Bizə yazın

Baku

-°C

USD

-

Apteklər icbari tibbi sığortada iştirak edəcək

Cəmiyyət 29 Noyabr 2024, 14:42

23743

Aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar.

Citypost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.

Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.

İcbari tibbi sığorta üzrə sığortaolunanların hüquqları sırasına isə aptek təşkilatını seçmək və pozitiv siyahıya daxil olan dərman vasitələri ilə təmin olunmalarını tələb etmək, buraxılan dərman vasitələrinin qiyməti, şərti kompensasiya məbləği və “Dərman vasitələri haqqında” qanununa uyğun olaraq digər məlumatları aptek təşkilatından tələb etmək, o cümlədən aptek təşkilatının təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini aptek təşkilatından tələb etmək daxil edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Keçmiş vəzifəli şəxs Məmmədov Tariyel Çoban oğlu vəfat edib.Citypost.az "Unikal"a istinadən mərhum uzun illər Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.T.Məmmədov 2006-cı ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

09 Noyabr 2026, 16:59

Bu xanıma yüksək VƏZİFƏ VERİLDİ

Maliyyə Nazirliyinin tabeliyindəki Rəqəmsal Maliyyə Mərkəzində təyinat baş tutub.CİTYpOST.AZ  Yurd.Media-ya istinadən xəbər verir ki, Xanım Sadıqova Mərkəzin Təşkilati fəaliyyət və inkişaf departamentinin rəhbəri vəzifəsinə təyin olunub.O, yeni təyinatından əvvəl, 2024-cü ilin yanvarından 2026-cı ilin noyabrınadək “Sinteks Group of Companies”də təlim və inkişaf üzrə menecer olub.O, 2019-cu ilin fevralından 2024-cü ilin yanvarınadək “AzInTelecom”da çalışıb.

09 Noyabr 2026, 16:41

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb.APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb.Qeyd edək ki, güclü qar yağması səbəbindən səhər saatlarında Quba-Xınalıq avtomobil yolu bağlanıb. Hazırda yol qar və buzdan təmizlənərək nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

09 Noyabr 2026, 15:08

Prezidentdən mühüm SƏRƏNCAM

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Draqan Vladisavljeviç “Dostluq” ordeni ilə təltif edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

09 Noyabr 2026, 14:14

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub.CityPost.az-ın  məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərdə tutulub.

09 Noyabr 2026, 14:01

SON DƏQİQƏ! Qəfil vəfat etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev vəfat edib. Füzuli Rzaquliyev bu gün dünyasını dəyişib.Onun insultdan vəfat etdiyi bildirilir.Onun vəfatı barədə rəhbərlik etdiyi təşkilatın mətbuat xidməti məlumat yayıb.Füzuli Rzaquliyev kim idi?Füzuli Rzaquliyev 1961-ci il yanvarın 5-də Ağdərə rayonunun Xatunbəyli kəndində anadan olub. 1978-ci ildə Ağdərənin Manikli kənd orta məktəbini bitirib.1980–1982-ci illərdə hərbi xidmətdə olub. 1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsini bitirib. 1986–1989-cu illərdə Qarabağda hərbi hazırlıq müəllimi, 1989–1991-ci illərdə isə Bakı Kommersiya Texnikumunda müəllim işləyib.Şuşa, Laçın, Kəlbəcər və Ağdərə döyüşlərinin iştirakçısıBirinci Qarabağ müharibəsi başlayanda Füzuli Rzaquliyev könüllü olaraq döyüşlərə qatılıb. Azərbaycan Ordusunun...

09 Noyabr 2026, 13:51