Bizə yazın

Baku

-°C

USD

-

Pensiyalar bu qədər ARTACAQ

Cəmiyyət 29 Noyabr 2024, 12:37

28794

İlin sonu yaxınlaşdıqca insanları gələn il pensiya artıb-artmaması sualı maraqlandırır. 

CityPost.az  xəbər verir ki, qanunvericiliyə əsasən, hər il dövlət başçısının sərəncamı ilə əmək pensiyaları, əvvəlki ilin orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq artırılır. Başqa sözlə, əvvəlki ilin maaş artımına uyğun olaraq növbəti ildə pensiyaların məbləği də artırılır. 2024-cü ildə orta aylıq əməkhaqqının 6 faiz artması gözlənilirsə də, ilin ilk 9 ayında bu artım 8 faiz olub.

Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi tərəfindən son 9 ayda ölkə üzrə orta aylıq əmək haqqındakı artım faizi elan edilib. Komitənin məlumatına əsasən, bu müddətdə orta aylıq əmək haqqı 8 faiz artaraq 997 manat olub:

İqtisadçı Eldəniz Əmirov bildirib ki, 2025-ci ildə əmək pensiyalarının artma ehtimalı var. 

O qeyd edib ki, dövlət başçısının gələn il üçün sosial paket açıqlayacağı barədə verdiyi məlumat, minimum pensiya məbləğində artım olacağına dair gözləntiləri gücləndirib. Minimum pensiyanın 280 manatdan 300-310 manata qədər yüksələcəyini düşünür.//milli.az

Problemlərinizi bizə bildirin

077 323 55 66

Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 15-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Belə ki, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Ağstafada 23, Naftalan, Tovuz və Neftçalada 20, Mingəçevir və Goranboyda 19, Daşkəsəndə 18, Şabranda 17, Qobustan və Şamaxıda 16, Şəkidə 15 m/s-dək güclənir...

15 Noyabr 2026, 20:58

Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərini təbrik edib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərini təbrik edib.CityPost.az  xəbər verir ki, təbrikdə deyilir:"Hörmətli radio və televiziya işçiləri, Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanların əsas informasiya mənbəyi olmaqla yanaşı, milli musiqimizin, ədəbiyyatımızın, dilimizin və mənəvi dəyərlərimizin qorunub yaşadılmasına mühüm töhfələr verdi.Azərbaycan televiziyasının fəaliyyətə başlaması ilə informasiya məkanımızda yeni mərhələnin əsası qoyuldu. Televiziya cəmiyyətin maariflənməsində, milli-mədəni irsimizin təbliğində, ictimai rəyin formalaşmasında və ölkəmizdə baş verən mühüm hadisələrin geniş...

15 Noyabr 2026, 20:18

Deputat anasını təbrik etdi

Milli Məclisin deputatı Ceyhun Məmmədov paylaşımı ilə diqqət çəkib.Oxu24.com xəbər verir ki,deputat anasının doğum gününü sosial şəbəkələr vasitəsi ilə təbrik edib."Bu gün bu gözəl insanın 75 yaşı tamam olur. Anamı, eləcə də bu gün ad günü olan bütün valideynləri səmimi-qəlbdən təbrik edirəm. Allah bütün valideynləri qorusun!",-deyə millət vəkili qeyd edib.Qeyd edək ki,Ceyhun Məmmədov 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsindən deputat seçilib.İlahiyyat üzrə fəlsəfə doktoru olan millət vəkili evlidir,1 övladı var.51 yaşlı deputat Cəbrayıl rayonu, Şükürbəyli kəndindəndir.Beynəlxalq İslama Dəvət Kollecini və  Xəzər Universitetini bitirib.Ərəb dilində sərbəst danışa bilir....

15 Noyabr 2026, 20:03

Xarici ölkələrin səfirləri Sumqayıtda alman əsirləri məzarlığını ziyarət ediblər

Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke, Macarıstanın səfiri Tamaş Torma, Avstriya Respublikasının səfiri Ettienn Berxtold və Rumıniyanın səfiri Vasile Soare Sumqayıt şəhərində yerləşən alman əsirləri məzarlığını ziyarət ediblər.Citypost.az xəbər verir ki, ziyarət zamanı hərbi əsirlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil və tər gül dəstələri qoyulub, burada dəfn olunanların xatirəsi ehtiramla yad edilib.Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Azərbaycanda İkinci Dünya müharibəsi zamanı əsir düşmüş hərbçilərin dəfn olunduğu 11 məzarlıq mövcuddur. Ümumilikdə 2986 məzarın olduğu həmin məzarlıqlardan biri Sumqayıt şəhərində yerləşir.Qeyd olunub ki, Sumqayıtdakı məzarlıqda dəfn edilmiş 311 hərbi əsirdən 269-u alman, digərləri isə...

15 Noyabr 2026, 18:15

Ehtiram Əliyev vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib.CiTYpOST.AZ   Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib.Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.Qeyd edək ki, bir müddət əvvəl Ehtiram Əliyevin səhhətində ciddi problemlər yaranıb. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilib. Vəziyyəti ağırlaşdıqdan sonra Milli Onkologiya Mərkəzinə köçürülüb. Son günlər süni tənəffüs aparatına qoşulmuşdu....

15 Noyabr 2026, 17:27

Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib

Fransadan idarə olunan və Azərbaycana qarşı sistemli dezinformasiya yaymaq üzrə ixtisaslaşmış "YouTube" kanalında Gədəbəy rayonunun Söyüdlü kəndi və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə tamamilə əsassız iddiaların yayılması ictimai rəyi manipulyasiya etməyə yönəlmiş növbəti cəhddir.CityPost.az  xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.Qeyd edilib ki, sözügedən materialda uydurma və şayiə xarakteri daşıyan məlumatların dövlət səviyyəsində qəbul edilmiş qərar kimi qələmə verilməsi əhali arasında təşviş yaratmağa yönələn, dövlət qurumlarına ictimai etimadı sarsıtmaq və cəmiyyətdə gərginliyi artırmaq məqsədi daşıyan çoxmərhələli dezinformasiya kampaniyasının tərkib hissəsidir:"Bu kanal əvvəllər də ölkəmizə münasibətdə sistematik şəkildə dezinformasiya və manipulyativ xarakterli məlumatların yayılması...

15 Noyabr 2026, 17:11