mərasimi (3-7) Bakıda keçiriləcək. Allah rəhmət eləsin!
15 Noyabr 2026, 09:37